FƏLSƏFƏ HAQQINDA

fəlsəfəFəlsəfə – Qədim Yunan dilində  (philosophía φιλοσοφία) -“müdriklik sevgisi” mənasını verməkdədir. Filosof (Philósophos φιλόσοφος) isə “müdriklik sevən” deməkdir. Ümumi qənaətə görə,  bu kəlimə “müdrik” sözünü şişirdilmiş görən Pifaqor tərəfindən ortaya qoyulmuşdur. Səbəbi, özünə müdrik deyilməsinə razı olmamağıdır. Bu təvazökarlıq, ancaq “müdriklik sevən” deyimi ilə aradan qaldırılar. Təvazökarlıq, kifayətlənmək, acgöz olmamaq fəlsəfə ilə məşğul olan adamın xüsusiyyətlərindəndir. Fəlsəfə ilə məşğul olmaq, Antik Yunanıstanda ümumi çərçivəsi çəkilmiş düşüncə fəaliyyətidir. Müdriklik kimi üstünlük kəsb edən bütün sifətlər daxil olmaqla, maddi dünyanın iştahlarından sıyrılmağı tələb edir. Maddi dünyadan sıyrılmaq, duyğulardan xilas olmaq, sadə bir iş deyil. Həyatın prioriteti bu fiziki ehtiyacları tamamlamaqdır. Ancaq maddi ehtiyacları tamamladıqdan sonra fəlsəfə ilə məşğul ola bilərik. Bu tamamlamaq, düşüncə ilə bu ehtiyacları aradan qaldırmaq şəklində də reallaşa bilər. Fərd, əvvəl fiziki gərəkləri sonra da ictimai gərəkləri aradan qaldıraraq (onlardan xilas olaraq) filosof ola bilər.

Fəlsəfəyə, müdriklikdən sonrakı mərhələdir, deyilə bilər. Müdrik olmağı aşmaq isə təvazökarlıq ilə reallaşar. İnsan müdrik/bilikli olduqdan sonra bundan sıyrıla bilərsə, fəlsəfə ilə məşğul ola  bilər. Bunu, həyatın hər anında da yaşaya bilər, müəyyən bir mövzu üzərinə də cəmlənə bilər. Fəlsəfəni yaşayanlara filosof deyilir. Həyatlarının hər anında fəlsəfi yaşayar, gündəlik hadisələri fəlsəfələrinin bir nümunəsi olaraq görərlər. Fəlsəfə, hadisələrin, faktların təməllərinə və dayaqlarına enər. fəlsəfə-haqqındaBir mövzuda məlumat sahibi olmaq adamı ağıllı edə bilər. Yalnız bilgi ilə filosof olunmaz. Filosof məlumatın kənarındadır. Öyrənmək, əldə etmək deyil, onu sorğulamaq, şübhə etmək istəyindədir. Araşdırmaq, incələmək, ardına baxmaq onların fəaliyyətidir. Fəlsəfə xaricdən əldə edilməz, xaricdən öyrənilməz. Məlumatı başqa insanlardan əldə edə bilərik, amma fəlsəfəyə özümüz çatmalıyıq. İnsan ancaq məlumat, şəxsiyyət, zənginlik, zövq kimi istəkləri tərk edə bilsə, filosof ola bilər. Fiziki dünya, fəlsəfi sorğulamanı çətinləşdirər. Ən yaxşı və ən sadə düşüncələr belə xaricdən gəlməz. Fəlsəfə öyrənilməz. Fərd öz-özünə fəlsəfi sorğulamalar etməlidir. Fəlsəfə üçün təvazökar və maraqlanan olmaq lazımdır. Bunun səbəbi də əvvəlcə maddi dünyadan sıyrılmaq, ardından çöldən baxaraq hadisələri anlaya bilmək üçün maraqlanmaqdır. Əvvəl gündəlik ehtiraslardan sıyrılmaq, sonra da izah edə bilmək üçün sadə və təvazökar olmaq filosofun təməl xüsusiyyətlərindəndir.

FƏLSƏFƏNİN SAHƏLƏRİ

Fəlsəfə özündə 5 tədqiqat və mülahizə sahəsini birləşdirir:
Məntiq -təfəkkürdə və tədqiqatda ideal metodlar haqqında təlimdir. Müşahidə və intrespeksiya, deduksiya və induksiya, hipotez və eksperiment, analiz və sintez-bütün bunlar məntiqin başa düşmək və əldə əsas tumaq istədiyi insan fəaliyyətinin formalarıdır. Məntiq bizim çoxumuz üçün darıxdırıcı təlimdir və təfəkkür tarixində bu vaxta qədər baş verən böyük hadisələr insanın təfəkkür və tədqiqat metodlarını mütamadi olaraq yaxşılaşdırmaqdadır.
fəlsəfə haqqındaEstetika -ideal forma və yaxud gözəllik haqqında təlimdir; bu-sənətin fəlsəfəsidir.
Etika -ideal davranış haqqında təlimdir; Sokrat deyirdi ki, ən yüksək bilik, xeyir və şər, həyatın hikməti haqqında bilikdir.
Siyasətşünaslıq -cəmiyyətin ideal bir qaydada təşkilatlanması haqqında təlimdir. (bu, bəzilərinin düşündüyü kimi işğal etmə və hakimiyyəti qoruyub saxlama sənəti və elmi deyildir); monarxiya, aristokratiya, domekratiya, sosializm, anarxizm, feminizm-bütün bunlar siyasi fəlsəfənin, necə deyərlər, personajlarıdır.
Metafizika -hər bir şeyin “son reallığ”-ı haqqında təlimdir. Bu, fəlsəfənin digər formalarından fərqli olaraq heç də real olanın ideal işığında nizama salınmasından ibarət olmadığı üçün bir sıra çətinliklərə gətirib çıxarır. Metafizika, materiyanın real və son təbiətinin tədqiqi olmaqla antologiyadır; ruhun və son təbiətinin tətbiqi olmaqla isə fəlsəfi psixologiyadır; qavrayış və idrak prosesləri zamanı materiyanın və ruhun qarşılıqlı münasibətlərinin real və son təbiətini öyrənərkən isə epistemologiyadır (yunanca, mənası: idrak nəzəriyyəsi).

Mənbə:  www.dmy.info , “Fəlsəfi hekayətlər” Uill Dürant
Hazırladı:  Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Vüsal Abdalov. üçün bir cavab yazın Cavabı ləğv et