FƏLSƏFƏ NƏDİR?

fəlsəfə-və-bizFəlsəfə nədir?

Fəlsəfənin üzərində uzlaşılmış bir tərifi yoxdur. Bu zamana qədər fəlsəfə terminolojisinin və istinad alınacaq təriflərin meydana gəlməməsi fəlsəfənin uzlaşmaz xüsusiyyətinə asılıdır. Davamlı bir skeptisizm və sonsuz sorğulama istəyi onun üçün bir mühakimədə olmağı çətinləşdirir. Necə ki fəlsəfə adı altında toplanan tədbirlərin belə bir məqsədi də olmamalıdır.

Fəlsəfə sözlüyünün Yunan əsli  philosophia”-dır və iki ayrı sözdür: “Philio” sevgi mənasını verər: “sophia” isə, “müdriklik” ya da ümumiyyətlə “bilik” deməkdir. “Philosophia”, bilik və müdriklik sevgisi, eşqi mənasını verər. ” Philosophos (filosof ) da, “müdrikliyi sevən”, “məlumatı axtaran və ona çatmaq istəyən”dir. “Filosof ” adını ilk dəfə Pifaqor (mö.570 -495) istifadə etmişdir. Özünə “müdrik” yerinə “müdriklik sevdalısı” demişdir. Digər insanlar verilən müdrik, ağıllı, ustad kimi ünvanlardansa, ancaq müdriklik sevdalısı ola biləcəyini söyləmişdir. Filosof, müdrik olmama təvazökarlığını göstərən adamdır.

elm və fəlsəfəFəlsəfənin Mənası

Söz mənasından yola çıxaraq həyati ehtiyaclarını aşmış və düşünməyə vaxt tapmış insanların fəaliyyəti olduğunu söyləyə bilərik. Antik Yunanlılar fiziki ehtiyaclarını aşmış, gözəl iqlimin və unikal coğrafi mövqenin təsiriylə Aralıq dənizinin digər qisimlərini də hökm altına almışdı. Digər xalqlardan axan sərvəti yaxşı istifadə edən Yunanlılar boş zamanlarında öyrənib xəyal qurdular. Fəlsəfə , müdrik kəslərin hadisələrin əslinə aid sualları təyin etmələri ilə başladı. Filosof sözü ilk olaraq Pifaqorda görülmüşdür. Ancaq filosofun yolundan daha əvvəlki müdriklər getmişdir. Asiyadakı müdriklər də həyat sorğulamış, ancaq Yunanıstandakı kimi sistematik olmamışdır.

Fəlsəfə nədir ? Söz mənası hər nə qədər müdriklik sevgisi mənasını gəlsə və Yunan qaynaqlı görünsə də fəlsəfə, məna genişlənməsinə uğramışdır. Kimi zaman dinlə,bəzən fərdi motivasyonla bir tutulmuşdur . Filozoflar tərəfindən təriflənmiş, qınanmış, yox olduğu iddia edilmişdir . Çox vaxt fərqli obraza ətf edilmiş, ya da qarışdırılmışdır. Dilin maneəli quruluşu üzündən hələ fəlsəfə sözü içərisində məhbus vəziyyətdəyik. Aktual lüğətdə: 1. Varlıq, kainat, insan və məlumatla əlaqədar düşüncələrin bütünü. 2. Bir elmin ya da məlumat sahəsinin əsasını təşkil edən prinsiplər bütünü 3. Kainatı, dünyanı, həyatı şərh forması, dünya görüşü, ideologiya kimi cəmiyyətdə bilinən mənaları verir.

heç haqqında hər şeyFəlsəfədə insanı məmnun edə biləcək bir xüsusiyyət, bir özəllik var. Bizim həyatımızda görün nə qədər mənasızlıq, sahibini məhv edən qətiyyətsizlik, tərəddüd və boşluq vardır. Biz ətrafımızdakı və içərimizdəki xaosla mübarizə aparırıq. Buna baxmayaraq bir mətləbi başa düşmək, hər zaman inanmaq istəyirik ki, bizdə həyati və mənalı olan nəsə vardır. Biz öz ruhumuzun şifrəsini açmaq istəyirik. Düşünürük ki,bizim üçün həyatın mənası olduğumuz və qarşılaşdığımız hər şeyi işığa və alova çevirməkdir. Biz  cari olanın həqiqi dəyərinə və perspektivinə sahib olmaq və beləliklə, gündəlik güzaran burulğanının fövqündə durmaq istəyirik. Biz böyük olanın böyük, kiçik olanın isə kiçik olduğunu o vaxta qədər bilmək istəyirik ki, bu bilgi gecikmiş olmasın. Biz qaçılmaz, labüd olan hər bir şeyin qarşısına gülə-gülə çıxmaq, ölümün özünü belə təbəssümlə qarşılamaq istəyirik. Biz tam, bütöv olmaq, öz arzularımızı təfəkkür süzgəcindən keçirib də harmonik bir vəziyyətə gətirərək, daxili enerjimizi bir nizamla qurmaq istəyirik.

Mənbə: www.dmy.info; “Fəlsəfi hekayələr” Uill Dürant
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

İzlə:
TwitterFacebookGoogle Plus

Bir cavab yazın