BİR GƏNCİN HƏYAT MÜŞAHİDƏLƏRİNDƏN

 

Saytımızda yayımlanan fəlsəfi, psixoloji, ədəbi, bədii yazılardan başqa gənclərin fikirlərinə dayanan yazılar da paylaşıırıq. Aşağıdakı yazı gənc Kənanın cəmiyyətimizdəki bəzi mental qəliblərə baxışından bəhs edir.

 

  qucaqlaşmaKənan bildiri ki:  – Qızla oğlanın Bakının küçələrində qucaqlaşmasını və sevişdiyini görəndə – bu əxaqlıqsızlıqdır, camaatın anası-bacısı var deyənlər, xarici ölkəyə gedən də bu hadisənin şahidi olanda isə tam əksinə, şəklin çəkib paylaşıb, yazırlar – romantik abu hava. Soruşursan – nə oldu sən bu məsələyə düzgün baxımırdın axı? Yenə cavab hazırdı – “O onların ölkəsidir. Onlardan mənə nə? Və ya satiraya salıb desək onların anasınan-bacısından mənə nə ?” deyirlər. Buna oxşar hallarla çoxumuz qarşılaşmışıq. Mütləq sizin də belə tanışlarınız vardır.

Əsasında qadının içki içməyini, siqarət çəkməyini pisləyib, bunu edən qadınları aşağlayıb, lakin özü Azərbaycandan çıxan kimi əlində pivə bakalı, siqaret olan qızlarla kef məclislərindən fotolarını sosial şəbəkələrdə sərgiləyən tiplərdə mövcuddur. Yenə kiçik bir xatırlatma ilə soruşanda cavab digərləri kimi avtomatik hazır olur – bilirsən, burda ona normal baxırlar, bunlar üçün onsuz qeyrət, namus anlayışı yoxdur. Əsas odu mənim ölkəmdə olmasın.

Ölkənin nə fərqi qadın statusu bütün millətlər üçün bir deyilmi? deyəndə arsız-arsız deyir ki – “Yox! Mənim ölkəmin qadının əlinə siqaret, içki yaraşmır.”

Yuxarıda sadaladığım məqamlarla rastlaşanda məndə belə təəssürat yaranmışdı ki, mentalitet sərhədləri keçib, bura gələ bilmirmiş. Mental duyğular yalnız Azərbaycan daxilində mövcuddur və sərhədləri aşıb, daha geniş üfüqlərə yol aça bilməyib. Elə deyilmiş. İnsanlarımız sərhədi keçəndə bir müddətlik maska geyinirlər. Ya da sadəcə düşdükləri mühitə uyğun hərəkət edirlər. Ya da belə deyək, mental duyğular üstlərinə hopub, yalnız ölkəni tərk etdikdə bu hislərdən azad ola bilirlər.

Maraqlıdır, niyə bu fikirlərə öz ölkəmizdə də sahib çıxa bilmirik? Fikirlərin üçün mühitin nə fərqi var? Niyə doğru bildiyini hər iki mühitdə eyni formada tətbiq etmirsən? Əvəzində fərqli mövqe sərgiləyib, iki rolu oynamaqla bu qədər şəxsiyyətinə əziyyət verirsən?

Bunun səbəbini hələ özüm üçün tam müəyyənləşdirməmişəm.. Günahkar ailələrdir, yoxsa bu beyinlərin yetişməsində təsiri böyük olan cəmiyyət? Əminəm ki, bu fikrimlə siz də razılaşacaqsınız – rayondan şəhərə oxumağa gələn tələbə azadlığı ilə bu vaxt tanış olduğu kimi ,xaricdə təhsil alan tələbə də azadlığı Azərbaycan hüdudlarından kənarda görür. İndi gəlin burda ailə və cəmiyyətin rolunun nələrdən ibarət olduğunu araşdıraq.

basqı

Ailənin rolu uşağı hədsiz və gərəksiz yerə çox sıxmasıdır. Ən böyük arqumentləri də budur – “Sən uşaqsan bilmərsən, – böyüklərdən çox biləcəksən?” , ” Böyüyün sözünə qulaq asmayan böyürə böyürə qalar” və s. Uşaq da bir şans düşüb ailənin həbsindən qurtulub azadlığa qovuşur.Bu azadlıq isə meşədən qaçmış bir heyvanın insan kütləsi içərisində hərəkətindən heç də fərqli mənzərə yaratmır.. Bilirəm, bir az kobud müqayisə oldu, amma ağlıma buna oxşar başqa müqayisə gəlmədi. Deməli uşaq təhsil adı ilə bir növ heç vaxt dadmadığı, haqqında heç bir təsəvvür olmayan azadlığına qovuşur. Nəticə isə çox zaman belə olur – əsas məqsəd unudulur, yəni təhsil almaq,  fikirlərini və səylərini isə tamam başqa səmtə yönəldirlər. Əsas amal isə ikinci ya da deyərdim ən axırıncı plana düşür, ya da heç düşmür, arada itkin düşür.

Onların azadlığı cəmiyyətlə uzlaşmayanda artıq bu azadlığın dadını ölkə hüdudlarından kənarda çıxarmağa can atırlar. Təbii mental hislərin coşqusu onların daxilində ehtirasları ilə birlikdə tüğyan edir.. Ehtirasın tətbiqi mental cəmiyyət tərəfdən bir mənalı qarşılanmadığı üçün alternativ variant elə ölkə xaricidir.

Mental və liberal kimi ikili standartlar xanımlarda da eyni şəkildə təzahür edir. Mühitə uyğun hərəkət edirlər. Sonra ev qızı moduna qayıdıb, ərə gedirlər. Sözsüz bunu hər kəsə şamil etmirəm. Ailə və qohum əhatəsində ev qızı, cəmiyyət içinə çıxdıqda “feminist” olurlar.

Fikirlərimi bilmirəm necə ifadə edə bildim. Demək istədiyim odur ki, azadlıq anlayışı mühitə görə dəyişməməlidir. Nə də mühit insanın azadlığını əngəlləyəcək faktor rolunu daşımamalıdır. Azadlığınıza zərərlər qatmaq yerinə azadlığınızla düşdüyünüz mühiti zənginləşdirin. İkili rol oynamaqla kimliyinizi itkiyə verməyin.

Sonluğu isə bu cümlə ilə tamamlamaq istəyirəm. Bütün hallarda istisnalar mövcuddur.

Hazırladı: Naz Ramizqızı

VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

İzlə:
TwitterFacebook

Bir cavab yazın