GÜVƏN PROBLEMİ VƏ GÜVƏNSİZLİK YARADAN İNKİŞAF

ETİBARLILIQguvən

Güvən sözünü qorxu, çəkinmə və şübhə duymadan inanma, etimad mənasında gündəlik həyatda tez-tez istifadə edirik. Güvənlilik, etibarlı olma vəziyyətidir . İnanma prosesinə əsaslanan güvən sözlüyünü tutarlılığı qəsd etmək üçün istifadə etdik. Etibarlılıq deyincə, həm ardıcıllıq, həm də inanma duyğusu qəsd edilə bilməkdədir. Etibarlılıq dediyimizdə inanıla bilinən kimi bir məna anlayırıq. Söylədiklərimizin etibarlılığı haradan gəlir? Bir ünsiyyət vasitəsi kimi dilin inkişafı ilə birlikdə etibarlılıq, sözlərə aid bir xüsusiyyət halına gəlmişdir. Əvvəllər hərəkətlər və sadə səslər bir-birimizə güvənin işarəsi ikən, bunun yerini dil deyilən ətraflı və simvolik səslər almışdır. Dil ilə birlikdə, danışmaq, ünsiyyət qurmaq cəmiyyətin ən fundamental impulsu olmuşdur. Fərd olmaq ünsiyyət qurmaq mənasına gəlmişdir. Digərləri ilə ortaq şəkildə bir həyat sürmək, onlardan xəbərdar olmaq insanlığın mənası olmuşdur. Söz, yəni dil insanın ən qiymətli varlığıdır. Təbiətdə bundan başqa bir zənginliyimiz yoxdur. İnsanlıq dil ilə başlamışdır. Dil ilə də inkişaf etmişdir. Həmişə sözlərimiz bizi yetişdirmişdir. Hər şeyimiz bir-birimizə izahi sözlərlə bağlıdır. Bu günün texnoloji imkanlarıyla fərq etməsək də, danışmaq bizim varlığımızdır. Bu səbəbdən tarix boyunca söz gerçək olmuşdur. Danışılanlar bir ehtimalı deyil, gerçəyi dilə gətirmişdir. Danışmaq insan olmaq mənasına gəldiyindən, sözlərə etibar etmək  insana etibar etməyin xüsusiyyətlərindən olmuşdur. Bir-birimizə möhtac olduğumuzun fərqində olduğumuz və bir-birimizin simvollarına hörmət edərək dili,  həmrəylik ilə isə insan mədəniyyətini meydana gətirmişdir. İnsan danışaraq sözləşmişdir. Yazı və ya hər hansı bir qeyd yoxkən, yalnız danışma ilə özünü gələcəyə daşımışdır.  Sözün əhəmiyyətinə dair yüzlərlə atalar sözü vardır. Çünki o zamanlar həqiqəti texnologiya ilə pərdələməmişdik. Ünsiyyətin, bir-birimizə kömək etmənin bizi ayaqda tutduğunu unutmamışdıq.

eyibarsızlıq və məna axtarışı.ETİBARSIZLIQ VƏ MƏNA AXTARIŞI

Nə zaman ünsiyyəti pərdələdik, o zaman inkişaf etmiş insan olduq. İnkişaf etmiş və inkişaf etməmiş insan ayrı-seçkiliyini etdiyimiz zaman, əslində, bir kənarlaşdırma hadisəsini reallaşdırdıq. İnkişaf etməmiş birilərini uzaqlaşdırırdıq. Təbii ki, onlarla ünsiyyəti kəsərkən bundan xəbərdar ola bilmədik. Sözlərimiz onları ehtiva etməməyə başladı. İnkişaf dediyimiz, digərlərini uzaqlaşdırmaqdan ibarət oldu.

Digər insanlara güvənməyən insan inkişaf terminini icad etdi. Bir-birimizə kömək etmək, birlikdə olmaq və bunun nəticəsində insan olduğumuz unuduldu. Eqoizmi mənimsəyərək digər insanları uzaqlaşdırdıq. Yoxsa inkişaf etmiş və ya inkişaf etməmiş anlayışı deyə bir şey niyə olsun ki? İnsan olan inkişaf etməmiş olana kömək edər, çünki biz, bir-birimiz sayəsində varıq. Minlərlə ildir bir-birimizin varlığına güvəndiyimiz üçün “insan” olduq.

