FƏLSƏFƏNİ SEVMƏK ÜÇÜN 10 SƏBƏB

Əsrlər öncə Aristotel, insanların fəlsəfə ilə məşğul olmaq məcburiyyətində olduğunu irəli sürmüşdür. Bu gün isə, Amerikalı filosof Martimer Adler, “fəlsəfə hər kəsin işidir”, deyərək, Aristotelin mühakiməsini təkrar edir. Bu mühakimələrdən yola çıxaraq, biz də deyirik ki, fəlsəfə, həyatımızın bir parçasıdır. O zaman, ön mühakimələrimizdən qurtularaq qapımızı fəlsəfəyə açmalı və şüurlu olaraq fəlsəfə etməliyik.

Fəlsəfəni incələmək və sevmək üçün bir çox səbəb var. Bunları, qısaca olaraq, bu cür yekunlaşdıra bilərik:

Fəlsəfə, “müdriklik-hikmət sevgisi” mənalarını ehtiva edir.
Düşünmənin sistematik yoludur, yolda ( bilgi yolu ) olmaqdır. Düşünmə və sual vermək sənətidir. Filosof, bir şeyləri özünə dərd edər və sorğulayar. Sokratın da dediyi kimi: “Sorğulanmamış həyat, yaşamağa dəyməz.”

Fəlsəfə, zehni zənginləşdirər; çünki fəlsəfə oxuyan insan, bir çox bilgi növünü də incələmək məcburiyyətindədir.
Fəlsəfi sualları verə bilməsi üçün, insan, mövzudan xəbərdar olmalıdır. Filosof, bilgini səthi deyil, dərindən təhlil edər. Heç kimin ağlına gəlməyən, əhəmiyyət verilməmiş- sorğulanmağa dəyər görməmiş detalları belə sorğulayar.

Hər kəsin, həyat haqqında müəyyən bir dünyagörüşü, düşüncəsi və sualı vardır.
Filosofun sualları, gündəlik suallardan fərqlidir: Sistemlidir. İnsanın sualları, uşaqlıqda başlayar. Bəziləri, zamanla sual verməyi buraxıb, özünü həyatın axarına buraxar. Bəziləri isə, sualların arxasınca gedər; bu sualların müşayiəti ilə həyatına bir istiqamət verər. Fəlsəfə, bizi yenidən uşaqlıq dövrümüzdəki maraq ruhuna aparar.

Fəlsəfə, fərdi həyatlarımızı zənginləşdirər.
Dünyamızı genişləndirər. Yeni dərinliklər qazanar, yüni üfüqlərə açılarıq. Yeni fikirlər, bizim üçün təhlükəli ola bilər; çünki, bizi sabit fikirli, sakit həyatdan ayırıb, fırtınalı bir həyata sürükləyə bilər. İnsan, ancaq bunu gözə alarsa, hədəfinə çatması mümkün olar.

Fəlsəfə, problemləri həll etməkdə bizə kömək olar.
Filosoflar, “bilgi bilgisizlikdən yaxşıdır, şüur məsumiyyətdən daha dəyərlidir” prinsipinə bağlıdır. Doğruluqla yalnışlıq, gerçək ilə gerçək olmayan arasındakı fərq haqqında açıq bir fikirə sahib olmalıyıq. Fəlsəfə, bizi yalnış olanı təsdiqləməkdən, əhəmiyyətsiz-bəsit şeylərlə kifayətlənməkdən qoruyar. Bunu təmin edən şey, bilgiləri kor-koranə qəbul etmək ya da sorğulayıb mühakimə etmədən qəbul etmək deyil. Onu təmin edən şey; tənqidi şəkildə ayırd etməyimizi təmin edən fərziyyələrin, üsulların və meyarların, israrla və sistematik bir şəkildə ararşdırırlıb tədqiq edilməsidir.

Fəlsəfə, insanların gündəlik həyatlarına dair anlayışımızı zənginləşdirər. Öz həyatımızdakı peşə məqsədləri, əxlaqi dilemmalar və dini bağlanmalar kimi əhəmiyyətli problemlər mövzusunda rasional qərarlar verməyimizə imkan verər.

Fəlsəfə, inanclarımızı diqqətli bir şəkildə araşdırmağımızda, onların doğruluğunu göstərməyimizdə bizə kömək edər.
Beləcə, bağlılıqlarımızın köklərinə enməyə  köməkçi olar. Ön mühakimələrin və alışılmış inancların tiranlığı, sorğulanmamış sabit və qatı inancların qarşısında, insanı azadlaşdırar.

Fəlsəfə, ön fərziyyələri və dəyər mühakimələrini fərq edib tanıya bilməyimiz üçün müəyyən duyğular, düşüncələr və vərdişlər qazandırar. Şeylərin “necə”sini bilməyin xaricidə, şeylərin, “nə üçün” ünü soruşar, çünki bilməklə kifayətlənməz, anlamaqla da maraqlanar.

Fəlsəfə, insana, tutarlı bir şəkildə, müzakirə ustalığı qazandırar.
Filosof, müzakirə edərkən, qarşısındakının fikirlərinə, baxışlarına hörmətsizlik edib, onu təhqir etməz. Bu ustalıqdan istifadə edərək bir çox sahədə müvəffəqqiyyətli ola bilər. İnsan mövcudluğunun təbiəti haqqında qazandıqları qavrayışları, sənət sahəsində də istifadə edən filosoflar, bu sahədə də olduqca müvəffəqqiyyətli olmuşdur.

Fəlsəfə, bəlkə bizə daha yaxşı bir iş imkanı təqdim etməz, amma daha yaxşı-keyfiyyətli bir həyat təqdim edər.
Yaşadığımız şeylərin fərqindəliyinə vararaq yaşayarıq. Bir çox filosof yoxsul olaraq yaşamış, bəziləri isə düşüncələrinə görə mühakimə olunmuşdur. Amma Sokratın da dediyi kimi: “Ən əhəmiyyətli şey, həyat yox, yaxşı həyatdır.”

Fəlsəfə, ön mühakimələrimiz səbəbi ilə uzaq durmalı olduğumuz  bir şey deyil, əksinə, həyatımızın hər sahəsində, faydalanmalı olduğumuz bir şeydir.

Mənbə:  hepsi10numara.com
Müəllif: Safure Nermin Öz
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın