FİTRƏT DİNİ İSLAM NƏDİR?

Qurana görə, İslam Ərəblərə xitab etmək üçün Məhəmmədə gəlmiş yeni bir din deyil. İslam, dünya yaradıldığından bəri bütün peyğəmbərlər tərəfindən təbliğ edilən eyni köklü mesajın davamıdır.

Dini doğru tutun,onda ayrılığa düşməyin deyə Nuha, etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə Musaya və İsaya əmr etdiyini sizə də din qıldı. 42/13
Biz Nuha və ondan sonrakı bütün peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Yenə İbrahimə, İsmailə, İshaqa, Yəquba və Ondan törəyən İsrailoğlu boylarına , İsaya, Əyyuba, Yunusa, Süleymana da vəhy etdik.  4/163-164

Bu üzdəndir ki, bütün peyğəmbərlər Qurandakı ifadəyə görə müsəlmandır (bax 6/163; 7/143 ; 10/ 72,84,90 ; 27/31,38,42,91 ; 39/12; 46/15).

Sözün lüğəvi mənasına uyğun olaraq İslam ,aləmlərin Rəbbi olan Allaha mütləq bir itaətdir. Quran təkrar-təkrar bu həqiqəti vurğulayır .

Hər kim bütün varlığıyla görərcəsinə inandığı Allaha təslim olursa ancaq o adam Rəbbi yanında onun qarşılığını tapacaq , gələcək üçün qayğı , keçmiş üçün kədər duymayacaqdır. 2 /112
Bütün varlığıyla Allaha qurban olan, davamlı yaxşılıq edən və bir muvahhid olaraq İbrahimin iman ailəsinə – ki Allah İbrahimdən məmnun və razı olmuşdu – tabe olan kəsdən daha gözəl dinli biri ola bilərmi?  4/125
Amma kim də bütün varlığıyla inandığı Allaha təslim olursa işdə o qopmaz bir halqaya sıx yapışmış olar. 31/22

İslam bu ayələrdə ən etibarlı umacaq kimi təsvir olunur. Bu, Allah və insan arasında edilmiş razılaşmanın bir ifadəsidir. Bu müqaviləni xatırladan ayə belədir:

Qiyamət günündə, biz bundan xəbərsizik deməyəsiniz deyə Rəbbin Adəmoğullarından, onların bellərindən nəsillərini çıxardı. Onları şahid tutdu və dedi ki, ‘Mən sizin Rəbbiniz deyiləmmi?’. Onlar da “bəli buna şahid olduq” dedilər. 7/172

İnsanoğlu fiziki olaraq yaradılmadan əvvəl Allah və qulları arasında reallaşmış bu razılaşma, insanın içində hal-hazırda mövcud olan öz özünün fərqində olmasından başqa bir şey deyil. Ayrıca, bu razılaşma yalnız Allahın varlığına fitri olaraq inanmağı deyil, eyni zamanda onun mütləq nüfuzuna də şahidliyi özü ilə gətirməkdədir.
Məhz bu öz – maarifləndirmə, fitrəti və ya hər insan ruhunda doğuşdan mövcud olan ilahi qanunu meydana gətirər. Bu qanuna görə hər fərd Allah tərəfindən yaradılmış doğru və əsl dinə davamlı və səmimiliklə üzünü dönəcək. Bu məskun qanun, digər tərəfdən axirətdə öz özünü mühakimə etmənin, öz-özünə şahidliyin təməli olacaq. Çünki bu həyatda öz fitrətlərini tanımayanlar üçün bu razılaşma, daha sonrakı qiymətləndirmənin meyarı olacaq. Vaxtı gələndə “… bu razılaşmadan xəbərimiz yox idi … ” ( 7/172) deməmək üçün fitrətin səsinə qulaq verməlidirlər.
İslam, hər insan ruhunun Allahın tək bir Rəbb olduğuna şahidlik etdiyi, sonsuz razılaşma üzərinə təməllənmiş “əsl və doğru” dindir. Hər insanın həyatı boyunca sonsuz razılaşmanın fərqində olması o adamın ruhunun xilas olması mənasını verər. Bu da bilavasitə olaraq insanın öz fitrətinə ədalətli və səmimi olduğu müddətcə öz özünü qurtaracağı mənasını eyham edər. Qurtulmamış ruhlar öz özlərinə ədalətli olmamışlar. Onlar öz fitrətlərini layiqincə bilməmişlərdir . Buna görə də məsuliyyət özlərinə aiddir.

Müəllif: Nasr Həmid Ebu ZEYD
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın