DOSTOYEVSKİ-“GÜLMƏLİ ADAMIN RÖYASI”

dostoyevskiFyodor Mixayloviç Dostoyevski- rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Bədbəxt insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı. Dünya ədəbiyyatına ən çox təsir edən və ən çox oxunan yazıçılardan biri olan Dostoyevskinin əsərləri bir çox 20-ci əsr yazıçılarının fikirlərinə dərindən təsir etdi.

Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk  Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutdu. Fridrix Nitsşe deyirdi: “O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr.”

 KİTABDAN SEÇMƏLƏR: 

“Günah etməyə əvvəlcə zarafatlarla, oynaşmalarla; eşq oyunlarıyla başladılar… Adətən sürətlə yayılan atom molekulları kimi günah qəlblərinin, mənliklərinin dərinliklərinə qədər işlədi. Yalan, şəhvəti; şəhvət, qısqanclığı; qısqanclıq isə, pisliyi təşviq etdi… Və ilk qan töküldü. Qan, yanında qorxunu gətirdi. Dağılmağa və qütbləşməyə başladılar. Qütbləşmə, qarşılıqlı etirafları və ittihamları doğurdu. Utanma duyğusunu daddılar, utanmağı iffət sandılar. Şanı və şöhrəti kəşf etdilər. Hər toplum özünə, onu bir digərindən üstün qılan və onu digərlərindən ayıran simvollar tapdı. Təbiətə və canlılara hücum çəkdilər. Heyvanlar onları tərk etdilər, uzaqlara qaçıb dağlara, meşələrin dərinliklərində gizləndilər. Bir-biriləriylə və təbiətlə düşmən oldular.

Gah ayrılmaq üçün, gah birləşmək üçün; onun ya da bunun üçün bir-biriləriylə prinsipə döyüşdülər. Döyüşdükcə bir-birilərindən daha çox qopdular. Dilləri, ənənələri başqalaşdı; bir-birilərini anlamaz oldular. Kədəri öyrəndilər, fəqət kədərlənməyi və əzab çəkməyi lütf saydılar… Həqiqətə çatmağın ancaq və ancaq əzab çəkməklə mümkün ola biləcəyini düşündülər. Öncə xəstəliyi, ardından şəfasını tapdılar. Öncə düşmənliyi yaratdılar, ardından qardaşlığın və insani dəyərlərin yaxşı bir müdafiəçisi oldular. Günah, yanında ədaləti və qanunları gətirdi; ədalət isə gilyotini* ! ”

*Gilyotin=Qədimdə edam məhkumlarının başlarını gövdələrindən ayırmaq üçün istifadə edilən cihaz.

Hazırladı: Tural Osman

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın