FƏLSƏFƏNİN İNSANA FAYDALARI NƏLƏRDİR?

Fəlsəfənin insana faydaları nələrdir?Bu mənada, fəlsəfə də xoşbəxtlik məqsədi üçün bir vasitə ola bilər. Hər insan, maddi zənginliklərə sahib olmaqdan həzz duymaz. Bəzi insanlar, təfəkkürdə olmaqdan, yəni dərin düşünməkdən, insan həyatının anlamını araşdırmaqdan həzz alır. Bu həzzə yad olan insanlar belə onun, keyfiyyət baxımından olduqca zəngin bir həyat təcrübəsi olduğunu qəbul edərlər. Demək ki, fəlsəfə, hər şeydən öncə insana intellektual bir zövq, mənəvi bir həzz verir. İnsanın sadəcə bir bədəndən ibarət olmadığını, onun eyni zamanda mənəvi bir varlıq olduğunu diqqətə alsaq, bu vəziyyət daha açıq hala gələr. İnsan, məqsədinə, sadəcə maddi ehtiyaclarını qarşılayaraq çata bilməz; onun, mənəvi ehtiyaclarını da təmin etməsi gərəklidir. İnsanın mənəvi ehtiyaclarının ən başında isə, marağını qarşılama, öyrənmə, kainatı və özünü anlama, bu dünyada keçən həyatını mənalandırma istəyi vardır. Bu istəyi də, böyük ölçüdə fəlsəfə qarşılaya bilər.

Həqiqətən də fəlsəfə, insanın əhatə edici bir bilgi və ya əhatə edici bir qavrayışa çatma tələbinə cavab verə bilən yeganə disiplin olmaq vəziyyətindədir. Həyatının axarı içində öz qaynaqları xaricində başqa yerlərdən çox zaman əlaqəsiz  inanc və bilgilər, seçim və davranış tərzləri mənimsəyən insan varlığı həyat, dünya və cəmiyyət qarşısında müəyyən bir rəftar inkişaf etdirmək, bu rəftarı  yaşamının təməlinə yerləşdirmək üçün sözü gedən  dağınıq materialı tutarlı bir quruluş içində sistemləşdirmə ehtiyacı duyar. Bunu isə, sözü gedən materialın ünsürləri üzərinə inkişaf etdirilə biləcək  tənqidi və sorğulayıcı düşünmə ilə ancaq fəlsəfə təmin  edə bilər.

Daha da önəmlisi odur ki, fəlsəfə, bizə özümüzü tanımaq imkanı verər. Bu ümumi doğrunu da ilk olaraq və ən yaxşı antik Yunanlılar göstərmişdir. Əslində, hər mədəniyyətdə olan “Özünü tanı!” sözünü ən erkən istifadə edən qövm olan Yunanlılar, bu sözü məbədlərinin qapısına yazıblar. Həqiqətən də insan nə və kim olduğunu ancaq fəlsəfədən və ya fəlsəfənin köməyi ilə öyrənə bilər. Bizim yalın bir ət və sümük yığını olmayıb, eyni zamanda bir ruh varlığı olduğumuzu bizə ən yaxşı fəlsəfə göstərə bilər. Dünyaya, sadəcə nəfəs alıb vermək və ya yalın kef almaq üçün yox, bir az da təbiətə və başqalarına olan vəzifələrimizi yerinə yetirmək üçün gəldiyimizi fəlsəfədən öyrənə bilərik. Çünki fəlsəfə, hər şeydən öncə insan olaraq varoluşumuzun anlamıyla ilgili bəzi təməl sualları ələ alır. İçimizdən hər birinin bu təməl, böyük fəlsəfi suallar üzərində düşünməsində varoluşumuzu mənalandırmaq baxımından böyük yarar vardır. Bu səbəblə, Sokrat, “incələnməmiş, sorğuya çəkilməmiş bir həyatın yaşanmağa dəyər olmadığını” söyləmişdir. Demək ki, fəlsəfəyə prinsipli bir həyat sürmək üçün gərək duyarıq. Çünki insan, heyvanlardan fərqli olaraq ağıllı bir varlıqdır; bu Fəlsəfənin insana faydaları nələrdir?özəlliyi səbəbi ilə, həyatını bəzi  prinsiplərə söykəyir. Prinsipsiz bir həyat, hətta prinsipləri sorğulanmamış bir varoluş, bayağı və təməlsiz bir varoluşdur; həyatımızın bu cür prinsipsiz bir varoluşa çevrilməməsi üçün fəlsəfəyə ehtiyacımız vardır.

Fəlsəfə, yenə fərdi olaraq bu dünyadakı qısacıq həyatımızda bizə, nəyin bizim əlimzidə olub, nəyin olmadığını göstərir. Sadəcə Sokrat yox, 20-ci əsrin önəmli mütəfəkkirlərindən olan Jean paul Sartre (1905-1980) də, faktiki şərtlərimizi dəyişdirməyin, bizim əlimizdə olmadığını söyləyirdi. Yəni bu dünyaya gəlmişiksə, gəlməmiş olmaq əlimizdə deyil. Anamızı-atamızı, doğulduğumuz coğrafiyanı, mənsubu olduğumzu dini, üzvü olduğumuz millət və ya etnik qrupu seçmək əlimizdə olmadı. Boyumuzu, cinsiyyətimizi, digər bioloji özəllilərimizi seçmək də əlimizdə deyildi. Bütün bunlar biz insanlar üçün verilmiş olan, dəyişdirməyin mümkün olmadığı şeylərdir. Lakin xarakterimizi və insanlığımızı inkişaf etdirmək, daha yaxşı və daha ərdəmli insan olmaq üçün çalışmaq, bizim əlimizdə olan bir şeydir. Buna görə də, Sartre, “insan özündən nə yaradarsa, ondan ibarətdir” deyirdi.