Güvən bitdiyində insanlıq da bitmişdir. Gündəlik həyatını tək başına davam etdirdiyini sananlar var. Yalnız ÖZ üçün çalışarlar. Fərqində belə deyildirlər ki, minlərlə illik bir yardımın məhsuludurlar və yaradılan bu dünyada, bu sivilizasiyada “mən” yalanına inanmışlar. İnsanlara etibarlarını itirmiş, böyük insanlıqda bir kiçik fərdə bağlanmışlar. Başqalarına güvənməməklə inkişaf etmiş və inkişaf etməmiş ayrı -seçkiliyi ilə heç insani olmayan rəftarlara girişmişlər. Bunlar şübhəsiz ki, fitrətimizə zidd, təbiətimizə qarşı təşəbbüslərdir.

İndiki vaxtda insan bütünündən getdikcə qopmaqdadır. Artıq fərd olaraq bu qopma içərisində süründürülməkdəyik. Hər şey böyük ölçüdə olmağa başladı. Əvvəl eqoizm insan daxilində bir cücərti idi. Sonra bunu bəsləyərək zəngin olmaq kimi şeylərdə istifadə etdilər. Kütlələri eqoist edərək “istehlakı” aşıladılar. İstehlak əvvəl təbiət ilə, sonra da “inkişaf etməmiş” insan ilə aramızı açdı. İstehlak ilə təbiətimizi pərdələdik və maddi ehtirasları həmrəylik təməlimizə yeritdik. 60 min ildir, texnologiya nədir bilməyən insanlıq, son iki min ildə artaraq çoxalan bir inkişafa imza atdı. Elə bir inkişaf ki, 60 min ildə heç bir şərtin yox edə bilmədiyi insanlığı hər an yox edə bilər.

Bir-birimizə güvəndiyimiz on minlərlə il içərisində təbii həyat səraitində ayaqda dürüstlükqaldıq. İndi təbiətə hökm etməyimizə və tək dərdimizin özümüz olmasına baxmayaraq, yox olmağa doğru qaçmaqdayıq. Məhdud qaynaqlarımızı eqoist istehlak ehtiraslarımıza xərclədik. Etibarı və inamı buraxın, özümüzü yox etməməyi bacara bilmədik. Fitrətimizdəki güvən duyğusunu öz ailəmizə, ətrafımıza belə göstərə bilmədik. Yer üzündəki hər şeyin bizə qohum olduğunu göz ardı edib rəqiblər axtardıq. Bunun nəticəsində də bizi ayaqda tutan dünyanı məhv etdik. Heç bir aləti olmayan çılpaq amma birlik içindəki insanlıq on minlərlə il yaşayarkən, inkişaf etmiş texnologiyamız və yüksək elm anlayışımızla bir əsri daha çıxarsa özümüzü şanslı saymalıyıq.

Məna axtarışının qaynaqlarından biri də güvən duyğusunun itirilməsidir. Məlum dünyaya etibarı qalmayan insan məlum dünyanın məlum mənalarını qəbul etməz. Yeni mənalar axtarar. Artıq sözlər həqiqəti meydana gətirməkdən çox, boş olması üçün yaradılan səslərdir. İstehlak çağında mənaları da istehlak etmişik. Sözə güvən qalmadığından bizə deyilənləri sorğulamaqdayıq. İlk filosoflardan bəri fəlsəfə güvənin əskikliyini vəsf edər. Bir-birimizə inanmaqdan vaz keçdiyimizdən bəri, filosoflar mənaları axtarmaqdadır.

Həyatın mənasını aramaqdayıq, çünki ətrafımızdakı anlamlara artıq güvənməməkdəyik. Bir əksiklik var və bu bizə filosofluq etdirməkdədir. Ətraf mühitə güvənin azaldığı cəmiyyətlərdə filosofluq edilməkdədir. Güvən əksikliyi həyatın uzun tarixinə görə yeni bir şeydir. Ancaq getdikcə sürətlənməkdədir. Bunu ən yaxşı, qərbin kapitalist cəmiyyətlərində ya da antik dünyanın ticarət şəhərlərində görə bilərik. İnsanların bir-birinə güvənmədiyi, yardımlaşmadığı cəmiyyətlərdə mənaları sorğulama meyli törəyir. Bizə məna verilmədiyi üçün arayışa çıxırıq..

Mənbə: www.dmy.info
Tərcümə edən: Fidan Eyvazzadə

VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

Bir cavab yazın