FƏLSƏFİ SUALLAR

Elm, sənət, ya da iş baxımından problemlərə yaxınlaşmaq fəlsəfə ilə yaxınlaşmağa bənzəməz. Fəlsəfə bir peşə deyil, bir həyat tərzidir. Fəlsəfənin soruşduğu suallar həyata dairdir . Müəyyən bir sahədə yalnız ona bağlı sualları yoxdur. Hədəflədiyi mövzu ilə birlikdə hər şeyi və hər kəsi maraqlandıran suallar soruşar. Bu suallardan bəzilərini sıralayacağıq:

fəlsəfi suallarHəyat nədir? Həyatda bir çox şey edir, doğulur, öyrənir, çalışır, ölürük. Bir çox şeyin səbəbini soruşuruq. Həyatı heç soruşmuruq . Bütün bu səbəb axtarmanın içində olduğu həyat nə ola bilər?

İnsan niyə təkdir? Niyə davamlı bir üstün, amma xüsusi, tək olan insanlıq görünüşü var. Həyatda bunu edən bir çox fərd var və heç də xoş qarşılandıqları deyilə bilməz. Dünyada tək olduğunu sanıb yalnız özü üçün çalışan kəslər var. İnsanlıq da belə mi? Görəsən yalnızlığım bir yanılma mı? İnsanlıq niyə tək və üstün olsun ki?

İnkişaf etmiş ölkələr niyə bu qədər geri qalmış? Dünyanın ən inkişaf etmiş, ən irəli texnologiyasına sahib xalqları niyə ən kasıbları sümürürlər? Nədən heç bir gücü olmayan ölkələrə zorla azadlıq və demokratiya aparılır? Böyük xalqlar insanları öldürərək necə inkişaf etdirməyi məqsəd qoyur ?

Demokratiya yalanı niyə bu qədər tutdu? Köhnə Avropa koloniyaları 50 ildir demokratik, amma hələ bütün mədən, təbii qaynaq və iş bazarları Avropalıların əlində? Bir insanı inandırmaq çox çətinkən xalqları aldatmaq niyə bu qədər asan? Niyə ən çox göz boyaya bilən seçilir?

Həyat nədən mərhəmətsiz? Hər yer qorxu və kədər ilə bəzənmiş . Niyə hər şey  “əz ya da əzil” tezisinə görə təşkil edilmişdir? Yoxsa insanın belə bir qəbula sahib olması onun istismarçı anlayışından mı irəli gəlir? İnsan həmişə əzdiyi üçün mü, həmişə sümürdüyü üçün mü istismar edildiyini düşünər?

sualNədən döyüş, savaş, qarşıdurma var? Niyə uyğunlaşma içində yaşaya bilmirik? Paylaşılamayan nədir? Dünyada o qədər alan, o qədər vəsait varkən niyə həmişə daha çoxunu istəyirik? İnsanlar niyə heç doymurlar ? Bir adam həyatı boyunca xərcələsə belə tükənməyəcək  sərvəti nədən yığar ? Dövlətlər sırf daha çox istehlak etmək üçün nədən davamlı işğal edər?

Bəzi cəmiyyətlər susuzluqdan belə ölərkən , gündəlik 600 litr su xərcləyən “inkişaf etmiş” ölkələrin insanları , necə bu qədər rahat və vurdumduymaz davrana bilir? Çoxu insan gündəlik yeməyini çətin taparkən milyonlarla adamın sərvətinə sahib olan insanlar necə var olur? Bir şəxs necə bir iş etmişdir ki, ölkələrdən belə böyük bir sərvətə malikdir?

Zənginlik və kasıblıq nədən var? Zəngin nədən paylaşmır? Adı üstündə, zəngin- artıqdan bir şeyləri var. Artıqlarını nədən paylaşmır? Haydı paylaşmadı deyək, niyə daha da çoxunu istəyir? Ən çoxuna sahib olanlar belə doymur. Yaxşı bəs niyə bəzi insanlar heç bir şeyə sahib olmağı istəmir və hər şeyini paylaşır? Niyə kasıb əlindəki son çörəyi belə kömək üçün istifadə edərkən zəngin bir qum dənəsindən imtina etmir?

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +24 (from 26 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın