DOĞRU REKLAMIN SİRLƏRİ

Doğru Reklamın Sirləri Nələrdir?

Bütün reklamçılar, məhsullarını doğru izah edən, markanı ən gözəl şəkildə tanıdan, həm də satışlarına birbaşa təsir edən reklam yaratmaq istərlər. Millward Brownun analizlərinə görə, doğru reklam üçün diqqət yetirilməsi gərəkən nüanslar bunlardır:

1) Zamandan düzgün istifadə etmək : İstehlakçılar nə çox uzun, nə də çox qısa reklamları xoşlamır. Bu səbəblə, reklam müddətlərinə diqqət yetirmək lazımdır. Bu müddət yetkinlər üçün 25-30 saniyə, uşaqlar üçün isə 20-25 saniyə ola bilir.

2) Tək reklam, tək mesaj: Reklamçıların ən böyük səhvləri, bir reklamda birdən çox mesaj vermələridir. Halbuki, markanın tək bir mesaji vərməsi və onun üzərindən qurulması gərəkdir. Nümunə üçün Bakcelin “Dəyişək, inkişaf edək” sloqanını çox uğurlu saymaq olar.

3) Dozasında yumor: Yumorun hər vaxt müvəffəqiyyət gətirdiyini söyləmək səhv olar. Sadə, aydın yumor isə hər zaman müvəffəqiyyət gətirir. Yəni istehlakçınızın zarafatı anlamaq üçün uzun müddət düşünməsi sizin üçün çox da yaxşı sayılmaz. Ya da onu qəhqəhələrə boğmanız markanızın qabağına keçsə, bu da sizin üçün çox məhsuldar bir reklam olmayacaq.

4) Markanın xatırlanma gücü : Reklam nə qədər təsirli olursa olsun, əgər istehlakçı tələblərinə uyğun deyilsə, bu reklam sadəcə əlavə xərcdir.

5) Sürətə diqqət: Reklamın müddətinə diqqət yetirən istehlakçı, eyni zamanda sürətinə də fikir verir. Bu səbəblə nə çox sürətli axışı olan, nə də yavaş bir reklam olmamalıdır.

Mənbə: İnfomag jurnalı
Hazırladı: Günel Kərimova

VN:F [1.9.16_1159]
Rating: +3 (from 5 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın