ELF KİMLƏRDİR?

elf“ELF” J.R.R. Tolkienin qondarma Orta dünya kainatında bir irqdir. Elflər yazıçı J.R.R.Tolkien tərəfindən modern ədəbiyyata qazandırılmış və fantastik ən papulyar elementlərindən biri halına gəlib çıxmışdır. Elflər saf qəlbli, şəfqətli, xəstəlikləri sağaldan, bitkilərin və daşların sirlərini öyrədən varlıqlardır. Elflər insanlara baxdıqda daha gözəldirlər. Elflər digər irqlərlə münasibət qurmağı o qədərdə xoşlamazlar. Amma başqa irqlərdən olan dostlarını heç vaxt unutmazlar. Elf döyüşçüləri daha çox “ ox və xəncər”dən istifadə edərlər və çevik olduqlarına görə bu mövzuda çox bacarıqlıdırlar. Bunlarla yanaşı bəzən heyvanlar və insanlara cadu edə bilərlər. Bəzi inanclara görə pis niyyətli elflərdən qorunmaq üçün “ Pentagram”dan ( Beş bucaqlı ulduz deməkdir, mənəvi dünyanı işarə edir, HAVA, OD, SU, TORAQ deməkdir) istifadə olunur. Rəqs və mahnılarla yaşayan, əyləncəli həyatları vardır. Elflər çox sürətlidirlər. Melodik bir səs tonuna malikdirlər. Bəzən sadəcə vəhşi səsləri eşidilər, görünməzlər.

Elflər 1200 ildən çox yaşayarlar. Kədərdən solmadıqca, yaralanmadıqca və qanları axıdılmadıqca ölməzlər. Buna görə elflərin ölümsüz olduqlarıda söylənilir. Heç bir xəstəliyə yoluxmazlar. Elflər insanların cücələrin və orkların əksinə ağac kəsməzlər. Yaşayış tərzləri təbiətlə iç-içədir. Cadugərlik və sehrlə məşğul olanlarıda vardır. Galadriel, Feanor buna misaldır. İlk elflər dəniz sahillərini, meşələri və dağları özlərinə məskən seçmişlər. SİNDARın bir hissəsi dəniz kənarlarında yaşayır. Gri limanların qurucusu CİRDAN bu bölgənin elfidir. elf q[vmwLegolasın sülaləsi isə meşələri məskən seçən Sindarın soyundandır. Buna qarışan Eriagon və Noldor krallıqları dağlar və vadilərdə yaşayır və yaxşı dəmirçilərdir. Elflərin mifologiyasına baxdıqda onlarında CƏNNƏTDƏN ENİŞ -ə bənzər bir şəkildə Valar’a üsyan edib Volinordan qovulduğunu görə bilərik. Bu qovulmağın səbəbi isə Elf kralı Feanorun yaratdığı nadir tapıntı almazlar olan Silmarillerin Morgoth tərəfindən oğurlanmasıdır. Bundan sonra elflər şərqə Melkorla müharibəyə gedib və Silmarilleri tapmadan öldürülmüşdür. Fingolfin, Feanor oğulları-Turgon, Thingol və saysız Elf kralı ölür. Eardilin qərbə səyahətinə qədər yer üzünü hakimiyyəti altlna alan Melkor, Eardilin Noldor adına Üzür istəməsi ilə Valar və qərb elfləri tərəfindən dincilə qarışar. Ancaq bu dinclik çox sürməz. Əvvəllər Auleyə xidmət etmiş sonradan Melkora çevrilmiş Souronun xəyanəti ilə “Üzük müharibəsi” başlayır. Noldorun orta dövr dünyadaki krallığı dünyadaki krallığı Eriagonlu dəmirçi, elflərdən üzüyün necə hazırlandığını öyrənər və onlara xəyanət edərək Tək Üzük düzəldər. Tək üzüyün düzəldilməsindən və Elf krallarının bir-bir ölməsindən sonra yer üzündə demək olar ki Elf qalmaz və insanların dövrü başlar. Elflər haqqında bəzi məlumatlar Tolkienin-The lord of the rings əsərində öz əksini tapmışdır. The lord of the rings və Hobbit filmləri buna misaldır. Və birdə nə vaxtsa dəniz sahilindən və sıx meşələrdən yolunuz keçsə ətrafa ehtiyyatla və diqqətlə baxın. Çünki balaca Elflərlə qarşılaşa bilərsiniz…

Hazırladı: Şəms Yunis

Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +22 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

3 comments

Bir cavab yazın