FRENSİS BEKON – “BOŞ İNANC ÜZƏRİNƏ”

994699_499029300215023_444299970_nBunlardan birincisi inancsızlıq, digəri isə hörmətsizlikdir. Boş inanc, heç şübhəsiz, Tanrıya qarşı görülmüş bir ayıbdır. Bununla əlaqədar, Plutarx necə də gözəl demişdir: “Məncə, insanların Plutarx deyə birini tanımırıq demələri, bir Plutarx vardı, uşaqlarını doğular-doğulmaz yeyərdi demələrindən çox daha yaxşıdır.” Necə ki, ozanların Saturnun uşaqlarını yediyini deməsi kimi. Tanrıya göstərilən hörmətsizlik nə qədər böyükdürsə, insanların üzləşəcəyi təhlükə də o qədər böyük olur. Allahsızlıq heç olmasa intuisiya, fəlsəfə, təbii bir inanc, qanunlara hörmət, ənənəvi bir fəzilət kimi şeyləri tanımamazlıqdan gəlməz; bütün bunlar da dinin olmadığı yerdə belə insanın zahirdə bir fəzilətə yönəlməsini təmin edir. Boş inanc isə bunların hamısını qovaraq insan ruhunda öz zorbalığını qurur. Bundan dolayı, allahsızlıq heç bir zaman dövlətlərdə qarışıqlığa yol açmamışdır, çünki bu dünyadan başqasını düşünməyən allahsızlar öz-özlərini nizamlamaq məcburiyyətini hiss edirlər. Üstəlik, insanların allahsızlığa, Avqust Sezarın zamanında olduğu kimi, sülh dövrlərində yönəldiyini görürük. Halbuki boş inanclar bəzi dövlətləri xaosa sürükləmiş, dövlətin bütün mərhələlərini əhatə edən yeni bir ilk təkan gücü, “primum mobile” ortaya çıxarmışdır. Boş inanclarda öndə gedən xalqdır, -bu mövzuda hər zaman müdriklər dəlilərin ardınca gedir- məntiq prinsipləri praktikaya yön verəcəyi yerdə, tam tərsinə, praktika prinsiplərə yön verir. Trient qurultayında bir qisim arxiyepiskopların çıxıb sxolastik fəlsəfəyə inananların münəccimlərə bənzədiklərini, bunların təbii hadisələri açıqlamaq üçün səmada mərkəzlər, iç-içə keçmiş fələklər, fokuslar, orbitlər kimi şeyləri, belə şeylərin var olmadığını bilə-bilə uydurduqlarını; skolastiklərin bununla yanaşı, kilsənin tutduğu yolu haqlı çıxarmaq üçün bir sıra dolambaclı qarmaqarışıq ön-mühakimə ilə hökm etdiyini irəli sürmələri yerində olmuşdur.
islamın böhranıBoş inancın səbəbləri: insanın xoşuna gedən, duyğuları qamaşdıran ayinlərlə mərasimlər; ifrat bir riyakarlıqla sufilik nümayişi; kilsəyə yük olmaqdan, keşişlərin ehtiraslarına xidmətdən, çıxardıqları bir qisim oyunlarla ciblərini doldurmalarından başqa işə yaramayan ifrat bir ənənə düşkünlüyü; yeniliklərə qapıları ardınadək açan bir sıra axmaq layihələrə qulaq vermək; Tanrının işlərini insani ölçülərlə açıqlamaya cəhd edərək bir anlayışlar qarışıqlığı yaratmaq; son olaraq da, xüsusilə, sıxıntı ilə fəlakətin bir-birini izlədiyi barbarlıq çağlarıdır. Hər hansı bir boş inanc, əyri-üyrü bir şeydir; bir meymunun insana bənzəməyə çalışması onu nə qədər daha çox çirkinləşdirirsə, boş inanc da dindən sayılmağa çalışınca o qədər çirkinləşir. Sağlam bir qida çürüyüb qurdlanırsa, mənimsənmiş qaydalarla nizam da boş inanclarla çürüyür, bir sıra nə olduğu bilinməyən ənənə çıxarır ortaya. Qədimdən yerləşmiş boş inanclardan əldən gəldiyincə qaçmağı ən doğru yol sayan kimsələr, qaçma barəsində bir kor inanca saplanmış olurlar; dolayısıyla, boş inancdan qaçarkən, pis bir işlədici almışcasına, yaxşı şeylərin də, xalq inqilablarında əksərən görüldüyü üzrə, pis şeylərlə birlikdə sürüklənib getməməsinə diqqət etmək lazımdır.

Mənbə: dusundurensozler.blogspot.com
Hazırladı: Bəhruz Şükür

Beyenmeler
14   0  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın