FACEBOOK HƏYATIMIZ

 

fb xəstəliyiİndi demək olar ki, hamı facebookdan istifadə edir. Bir-birindən maraqlı, bəzən yalan dolu informasiyaları beynimizə yeridirik. Sonra da onları yaxşı-yaxşı, böyük həvəslə başqalarına nağıl edib qondarma düşüncələrimizi bölüşürük.

Facebookda o qədər sosial səhifələr var ki, biz də bu səhifələri “like” edirik. Onları mütəmadi izləməyi qarşımıza məqsəd qoymasaq da, ən azından həmin səhifələrin paylaşdıqlarını maraqlanmağa cəhd edirik. Cəhd etmək üçün gərək, bacardığımız qədər tez-tez, hətta yarım saatdan bir Facebooka daxil olaq ki, kimin nə yazdığını, nə bölüşdüyünü, hansı gülməli və ağlamalı videoları, nə işlə məşğul olmağını, necə şəkil yerləşdirdiyini, kimin kimlə ədavətini, kimin kimə acıq verməyini, kimin daha ağıllı, kimin gülünc vəziyyətə düşməyini, tərifi, tənqidi, təhqiri, məsxərəni, yaltaqlığı, mədhiyyəni, dostluğu, düşmənliyi, daha nələri desək, hamısını görmək olsun.Əks halda, bir qədər gecikdinsə, saatlarla facebookda oturmalısan ki, hər bir xəbəri əldə edə biləsən.

Hətta iş o yerə çatıb ki, hamı bir-birini nə münasibəti ilə olursa olsun facebook vasitəsilə təbrik edir. Bu bir tərəfdən yaxşıdır, çünki heç kim diqqətdən kənarda qalmır. Amma hər şey virtual baş verir. Hər bir şəxs etiraf edə bilər ki, indi telefon zəngi vasitəsilə ad günü təbriklərinin sayı azalıb, əvəzində facebookda sadəcə, “təbriklər” yazmaqla kimlərisə quru-quru təbrik edirik, sanki “mən səni təbrik etdim, sən də məni təbrik edərsən” düşüncəsini ortaya qoymuş oluruq.

Facebook bizimlə hər yerdədir. Bir sözlə, telefon nə qədər ki, bizim əlimizdədir, o qədər də facebook bizimlədir. Daha doğrusu, biz facebooklayıq.

dostumuz fbBir neçə dost-tanış görüşmək üçün bir yerə toplaşarlar. Bir qədər ordan-burdan söhbət edərlər. Söhbət bitəndən sonra hamısı eyni aləmdə olarlar. Bəli, yenə facebook. Bu kənardan gülməli görünür. Ona görə ki, hamı facebooka köklənir. Baş aşağı, gözlər telefonda, ətrafında isə bir masada oturduğun insanlar… Burada biz yenə facebooku unutmuruq, ona sadiqliyimizi nümayiş etdiririk.

Bütün bunlar vərdiş halını alıb. Adam var ki, yuxudan duran kimi əlini telefona atır. Qeyri-ixiyari barmağını facebook piktoqrammına sıxır. Barmaqlamaq deyəndə kimisə barmaqlamaq yox, facebooku barmaqlamaq yada düşməlidir.

Həqiqətən də, bu bizə o qədər maraqlı gəlir ki, əl çəkə bilmirik. Ta ki, daha yeni, daha cəlbedici və facebookdan yaxşısı peyda olanadək. Amma bu ana qədər facebook bizim dostumuzdur, necə olmağından asılı olmayaraq.

Müəllif: Adil Xantəmirov

VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın