DÜRÜSTLÜK NƏDİR?

dürüstlük
Bizə doğru bilgi verən insana dürüst deyirik.

DÜRÜST OLMAQ.

Dürüst, “doğru kimsə” mənasını verir. ( Farsca drust-duruva-deru–dü­z, sağlam) Dürüstlük səmimilik, doğruluq, açıqsözlülük kimi xüsusiyyətlərə sahib olmağı ifadə edir. Yalan, hiylə, kələkbazlıq kimi mənfi hərəkətləri deyil, doğruluq və düzgünlük kimi müsbət hərəkətləri ehtiva edir. Etibarlılıq, səmimilik, nəciblik, insaflılıq, ədalət kimi fəzilətləri də əhatə edir. Əxlaqi cəhətdən doğru olana verilən addır.
Təriflər bildiyimiz kimidir. Bizə doğru bilgi verən insana dürüst deyirik. Hamıdan da dürüst olmağını gözləyirik. Çox zaman dürüst olmağa çalışırıq. Amma dürüst ola bilmədiyimiz zamanlar da olur. Dəqiq bildiyimiz bir şey var ki, hər zaman bizə qarşı dürüst olunmağını gözləyirik. Özümüz dürüst olmasaq belə, bunu vərdiş halına gətirmiş olsaq belə , başqalarının dürüst olmasını tələb edirik. “Dürüst olmaq vacibdirmi?” sualının cavabı da buradadır. Hamının yalan söylədiyi bir dünyada yaşamaq istərdik? Belə bir dünyanın mümkün olub olmaması ayrı məsələ, ancaq həyatı yaşanılacaq hala gətirən, yaşanması mümkün qılan şeylərdən biri dürüstlükdür, bir- birimizə qarşı dürüstlüyümüzdür.
İnsanlar bir-birinə güvənərək cəmiyyət halında yaşamağa başlamışlar. Təbiətdə çətin həyat şəraitlərində tək başına yaşaya bilmirdik, digərləri ilə yardımlaşaraq təbiəti özümüzə uyğun formalaşdırmışıq. Bu günə qədər insanın inkişafının başlıca səbəbi bir-birinə güvənmək, qarşımızdakı üçün bir şeylər etmək idi. Hələ də, cəmiyyətdəki kiçik rollarımızla böyük bir mədəniyyəti yaşatmaqdayıq. Bir-birimiz üçün yaşayırıq. Bu yolda bir-birimizə güvənib dürüst olacağımıza, gerçəkləri deyəcəyimizə inandığımız üçün toplumu- cəmiyyəti yarada bildik. Dürüst olmaq həyati əhəmiyyətə malik xüsusiyyət idi, bu gün də elədir. Sadəcə, müasirlik bunu pərdəIəyir. Fitrətimizdə mövcud olan bu fəziləti görmədiyimiz zaman onu unuda bilərik.
Digərlərinin də həqiqəti danışdığına inamımız bizi cəmiyyətdəki kiçik rolumuzu ifa etməyə vadar etmişdir. Digər hər kəsin üzərinə düşəni etdiyini hesab edirik. Deyilən hər sözün doğru olduğunu düşünürük, düşünürük ki, həqiqəti duymaq istəyən insan yalnız həqiqətləri söyləyəcək. Doğrunun hökmünə inanırıq. Doğruya olan inancımız sayəsində cəmiyyətin bizə verdiyi rolu mənimsəyib onun sərhədləri daxilində özümüzü formalaşdırırıq. Həyatın doğru olduğuna inanaraq yaşayır, insanlığın dürüstlüyünə inanaraq cəmiyyətin bir parçası oluruq.

dürüstlük-xəyanətDÜRÜST OLMAMAQ.

Dürüst olmaq gərəkdiyini çox eşitmişik. Filiosoflar, aydınlar, peyğəmbərlər dürüstlükləri ilə tanınmış və dürüstlüyü təbliğ etmişlər. Dürüst olmaq gərəkdiyini demək bizə yeni bir şey düşündürmür. Əsas məsələ, nə üçün dürüst olmadığımızdır. Əgər hər kəs tərəfindən təsdiqlənən, doğru qəbul edilən bir xüsusiyyətdirsə, niyə hamımız dürüst olmuruq? Dürüst olmamağın səbəblərini xırdalayaq. Dürüst olmamaq nə üçün var? Bunu pisləməməyə çalışırıq.
Hər şey müəyyən təsirə qarşı reaksiyadır. Dürüst olmamaq da dürüstlüyü yaratmışdır. Yox olmasını deyil, arzuolunmaz bir hal olaraq nə üçün hələ də mövcud olduğunu sorğulamalıyıq. Hamının dürüst olmaması qəribədir, bəs insanın həmişə dürüst olmaması?
İnsan səhv edərək öyrənir. Dürüstlüyü də doğru söylənildiyi zaman tərəflərin yox olması ilə öyrənmişik. Fərd tamamilə dürüst olmadığı kimi, insanlıq da tamamilə dürüst deyil. Hər insanın dürüst olmadığı anlar olur. Doğruluq tamamilə əks mənalar verə bilən bir nəzəriyyədən ibarətdir. İnsanın doğruluğu da bizim üçün müsbət olan şeyləri deməsindən asılıdır. İnsan özünə qarşı da dürüst ola bilmir hər zaman. Duyğu orqanlarımız bizə həmişə düzgün məlumat verməyə bilər. İllüziya- optik yanılma bizə yalnışı doğru göstərə bilər. Fiziki varlığımız belə bizə qarşı dürüst olmaya bilir.
Yenə də dürüst olmaq gərəkdiyini deyə bilərik. Amma bunun funksional bir nəzəriyyə olduğunu unutmamalıyıq. Hisslərimiz, elmi qanunlarımız, cəmiyyətimiz və tariximiz bizə həqiqəti çatdırmaqda tutarlı deyildir. Dürüstlük “paradiqma” dəyişənə qədər doğru ola bilər. Bundan sonrası isə, ikiüzlülük sayılar. Dürüstlük 1984 adlı əsərdə olduğu kimi qarşısındakını yox, dövləti düşünən bir dürüstlük ola bilər. Nəyə və kimə görə doğrunu söyləməliyik? İmmanuel Kantdakı kimi, sevdiklərimizi öldürməyə gələn bir qatilə onların yerini demək də dürüstlük sayıla bilər. Eyni dinə, məhzəbə, qrupa mənsub insanların digərlərinə qarşı öz-aralarında olduqları qədər dürüst olmamaları da bir növ dürüstlük hesab edilə bilər. Əsas məsələ, hər kəsə xitab edən, din, dil, millət, status, növ, irq, canlı-cansız ayrı-seçkiliyi etmədən mümkün ola biləcək ən faydalı dürüstlüyü yaratmaqdır. Önəmli olan dürüstlüyü ətrafda axtarmaq yaxud yaratmaq yox, birlikdə formalaşdıra bilməkdir, birlikdə olmaq və dürüstlüyün eqoist tərəfini atmaqdır.

Mənbə: www.dmy.info
Hazırladı: Aytac Həsənova

VN:F [1.9.16_1159]
Rating: +17 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın