DÖYMƏ SƏNƏTİ (TATU) TARİXİ

pentaqram_tatuPaqan inanclarda dilin simvollarla istifadə edilməsinə sıx olaraq rast gəlinir. Demək olar ki, hər paqan cəmiyyətdə müxtəlif simvollar mövcuddur. Pentaqram deyilən beş bucaqlı tərs ulduz ən məşhurlarındandır. Tatu də bütpərəst cəmiyyətlərdə tez-tez istifadə edilən bir simvol üsuludur. Hindlilər, yaponlar, Amerika yerliləri və Afrikadakı bəzi qəbilələr döyməni bir bəzək olaraq etsələr də bir çox cəmiyyətdə döymənin xəstəliklərə və pis ruhlara qarşı qoruyucu bir tilsim olaraq, fərdin cəmiyyətdəki mövqeyini (kölə, əfəndi, işçi, əsgər) vurğulamaq üçün istifadə edildiyi bilinməkdədir.

 

q%c9%99dim-doym%c9%99-tatuTatu etmə ənənəsi xeyli qədimdir. M. Ö 2000-ci illərdə Qədimə Misir cəmiyyətində döymənin edildiyi mumyalardan aydın olmuşdur. Misirlilərin xaricində Britonların, Qalyalıların və Trakların da döymələri var idi. Köhnə Yunanlılar və Romalılar, “barbarlara xas bir məşğuliyyət” saydıqları üçün döyməni günahkarlar ilə kölələrə edərdilər.

Hun sərdabələrində çıxan cəsəd son dərəcə cəld xəttlərlə və dekorativ bir anlayışla edilmiş xəyali varlıqlar və qoç fiqurlarından ibarət olan döymələr görülməkdədir. Dini-kəhanət qaynaqlı bu döymələrin is olduğu ehtimalı və dəriyə şpris edilməsi ilə meydana gəldiyi düşünülməkdədir. Hunlara aid sərdabələrində tapılan bir başçıya aid cəsəddən aydın olduğu kimi Hunlardan zadəgan və qəhrəman kəslərin tatu etdirə biləcəyi, daha sonraları Qazax və Qırğızlarda da davam edən bu ənənənin yenə qəhrəmanlıq xüsusiyyəti daşıyan fərdlərə tətbiq edildiyi bilinməkdədir. Primitiv cəmiyyətlərdə döymə edilərkən mərasimlər təşkil edilir. Döyməsi olan adam bəzi dini və cadu qaydaları yerinə yetirmək məcburiyyətindədir.

Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın