EQZÜPERİ – NİN DUASI

Allahım, səndən nə möcüzə, nə də ilğım istəyirəm, sEqzüperinin duasıəndən hər günüm üçün güc verməyini diləyirəm.
Mənə kiçik addımların sirrini öyrət.
Ötüb keçən günlərin rəng qatışığında məni həyəcanlandıran kəşf və təcrübələri vaxtında görə bilməyim üçün elə elə ki, heç nə gözümdən qaçmasın və bacardıqlarımı edə bilim. Ömrümə düşən vaxt payı ilə düzgün davranmağı öyrət mənə.
Mənə elə bir fəhm ver ki, birinci dərəcəli olanı sonrakılardan dəqiq seçə bilim, ayıra bilim, İlahi!
Həyatda büdrəməmək, addım atdığı yerdə ayağımın sürüşməməsi, əksinə günlərin axışını ağıllı şəkildə qurmaq, zirvəni və üfüqləri eyni anda görə bilmək və incəsənətdən lazimi ləzzəti ürəyimə çəkə bilmək üçün səndən mənə lazım olan yerdə dayana bilməyi, ən əsası, ölçü hissini qorumağı öyrətməyini istəyirəm.
Arzuların, xəyalların yardım olmaması hissini anlamaqda mənə kömək elə. Nə keçmişin, nə gələcəyin xiffətini çəkim. İndi və burda olmağıma və bu anı ən vacib şey olaraq anlamağıma yardım et.
Bütün həyatın hamar olmasına sadəlövh inamdan məni xilas elə.
Mənə elə iti ağıl ver ki, həyatdakı zədələrin, enişlərin və uğursuzluqların, həyatın təbii tərkib hissəsi olmasını  adi qəbul edim.
Yadıma sal ki, ürək tez-tez ağılla mübahisə edir. Lazım olan məqamda yanıma elə bir adam göndər ki, mənə həqiqəti bütün çılpaqlığı ilə, ancaq məni sevərək deyə bilsin.
Bilirəm ki, heç nə eləməyəndə belə, zamanla bir çox problemlər həllini tapır, ona görə mənə səbrli olmağı öyrət.
Dostluğa nə qədər möhtac olduğumuzu sən bilirsən. Taleyin belə bir ən gözəl, ən füsunkar payına layiq olmağıma şərait yarat.
Mənə elə zəngin bir fantaziya bəxş elə ki, lazım olan məqamda, lazım olan yerdə danışaraq və ya susaraq kiməsə həsrətində olduğu istiliyi verə bilim.
Elə elə ki, lap həyatın dibində olan insanlara əlim çata bilsin.
Həyatda nəyinsə gözümdən qaçmağına mane ol.
Mən səndən istədiyimi yox, mənə doğrudan lazım olan şeyi ver.
Mənə kiçik addımalrın sirini öyrət, İlahi!


Mənbə: Antuan dö Sant-Eqzüperi – “Balaca Şahzadə” kitabı

Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın