DÜŞÜNMƏ FƏALİYYƏTİ

düşüncə fəaliyyəti
Düşüncə, insana bağışlanmış bir gücün şüurlu olaraq yüksək istifadəsidir.

Düşünmənin nə olduğunu bilirikmi? Bildiyimiz şeyləri təkrarlamaq,  düşünmək yox, anmaqdır. Narahatlıqlar, qorxular, keçmişlə əlaqədar incikliklər duyğularımızın, dar şüurlarımızın və zehnimizin bir gücü səhv istifadə edərək bizlərə oynadığı oyunladır. «Düşünmə» kəlməsinin yalnış istifadələri bizi hər zaman «düşünən» insanlarmışıq kimi göstərir. Düşüncə, insana bağışlanmış bir gücün şüurlu olaraq yüksək istifadəsidir. Bu güc, bir mənasıyla da zamandır ya da zamanın bizdən gözlədiyi şüurdur; səhv istifadə bizi zamanın xaricinə atar. Gerçək olaraq düşünməmizi təmin edəcək xəbərdar edicilər davamlı olaraq ətrafımızdadır. Üst Sistem, hadisələr, ürək yolu ilə hiss etdirmə ilə və məlumatlar yolu ilə insanı fasiləsiz olaraq xəbərdar etməkdədir. Hadisələr, oxuduğumuz kitablar zehinimizdə bir yüksəlmə, həyatımızda bir dəyişmə meydana gətirmirsə, düşünə bilmirik,  deməkdir. Düşünmə, gerçəyin fəaliyyətidir. İnsanın iki gününün eyni olmaması, düşünmə fəaliyyəti ilə həyatın davamlı dəyişməsidir. Həyat və ya zaman və ya şüur bir çay kimi axır. Düşünmə fəaliyyəti, çay olmaqdır.

Yaxşı bir kitab, bir düşüncə məhsuludur və bizi düşündürməsi gözlənilən bir xəbərdar edicidir. Əgər, şüurumuzu, yazarın şüur səviyyəsinə yüksəldə bilsək, kitabın söz etdiyi həqiqəti anlamış olarıq. Əgər çatdığımız yüksək zehin səviyyəsini davam etdirə bilsək, kitabdakı fikir bizim zehnimizə daha başqa doğruları, üst gerçəkləri çəkər və izi izlədiyimiz zaman dinclik və sevinc verən daha neçə gerçəkləri qarşılayarıq. düşüncə fəaliyyətiAncaq, yazarın öz təcrübəsini oxuyaraq biz zehinimizi yüksəltmiş və o məlumatı anlamış olsaq belə iz izləmiriksə, qısa müddətdə o mənanı itirərik. Hətta “niyə bu qədər həyəcanlanmışdım, görəsən” belə deyə bilərik. Bütün bunları söhbətlər üçün də söyləyə bilərik. Bir söhbətdən və ya kitabdan axan məlumat, gerçək düşünmə fəaliyyəti varsa, zehini və şüuru yüksəldər, bizi “zaman yolçusu” edər. Hətta zaman-zaman öz- özümüzə  içində olduğumuz bir dərin düşüncə əsnasında həyəcanla, anladım, deyər, göz yaşları içində şükr edərik. Amma çox təəssüf ki, dəyişməyən gündəlik həyat bizi təkrar aşağı çəkər, bizə gerçək düşüncəylə çatdığımız yeri, şüur zirvəmizi unutdurar, kaş ki, yazsaydım deyərik. Bu səbəblə, möcüzəni düşüncələrinizdə axtarın, deyilmişdir ki, ən böyük möcüzə zaman yolçusu olmaq, yolculuğu davam etdirməkdir.

Bir kitab və ya söhbət onu ortaya çıxaranın düşüncəsinin ən yüksək istifadəsidir. Kitabı oxuyan və ya söhbəti dinləyən adam isə ya düşünərək o tezliyə çata bilmədiyi üçün hadisəyə kənardan baxan bir tamaşaçıdır, anladım, zənn etmiş amma anlamamışdır, ya da gerçək bir düşüncəylə mənanı yaxalamışdır. Yaxaladığını necə anlayacağıq?  Belə bir deyimlər var, “bir kitab oxudum, həyatım dəyişdi”, “bir könül insanı ilə tanış oldum, həyatım dəyişdi” kimi. Bax beləcə, gerçək düşünmə ilə mənanı yaxalayanın həyatı dəyişər. Oxu, oxu və ya bir yerlərdə toplantılara qatılmaqda ol, həyat dəyişmirsə, sadəcə özümüzü aldadarıq.

Mənbə: www.dostsite.org Güney Haştemoğlu
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +20 (from 20 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Jeyhun E. Mikayilov üçün bir cavab yazın Cavabı ləğv et