DÜNYANI KİM İDARƏ EDİR

Dünya, kainatdakı milyardlarla qalaktikadan birində adi bir ulduz ətrafında dönən kiçik bir planetdir. Müəyyən bir hakimi yoxdur. İnsanlar hakim olduqlarına inansa da nə biokütlə, nə say, nə də haqq olaraq belə bir şeyə sahib deyillər. Xalqlar öz-özlərini idarə etdiklərini  sanırlar. İnsanlar nümayəndə olaraq hökumətdə olduqlarını sanırlar. Əslində bir çoxu bunun həqiqət olmadığının fərqindədir. Dünyanın çarxlarını çevirən bəziləri var.

Xalqlar öz özlərini idarə etdiklərini filan sanırlar. Dünyanın çarxlarını çevirən bəziləri var.
Xalqlar öz özlərini idarə etdiklərini sanırlar. Dünyanın çarxlarını çevirən bəziləri var.

Çox zaman gizlilik nəzəriyyəsi olaraq inkişaf edən bu fərqindəlik nədir? Bəzən şübhələndiyimiz bu gizli “xarici alışqan” kimlərdir? Köklərdən başlayaq. İlk dövlətlərdən bəri insanlığın əksəriyyəti həmişə idarə olunmuşdur. Cəmiyyətə rəhbərlik edən insanlar əvvəlcə gücə söykənərək, sonraları da Tanrının seçdiyi adı ilə fərdlərin gücünü özlərində birləşdirmişlər. Güc ya da dinlə başa keçmək yalnış gələ bilər, amma heç olmasa müəyyən bir səbəbiyyət vardır. Görünən bir təhlükə mövcuddur. Müasir zamanlarda bu da yoxdur. Bu gün bir çox xalq öz özünü idarə etdiyini zənn edir. Bu cəmiyyətlər güc və din istismarına söykənən insanlar tərəfindən qurulub irəliləmiş, sonra nəzarət xalqlara mı verilmişdir? Xeyr. İstismar sadəcə pərdənin arxasına keçmişdir. Demokratiya müasir zamanların ən böyük yalanı halına gəlmişdir.

Yaxşı, qəbilə şefləri və krallar mı qaldı? Xeyr. Görünməyən təhlükə, bunun başındakıları belə dəhşətə sala biləcək bir şeydir. “Pul” icadından bəri kimsəyə faydalı olmamışdır. Malları bir-biriylə mübadilə etmək yerinə imzalı kağızlardan istifadə asan olaraq görünsə də tam bir tələdir. Beləliklə bütün insanlığın gücü bir qrupa əmanət edilmişdır. “Pula nəzarət edənlər” dünyaya nəzarət edər hala gəlməkdədir. Bu gün dünyanı idarə edənlər “pula nəzarət edənlərdir”. Maraqlı olan isə “pul” da pulu idarə edənləri idarə etməkdədir. Pul dinamikası o qədər qəribə, manipulyasiyaya açıqdır ki, pulu idarə edənlər ona uyğun gəlmək məcburiyyətində qalır. Hökumətlərdə aşkar şəkildə iştirak edən sərmayələr vardır. Halbuki onlardan gözlənilən yalnız iqtisadiyyatı istiqamətləndirib xalqın cibindəkiləri sümürməkdir.

Pulu xalq deyil, sahibləri istehsal edir.
Pulu xalq deyil, sahibləri istehsal edir.

Bundan başqa, pulu xalq deyil, sahibləri istehsal edir ki, ikidə bir iqtisadi böhran yaşadır. Məsələn, 2008-ci ildəki qlobal böhranı xatırlayaq. Böhranın səbəblərindən biri “Lehman Brothers” adlı şirkətin batmasıydı. Bir şirkət batanda dünya nədən böhrana girdi? Təbii bir neçə faktor daha var idi, amma böhranın simvolu bu kriz idi. Tarixdəki ən böyük şirkət iflası gerçəkləşmişdir. 691 milyard dollarlıq bir varlıq idarə edən Lehman Brothers batmışdır. Bu şirkətın fəaliyyəti nə idi? Bankçılıq və maliyyənin idarə edilməsi. Yəni pul satar, pul yığıb, bunlarla sərmayə edərlər. Pulu idarə edənlərin biridir. Pulun, sahiblərinin belə nəzarət edə bilmədiyi bir dəli dana halına gəldiyinin nümunəsidirlər. Ortada aşkar bir səbəb yox ikən, 2008-ci ildəki kimi öhdəsindən gələ biləcək borc yükləri yaranmışkən, çox komik bir şəkildə pulun idarəsini itirirlər. Böyük bir bank vətəndaşlardan kreditini geri istəsə, çıxıb desə ki: vəziyyətimiz yaxşı deyil, o zaman vay vətəndaşın halına! Gerçək filan olmasına ehtiyac yoxdur. Bir şərh ya da bir söz-söhbət yetər.  Bu gün dünyanın ən möhtəşəm kağızı olan 100 dolların üzərindəki Benjamin Franklin “banklar ordulardan təhlükəlidir” sözünü boşa söyləməmişdir.

Xalq ən çox bağıranı seçdikce bu proses beləcə davam edər.
Xalq ən çox bağıranı seçdikce bu proses beləcə davam edər.

Pul sahibləri kənardan gələn bəzi monarxiya, kapitalist, müstəmləkəçi müəssisələrdir. Bir də insanların pulunu, sığorta ödənişlərini, zəmanətlərini yığan fondlar vardır. Trilyon dollara çatan bu fondlar bir ölkəni bir gündə vəzir də edər, rəzil də. Pulun məmləkəti də yoxdur. Maliyyə təşkilatların əksəriyyəti ABŞ qaynaqlı olmasına baxmayaraq bir gecədə tərki-diyar eyləyib ABŞ dollarına 4 % dəyər itkisi verə bilərlər. Bir gün içində ölkələr bata və ya meydana gələ bilməkdədir. Hər zaman batan bir şey vardır- xalq. Kütlə heç bir zaman qazanmaz. İmtiyazlı seqmentin idarəsindəki pulun heç bir şəkli xalqa fayda verməz. Pul mərkəzli kapitalist hökumətlər də ancaq xalqı aldatmaq üçün vardır. Hökumətlər mətbəədə pul basar və bunları qlobal oyunçulara təslim edər. Maliyyə təşkilatları dövlətlərdən aldığı dəstək və pul ilə xalqa öz varlığını satar. Xalq ən çox bağıranı seçdikcə bu proses beləcə davam edər.

Xalqın bir şey etməyəcəyi ötən iki yüz ildə aydın oldu. İş yenə pul atalarına düşür. Bəlkə onlar pulun hər kəs üçün təhlükə olduğunu, dünyanı bir gündə məhv etdiyini qavrayar və bir tədbir görərlər. Etməyin, eləməyin atalar, kəfənin cibi yox, ağ axça qara gün üçündür. Zəngin avtomobilini dağdan aşırır, yoxsul düzənlikdə yolunu itirər, pul ilə imanın kimdə olduğu müəyyən olmaz.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +23 (from 23 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

  1. Azərbaycanı idarə edənlər xalqın həyat zərurətlərini bəs etməyən maaşla yaşaya biləcəyini zənn etməklə yanası, özlərini bir zad kimi zənn etməkdədir…

Bir cavab yazın