FƏLSƏFƏ GƏRƏKDİRMİ?

fəlsəfə-gərəkdirmi?
Fəlsəfə, ön maraq anlayışı olaraq insanın özünə xas xüsusiyyətləriylə əlaqəlidir

Fəlsəfə, maraq anlayışı olaraq insanın fitrətinə xas xüsusiyyətləriylə əlaqəlidir. Həyatın fərqli və tənqidi bir davranışı olduğu deyilə bilər. Çünki insan özünü önə çıxarıb, təbiətin digər üzvlərindən fərqli həyat sahələrinə sahib olmuşdur. İnsanın öz içində fərqliləşərək insanlıq təbiətini meydana gətirdiyi deyilə bilər. İnsanın həyatın içindəki çeşidlənməsi fərdin fərqli xüsusiyyətlərinə, fərqli həyat formalarına gətirib çıxarmışdır.

İnsan təbiətdən ayrılarkən öz içində də bəzi ayrılıqlar yaşamışdır. Təbiətə yadlaşarkən özünə də yadlaşmışdır. Başlanğıcda heyvanlardan fərqləndirən maraq və ünsiyyət keyfiyyətləri, sonralar insanı özünə də yadlaşdırmışdır. Maraqlandıq dəyişdik, bununla kifayətlənmədik və  istehsal etdik. Həyatın özünə aid bu fərqliliyi 3 nöqtələrdə yaşadıq. Bu maraq, istehsal, sorğulama və dəyişmə xüsusiyyəti daha sonralar fəlsəfə adıyla tanınacaq. Təbiəti sorğulayıb ondan şübhə etməyə zəka, düşüncə, inkişaf dedik. İnsanı sorğulayıb, insanlığı düşünməyə də fəlsəfə deyə bilərik.

Əkinçilik ilə oturaq həyata keçən insanlar qidalanmaq və həyat qayğısı güdməkdən fərqli şeylərə vaxt tapdılar. Dil inkişaf etdi. Əlaqə artdı. Alver çoxaldı. Paylaşacaq şeylər artdı və həyati ehtiyaclar tamamlandı. Sonrası əylənməyə qalmışdı. Əylənməkdən başqa daha fərqli nə edə bilərik? -deyə düşünənlər oldu. İnsanın bura qədərki yolçuluğunu və bundan sonrakı yolunu maraqlananlar oldu. İnsanlığı mövcud inkişafa gətirən maraq, indi özündən sonrakını sorğulayırdı.

Fəlsəfə lazımlıdırmı? Fəlsəfə insanın təbiətindən gəlir. Təbiətdəki minlərlə növün arasındakı insanlıq kimi, fəlsəfə də insanlıq içində “nadir”dir. Həyatı və ona aid elementləri maraq etdiyimiz müddətcə lazımlıdır, həyatidir. Bizi bu günlərə gətirən “marağın marağı”dır.

RİÇARD DAVKİNSFəlsəfə hansı ehtiyaclardan doğumuşdur? Həyatın ehtiyacı nədir? Həyatın ehtiyacı nəysə,  fəlsəfə də onun ocağıdır. Həyatı, insanı inkişaf etdirən hər şeydə fəlsəfə vardır. Hadisələrin ardına baxmaq, anlamağa çalışmaq, qurğulamaq, qane olmamaq, həyat orqanizminin ən orijinal xüsusiyyətləri fəlsəfənin içində birləşmişdir. Məxluqatın və içindəki insanın ən diqqətə çarpan yanı ünsiyyət də bunun vasitəsidir. Təbiətin mənfi təsirlərindən sıyrılmaq üçün “düşüncənin düşüncəsi” olaraq insanlığın böyük bir ehtiyacını qarşılamışdır. Bu gün də təbiətin və həyatın qətl edilməsi qarşısında iştirak etməkdədir. İnsana dair nə varsa onun ardına baxmaqda fəlsəfəyə ehtiyac duyulmuşdur. Daha əvvəl söylədiyimiz kimi, insanlıq qədər nadirdir. Ancaq kainatdakı bir möcüzə şəklində təxəyyül edə bilərik. Çox kiçik bir yer tutur, ancaq təsiri çox böyükdür.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın