“Gələnək və yenilənmə” nəyi ifadə edər?
Gələnək (ənənə), hakim mədəniyyət daxilində keçmişdən bizə çatdırılanların hamısıdır. Dolayısı ilə o, həm də müxtəlif səviyyələrdə mövcudluğa sahib olan bu andakı verilmiş duruma aid bir məsələdir.
Məsələnin başlanğıc məsələsi yenilik deyil, gələnəkdir (ənənədir). Çünki məqsəd, milli mədəniyyətdə davamlılığı təmin etmək, mövcud durumu təməlləndirmək,onu irəliyə sövq etmək və sosial dəyişmənin sorunları ilə maraqlanmaqdır. Gələnək, mədəni və milli öhdəçilik olaraq məsələnin hərəkət nöqtəsini yaradır. Yenilik isə bu gələnəyin dövrün ehtiyaclarına görə yenidən izah olunub şərhləndirilməsidir. Çünki köhnə yenidən öncə gəlir, köklülük isə müasirliyin təməlidir. Vasitədir, amma məqsədə götürən. Demək gələnək vasitədir, yenilik isə məqsəddir və mövcud durumun inkişaf etdirilməsinə,onun problemlərinin çözümünə, ona əngəl təşkil edən ünsürləri ortadan qaldırmağa və inkişafı yolunda əngəl olan kilidləri açmağa qatılmaqdan ibarətdir.
Gələnək özlüyündə dəyərli deyildir. O yalnızca mövcud vəziyyətin izahının edilməsi və inkişaf etdirilməsi yönündə ortaya qoyulan əmək üçün təqdim etdiyi elmi anlayış ölçüsündə bir dəyərə malikdir. Çünki o, öyündüyümüz ,heyranlıqla baxtığımız, qarşısında nəfəsimizin kəsildiyi, seyr edək və üzərinə düşünək deyə dünyanı yanımıza çağırdığımız fikirlər muzeyi deyil. Əksinə, bir aksiomanın qaydası, davranışa yön verən bir ünsürdür.
İnkişaf etməkdə olan ölkələrin inkişaf və böyümə nöqtəsindəki bütün səylərinin qarşılaşdığı iki əngəl olan, insanın yenidən konfiqurasiya edilməsi və torpaqla əlaqəsinin yenidən qurulması məqsədi çərçivəsində açığa çıxarılması, faydalı və istifadə edilməsi mümkün olan milli xəzinədir. Sənayeləşmə ilə əkinçiliyin reformu nəticəsiz qalmışdır, çünki bir fəhlə və əkinçi olan insan, yenidən dizayn edilməmiş, dünyadakı yerini alması təmin edilməmişdir. Nəticədə irəliləmə təzahürlərinin gerisində qalmışdır. Şübhəsiz ki, inkişaf etməkdə olan ölkələrdəki sənaye və kənd təsərrüfatının reformu, ancaq onu önləyən və onun şərti olan insani reform gerçəkləşməsindən sonra baş verir. Buna görə də inkişaf etməkdə olan ölkələrdə siyasi təcrübə başarıqsız olmuş, dövlət və xalq arasında yaranmış boşluğu dolduracaq inkişaf tərəfdarı olan partiya və milli təşkilatların qurulması səyləri bir nəticə verməmişdir.
Çiçəklənmə,inkişaf etməkdən öncə gəlir və onun ilk şərtidir,reform isə çiçəklənmədən öncə gəlir və onun ilk şərtidir. İnkişaf yönündə bir addım atmaq,irəliləmənin məzmun və şərtlərini deyil,təzahürlərini reallaşdırmaqdan ibarətdir.
O halda “gələnək və yenilənmə”, sosial dəyişimin sorunlarını təbii bir tərzdə və tarixsəl bir presfektivlə qurmağa çalışacaq, işə qurulmuş və şərti olandan öncə əsas və şərti olanla başlayacaqdır.
Müəllif: Prof. Dr. Həsən Hənəfi
Hazırladı: Vüsaləddin Rüstəmov