DOST…

dostluq1Dostluq könül işidir. Bu işdə nə yalan, nə riya mümkün deyil. Bu xüsusiyyətlərin yer aldığı münasibət nədirsə başqa bir şeydir.

Sokrat, dostu “ən son çatılacaq arzu” adlandırır. Tələbələri ondan  “Dostluq nədir?”- deyə soruşduqda, o, “Uşaqlığımdan bu yana arzuladığım tək şey var.  Bəzi insanlar atları olmasını arzular, bəziləri itləri. Bəziləri qızılı, bəziləri şan-şərəfi… Mənsə hər zaman dostlarım olsun arzuladım.”

Dostluq bir-iki günün işi deyil. Ayrı- ayrı xüsusiyyətlərə malik insanların bir-birini qəbul etməsi, həzm edə bilməsi, razı-narazı olduqları halların sonda bir məxrəcə gətirilməsi elə də asan deyil. Çox zaman insanlar məhz elə bu tanıma məqamında bir-birindən uzaqlaşırlar. İradlar və onların qəbul edilməməsi. Dostda səhv, yanlış axtarmaq, bunlardan yola çıxaraq onu tənqid etmək, incitmək doğru deyil. Ancaq “Əsl dostu olanın aynaya ehtiyacı yoxdur” -deyir Rumi. Səhvləri dostca görmək, qeyrilər görməsin deyə, həmən dostu xəbərdar etmək isə tam başqadır. İnsan bəzən getdiyi yolda qarşısında onu nə gözlədiyini görə bilmir. Kənardan isə bu çox aydın görünür. Bu məqamlarda candan yanan dost lazımdır insana.

Dostluqda səmimiyyət, fədakarlıq, paylaşa bilmək vacibdir. Aristotel dostluğu iki bədəndə yaşayan bir ruha bənzədirdi, Volter isə yağışlı havada tapılmayan faytona. Aşağıda bəhs etdiyim ibrətamiz hekayə də dostluğun dəyərindən bəhs edir:

yaralı əsgərr-dost“Müharibənin çətin məqamları idi. Hər gün saysız-hesabsız itkilər verirdilər. Geri cəkilmə qaçınılmaz idi. Əsgərlərdən biri dostunu yanında görməyincə “Görəsən dostum səngərə doğru geri çəkilərkən düşmənlər tərəfindən vuruldumu?” -deyə tədirgin oldu. Düşündüyü doğru çıxmışdı, dostu döyüş meydanında qalmışdı. Nə edəcəyini bilmirdi. Özü səngərdə ikən dostunun döyüş meydanında qalmasına heç cür razı ola bilmirdi. Komandirə doğru yönəldi, “Cənab komandir, -dedi, “Dostum geri çəkilərkən düşmənlər tərəfindən vuruldu, icaze versəniz, onu səngərə gətirmək üçün döyüş meydanına gedərdim.” “Yox olmaz”,”Görmürsənmi güllə yağış kimi yağır. Çox ehtimal ki, dostun dünyasını çoxdan dəyişib. Döyüş meydanına getməyin sənin də ölümünə səbəb ola bilər. Biz say etibarilə çox az qalmışıq.” Əsgər dayanmadan israr edir, nəhayət komandiri razı salır. Sürətlə döyüş meydanına doğru irəliləyir. Dostunu çiyninə alıb səngərə tərəf qaçır.
Komandir yaralı əsgəri müayinə edib, dostuna yönəldi: “Demədim ki, dostun dünyasını çoxdan dəyişib, sənsə özünü təhlükəyə atdın. Bunun bir mənası var idimi?”
“Çox mənası vardı”-dedi əsgər, “Yanına yaxınlaşarkən son anlarını yaşayırdı. Məni görüncə təbəssüm etdi, bir neçə söz deməyə taqəti qalmışdı. Üzümə baxdı və özündən əmin şəkildə “Gələcəyini bilirdim dostum, gələcəyini bilirdim”, “Cənab komandir, bu sözlər mənim üçün dünyadakı hər şeyə dəyərdi.”

İnsan sevgilisiylə də dost olmalı. Həyat yoldaşıyla dost olmayan insan ailədə uduzmuş demək ki..

Qardaş dost olmaya bilər, amma dost həmişə qardaş olmalıdır. (c)

dostluqSizə sizdən bəhs etməyi sevər dost. Sizin düşüncənizə, fikrinizə önəm verər, ehtiyac duyar dost. Dövrümüzdə sosial şəbəkələr, virtual dostluqlar bir reallıqdı. Saysız-hesabsız insanlar, onlara duyulan maraq, bəzən ən yaxınlarımızı belə unutdurur. Amma bəlkə bunlar ən yaxşını seçə bilməmiz üçün bizə tanınmış seçimdir. Çoxluq içindən seçdiyimiz, dəyər verdiyimiz, dost adı verdiyimiz seçim.

Gerçək dost sən özünə inanmağı buraxdığında belə, sənə inanan insandır. (Leo Buscaglia)

Yaxşı dostlar hər vaxt tapılmaz. Həyatınızda belə dostlar varsa qiymətini bilin, onlarla münasibətlərinizi zədələyəcək davranışlardan uzaq olun. Bəlkə bir daha beləsini tapmaq imkanınız olmaz.

Bu yazımla bütün dostlarıma sevgimi çatdırıram. Yaxşı ki varsınız, əziz dostlar!

Müəllif: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın