DUA HAQQINDA

DUA NƏDİR?

Dua, ilk öncə insanın özünü motivasiyadır.
Dua, öz iç üzünü özünə açıb göstərməkdir. İnsanın özü ilə tanışlığıdır.
Dua, nə istədiyini bilməkdir. İstədiklərini müəyyənləşdirən insan bunu həyata keçirmək üçün hərəkətə keçər.
Dua, Allahla ünsiyyət fonunda önəmli bir çəkiyə malikdir. Dua, insanın yerini müəyyən edər. İnsan hansı fəzada hansı nöqtədə hansı görəvdə olduğunu aydınlaşdırar özü üçün.

DUA ETMƏK NƏDİR?

Dua etmək, özünü ifadə etmək, istək və arzularını bəyan edəcək qədər cəsarət toplamaqdır.
Dua etmək, insanın özü üçün müəyyən etdiyi hədəfinə doğru yolçuluq üçün isinmə hərəkətinə başlamaqdır.
Dua etmək, iş öncəsi planlarını səhmanlamaqdır.
Dua etmək, Allahin iradəsini dəyişmək deyil. Dua etmək, Allahın iradəsi ilə (səbəb-nəticə qanunu) özünü dəyişdirmək, öz iradəni hərəkətə keçirmək istəyidir.

Niyə dua edir insan? Allah iradəsini insana görə dəyişmir dedik. İnsan öz istəklərini Allahın iradəsinə görə dəyişir. Hər dua və ondan sonrakı duruma baxan insan, Allahın qanunlarının onun istəklərinin fövqündə olduğunu fərq edər, öz yerini bilər, həddini bilər və istəklərini bu böyük iradənin axınına uyğun formalaşdırar. Təslimiyyət də budur. Quran deyər: “Duanız olmasaydı Rəbbim sizə nə deyə dəyər verərdi.” Bəli, sizin dəyəriniz Allahın verdiyi qədərdir. Onun iradəsi mütləqdır və insanlar öz iradələrini bu vahidə uzlaşdırmağa cəhd etməldir. Xoşbəxtlik və bədbəxtlik də bu fonda özünü aşkar edir.

Tanrı uşaqları tez eşidir deyirik. Niyə? Çünki uşaqlar dinləmək istəyir, öyrənmək istəyir. Uşaqlar bütün hüceyrələrini qulağa çevirirlər dua etdikləri zaman. Çünki uşaqların duaları içdən gələn istəkləridir, ritualları deyil. Uşaqların tək ritualı var, o da öyrənmək. Böyüklər isə bildiklərini təsdiq etmək üçün qulaq asırlar. Böyüklər ritualları ilə öyünərlər.

Dua-dua etməkDindarların məntiqincə isə dua Allahın iradəsini dəyişə bilər. Yəni dua etməklə olduqları durumdan fərqli bir şey istəyir, əldə edə bilmədiklərini əldə etmək istəyirlər. Öz durumunla razılamamaqdır bu, “Ya Rəbb, sən elə edirsən, mənsə belə istəyirəm” deməkdir. Sanki duaları ilə Allah mövcud durumu dəyişəcək, bilavasitə öz qərarını dəyişəcəkdir. Bu yanaşma dua haqda çıxılmaz problemlər yaradır, insanları paradokslar qarşısında bu cür qoyur.

1. Allah dua qəbul etməklə birinin qədərini dəyişir. Belə çıxır ki, dua Allahın iradəsinə təsir edir?
2. Allah qəlbləri bilir və qəlblərə görə verir. Qəlbləri duyur. Onun bu cür xəbərdarlığa ehtiyacımı var?
3. Allaha nə edəcəyini söyləmək yersizdir. O hər şeyi biləndir. Nə edəcəyini də bilmir?
4. Allaha edilən dua, başqası üçün bəddua ola bilər. Birinə yağmur, digərinə quraqlıq sərf edir. Allah kimin tərəfindədir?
5. Allaha dua etmək, mövcud durumla razılaşmamaq deməkdir. Allah isə layiq olmayanı verməz. Üsyanmı edirsən?

Beyenmeler
11   0  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın