DUA ETMƏYİN FAYDALARI

Doğuşdan və ya sonradan dindar olan bir insan dDua etməyin faydalarıeyilsinizsə, tam bir şübhəçi olsanız belə, duanın, sizə sandığınızdan çox faydası olacaqdır. Çünki dua, əməlidir. Dua, Tanrıya inansın və ya inanmasın, hər kəsin ən təməl psixoloji ehtiyaclarından üçünü qarşılayar:

1. Dua, bizi üzən şeyin tam olaraq nə olduğunu ifadə etməyimizə kömək edər. Bulanıq və qarışıq bir problemlə məşğul olmaq, demək olar ki, qeyri-mümkündür. Bir baxımdan dua, problemlərimizi yazmağa bənzəyir. Tanrıdan belə olsa, kömək istədiyimiz zaman, problemimizi, sözlərə tökmək məcburiyyətindəyik.

2. Dua, bizə yalnız olmadığımız, yükümüzü paylaşdığımız hissini verər. Çox azımız, ən ağır yüklərə, ən sıxıntılı problemlərə öz-özümüzə dözəcək qədər güclüyük. Bəzən qayğılarımız o qədər məhrəmdir ki, onları, ən yaxın dostlarımız və qohumlarımıza belə aça bilmərik. Bu vəziyyətə çarə, dua etməkdir. Hər bir psixiatr, içinə qapanıq və gərgin olduğumuz zaman, ruhumuz qaralanda, problemlərimizi biri ilə müzakirə etməyin müalicə baxımından yaxşı olacağını söyləyir. Başqa heç kimə anlata bilmiriksə, Tanrıya anlataq. 

3. Dua təsirli bir fəaliyyət..hərəkət prinsipini hərəkətə keçirər. Hərəkətə gedən ilk addım, duadır. İnsanın, hər gün bir şey üçün dua edib, o duadan yararlanmayacağını, yəni onu gerçəkləşdirmək üçün cəhd etməyəcəyini sanmıram. Dünyaca məşhur Dr. Alexis Carrel, “Dua, insanın yarada biləcəyi ən güclü enerjidir” demişdi. Elə isə, niyə ondan istifadə etməyək? İstər Tanrı, istər Allah, istər Ruh deyək, təbiətin  mistik gücü bizi ələ keçirirsə, təriflərlə uğraşmağın nə faydası olar?

Niyə elə indi üDua etməyin faydalarırəyinizdəki yükdən qurtulmursuz? İnancınızı itirmisinizsə, onu yeniləməsi üçün uca Tanrıya yalvarın və “müqəddəs Francis”-in yeddi yüz il öncə yazdığı bu gözəl duanı təkrarlayın: “Tanrım, məni huzurunun bir parçası et. Nifrət olan yerdə eşq əkməyimə izin ver. Yara olan yerdə bağışlama əkim. Şübhə olan yerdə inanc, ümidsizlik olan yerdə ümid, qaranlıqda işıq, kədərdə sevinc. Göylərin sahibi, ovudulmaqdan çox ovudum, anlaşılmaqdan çox anlayım, sevilməkdən çox sevim. Çünki verərək alarıq, bağışlayaraq bağışlanarıq və ölərək sonsuz həyata doğularıq.”

Mənbə: www.ruhsalyasam.com ( Dale Carnegie: ” How to Stop Worrying and Start Living” )
Hazrıladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

One comment

Bir cavab yazın