Fəlsəfəyə, həyatın axışı içində, qarşılaşdığımız problemlərin öhdəsindən gəlmək üçün ehtiyac duyarıq; ondan, bizi çətinə sala biləcək  biləcək müxtəlif olaylar qarşısında dik duruş sərgiləyə bilmək üçün dəstək alarıq. İsveçrəli psixoloq və mütəfəkkir Karl Qustav Yunqun (1875-1961) söylədiyi kimi, “həyatın axıntılarında  heç kim dərdsiz qalmaz.” Fəlsəfə, qayğılarımızı xəfiflətməyimizi, dərdlərimizi aşmağımızı, bu dünyadakı həyatımız əsnasında yolumuzu itirməməyimizi təmin edən ən önəmli vasitədir. Fəlsəfənin yolumuzu tapmağımızı təmin edən ən önəmli vasitə olduğunu gözlər önünə sərmək üzrə, Wittgenstein, məşhur bənzətmələrindən birində inanın bu dünyadakı vəziyyətini bir butulka içindəki ağcaqanadın vəziyyətinə bənzətmişdir. Wittgenstein-ə görə butulkanın içində qalmış olan ağcaqanad butulkadan bayıra çıxmaq istəyər amma bunu necə bacara biləcəyini bilməz. Fəlsəfənin əsas vəzifəsi, ağcaqanada, butulkadan necə çıxacağını göstərməkdir. Onun bu bənzətməsinə görə, biz insan varlıqları bu dünyadakı həyatımız əsnasında  bəzən özümüzü kəməndə salınmış hiss edər və yolumuzu tapmaqda çətinlik çəkərik. Beləcə, fəlsəfə biz insan varlıqlarının kəməndə salınmışlıq duyğusundan qurtulmağımızı təmin edər, istiqamətimizi tapmağımıza kömək edər.

Fəlsəfə, yenə eyni istiqamətdə, beyin və anlayış qarışıqlığımızı aradan qaldırmağa kömək edər. Çünki, günümüzdə bir çox insan, bəzi zehni qarışıqlıqlar üzündən dərdlər və qayğılar içində qıvrılıb durur. Həqiqətən də insanlar, son zamanlardFəlsəfənin insana faydaları nələrdir?a, artan bir sıxlıqla, imtiyazları hüquqlarla, tərəfsizliyi subyektivliklə, qiyməti dəyərlə, varlılığı müvəffəqqiyyətlə qarışdırırlar. Beləcə, bu beyin qarışıqlığını aradan qaldıracaq, qavramsal açıqlığı təmin edəcək olan  şey, fəlsəfədir. Çünki fəlsəfə, insana bir çox mövzuda doğru və açıq düşünə bilməyi öyrədir. Fəlsəfi düşüncənin üsulları, insana hardasa hər mövzuda ağıl önə sürə bilməsi üçün gərəkli təməlləri hazırlayar. Belə bir düşüncə növü, insanın bir çox problemə bir çox yöndən baxa bilməsini, problemlərə, mühakiməsiz yaxınlaşa bilməyini təmin edər; o insanın heç bir şeyi mütləqləşdirməyib, hər şeyi tənqid süzgəcindən keçirə bilməyini təmin edər. Bütün bunlar bir araya gətirildiyi zaman, fəlsəfənin insanın özgürləşməyində qatqısı olduğunu rahatlıqla söyləmək olar.

Mənbə: www.felsefe.gen.tr
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

2 comments

  1. Çox düşündüm ki – fəlsəfənin nə olduğunu bir iki sözlə necə özətləmək olar.
    Özümün fəlsəfə ilə maraglanmağa başladığın dövrləri xatırladım. Belə qərara gəldim ki, insan sual verməyə başladığı və bu sualların onu narahat etməyə başladığı anda – fəlsəfə dövrəyə girir.

    Buradan, fəlsəfənin – bəlli kriteriyaları olan açıqlama fəaliyyəti – olduğu sonucuna vardım.

    Əlbətdə, fəlsəfə açıqlama fəaliyyətidir demək – hər açıqlama fəaliyyətinin fəlsəfə olduğu anlamına gəlməz. Bunun üçün də tanımda – bəlli kriteriyaları olan – əlavəsini etmişəm.

    İnsan nədən sual verməlidir, və ya verər, və ya versə də belə, nədən özünü bu sualların açıqlamalarını axtarmaq ehtiyacı qarşısında hiss edər, və ya etməlidirmi? kimi suallar da məni çox narahat edir.

    Fikrimcə, hikmətlə fəlsəfəni qarışdırmamag lazımdır.
    Hikməti – uzun müddət fəlsəfə ilə məşgul oldugdan sonra çatılan bir məqam kimi görmək olar məncə.

  2. Fəlsəfə ilk növbədə hər bir kəsin bütün hallarda şəxsi üsuludur. Ona görə də hər bir kəsin fəlsəfəsi digərindən fərqli olmaqla yanaşı ziddiyyətli də ola bilər. Fəlsəfə eyni zamanda dərk etmə üsulu da ola bilər. Bunlarla yanaşı fəlsəfə bildiklərimizi ən xoşagələn, anlanılan, qəbul edilən şəkildə söyləmək və öyrətmək üsuludur. və i. və s.

Bir cavab yazın