GÜLMƏK HAQQINDA FƏLSƏFƏ

gülüş haqqında

Polşalı şair, yazıçı, filosof Stanislav Leç belə deyir, “meymun güləndən sonra, güzgüdə insanın doğulduğunu gördü”. Bu fikir təsadüfi deyil, çünki bir tərəfdən baxsaq, gülmək fenomeni bir növ anlamanın, məntiqi zəncirin göstəricisidir. Və yaxud məntiqi fikrin bir nöqtədə qırılmasıdır, amma bir şərtlə ki, bu zəncir əvvəldən mövcud olmuş olsun. Biz zarafat sözcüyünü gülməklə paralel də apara bilərik. Çünki, fəlsəfədə səbəb ya nəticədir, ya da nəticəyə qədər ki, hələ çözülməyən təkandır. Bəs, uşağa edilən “qukku” zarafatı ilə başlayan bu gülmənin sonrakı yetkin yaşlarında baş tutacaq  ciddi oyunu nəyi göstərir? Gülmək haqqında qısa fikirlərə, açar nəticələrə göz ataq. Hər zamanmı gülmək bizim üçün xeyirlidir, yoxsa o “yalançı” xoşbəxtliyə gedən keyidici bir yoldur. Buna bir neçə misal ilə göz ataq:

Ziqmund Freydə və bəzi psixoanalitiklərə görə gülmək ürəyin anesteziyasıdır. Qorxuları dondurmağın bir yoludur, çarəsidir. Duyğuların və ona qarşı olan ağlın reaksiyasıdır. Gülməyə cığır açan zarafat isə keçicidir və hansı mədəniyyətdən götürülübsə, oranın kult açarını, kodunu daşıyır və bir növ “yoluxucu”dur.

Henri Berqsona görə insan bu səbəblərə görə gülər:
1) müşahidə edən tamaşada özünün pis tərəfini görərsə və ya hər hansı formasını tanıyarsa. Bu çaşqınlığı gülməklə iqnor edər.
2) ağlagəlməz hadisə baş verərsə. Məsələn, bir nəfər xəbərdarlıq edib, hər kəsə yıxılacağını öncədən agah etsə, bu gülməli deyil. Lakin gözlənilmədən şülküt olsa, bu gülməlidir.
3) söyüşlə, bəzi sözcüklərlə manevrlər edilsə. Çünki qəlibdən kənardır və qorxuludur.

İslam dininə görə çox gülmək qəlbi öldürür. Çünki dünyaya tam bağlanmağın və ölümdən, axirətdən uzaqlaşmağın əlamətidir. Təbəssüm etmək isə sədəqə kimi qiymətləndirilir.

Eugen Finkə, Yohan Heyqzinqaya görə insan o zaman gülər ki, qarşına çıxan şeyə məna verməkdə çətinlik çəkər. Beynindəki kombinasiyalar hadisəyə ad qoya bilməz. O zaman gülməklə hadisənin uclarını kütləşdirər.

gülüş-zarafatAristotelin tələbələrindən biri qeyd edir ki, insan doğuluşundan 40 gündən sonra təbəssüm edər. Belə deyək, ilk “söhbəti tutanda”. Lakin sonrakı çox gülmələr “söhbət”i unutdurar. Və uşaqlıq canlılığı bloklayar.

Psixoanalitika, fəlsəfə, din, kultrologiya ustaları deyir ki, çox hırıldamaq, lağ-lağa etmək cana ziyandır. Amma təbəssüm və xoşgörülük gözü bağlamaz. Təbii ki, alternativ fikirlər də var. Pənco-pənco gülməyin tərəfdarlarına və digər palçıqlara da salam olsun.

Müəllif: Firudin Həsənov

Beyenmeler
1   15  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın