HƏQİQƏTƏN, NƏ İSTƏYİRİK?

Həqiqətən, nə istəyirik?Hər şey, monoton bir həyatın toruna ilişməklə başladı. Başınızı bayıra uzatmaqdan qorxduğunuz kürənizdə eləcə oturdunuz. Hər səhər eyni şeyləri etməkdən heç bezmədiniz. Əyləncələriniz belə eyni idi və məqsədlərinizin forması hər zaman o önünüzə çəkilən  qəliblərdən ibarət idi. Həyatı qavrayışınız, başqalarının qavradıqlarından örnəklər idi. Bəlkə hər şey mənfi deyildi,  amma, içinizdəki potensialın kəşfinə çıxma dan qəbullanmışdınız dörddə birinizlə yaşamağı. Hər zaman böyük insanlara heyranlıq duydunuz və radikal dəyişiklikləri  edənləri şaşqınlıqla qarışıq izlədiniz. Qibtə etdiniz və ya qısqandınız. Olmağı dilədiyiniz həyatları, məsuliyyət duyğusu ilə xalçanın altına itələdiniz. Onlar orada idi, amma görməzdən gəlmək daha asan idi.

Maddi Şeylər…

Hər gün maddi bir şeyləri, birilərinə gücünüzü isbat etmək üçün satın almağa çalışdınız. Rifahınız və zənginliyiniz qarantiniz idi. Həyatınız, sığortalanmış malların zəmanəti ilə orada eləcə dayanarkən, yaşamadıqlarınız içinizdə düyün olmuşdu. Bir gün, getməkdən bezdiyiniz işinizi buraxanda, belinizdə çantanız, yanınızda sevdiklərinizlə dünyanın başqa qitələrini, ölkələrini gəzmək və yaşadığınız şəhərdən ibarət olan həyatınıza bir parça anlam qatmaq, məsuliyyətlərdən qurtulmaq, öz-özünüzlə baş-başa qalmaq tək istəyiniz idi, bəlkə də.

Bu yazı, işinizi buraxın, məktəbinizi buraxın və dəniz kənarına köçüb bir yazar olun kimi şablonları anlatmır və ya məsuliyyət duyğunuzu sonsuza qədər zibilliyə atın və heç kimi arayıb axtarmadan yaşadığınız şəhəri səbəbsizcə tərk edin də  demir. Bu yazı, ömrünü status qayğısı, uğursuzluq qorxusu və maddi zəmanətlərə doymadan eyni həyatı dəfələrlə yaşayan hər birimizdən bəhs edir. Ortada bir təzad görülə bilər bəlkə.. və ya,  gerçəklərən uzaq bir xəyal dünyasında yolçuluğa çıxmış görüntüsü verə bilər sizlərə. Necə qavradığınız, hansı ruh halı ilə oxuduğunuz və xarakter olaraq nə qədər maddi olduğunuzla bağlıdır. Ömrü boyunca maddi sıxıntı çəkmiş bir insanla, rifah içində yaşamış birinin baxış bucağı əlbəttə ki, fərqliliklər göstərərcək. Eqonun və ruhun doyum nöqtəsi, arayış və qavrayış fərqliliklərini yarada bilər. Lakin bu yazıda nəzərdə tutulan tamamilə insanı insan edən gerçək istəkləridir. Maddiyatdan və toplum qayğısından uzaq xəyalını qurduğu kəşfə çıxması ilə bağlıdır. Bəlkə bir təşviqdir, bəlkə bir özünü tənqid. Hər Həqiqətən, nə istəyirik?nə olursa olsun, hamımızın biraz hiss etdikləridir. Maddi məqsədlərimizə çatdıqdan sonra yaşamımıza anlam qatmaq üçün daha başqa arayışlara girməyimizlə bağlı bir hekayədir.

“Ferrarisini satan müdrik” axınının bir parçası deyil söylədiklərim. Şablonlarla başınızı qatmaq da deyil. Lakin,  bayıra başımızı uzatdığımız zaman yan qonşumuzun yeni maşını ilə və güc bəla dolandırdığımız evimizlə bağlı o qədər müqayisə edirik ki, gerçək istəklərimizi dinləməkdən uzaq qalırıq. Birilərinin həyatda əldə etdiklərinə qibtə ilə baxırıq. Oyuncaq dükanında özünü itirən uşaqlar kimi aldıqca doymuruq. Nə istədiyimizi bilmədən sadəcə alırıq. İmpulslarımızla arzulayırıq. Olmadığı zaman ağlayırıq. Böyük bir körpə kimi əmziyin ağzımıza tıxanmağını gözləyirik. Yaxşı, bəs, həqiqətdə, nə istəyirik?

Gözəl bir maşın və ya ev, insan məhsulu və mənəviyyatdan uzaqdır. Pulumuz cibimizdə ikən, yenisini alırıq. Sonrakı il üçün başqa  bir yenisini də alırıq. İstəklərimiz də köhnəlir və ya istədiyimizi zənn etdiklərimiz. Qapının önündə dayanan dörd təkər bizim etibarımızdır. Ona görə qadınlar və ya kişilər bizə sayğı göstərir. Evimiz, sayğı görmək üçün yaxşı döşənmiş olmalıdır. Geyimlərimiz çeşid-çeşid olmalıdır. Sayğı görmənin indilərdə xarakterimizlə əlaqəsi çox azdır. Bilirəm, çox neqativ bir yazı oldu. Lakin, bu bir oyanış olmalıdır, məncə. Əvvəlki zamanlar üçün darıxıb dururuq. Özləm duyduğumuz zamanlardakı kimi mənəvi davranmağı da unuturuq. Hamımız toplum olaraq eyni şeylərə özləm duyurıq amma aradakı fərqləri analiz etməkdən uzaq qalırıq. İnsan münasibətləri indilərdə bu maddi dəyərləndirmələrdən dolayı olduqca təhlükədədir. Hər kəs fərdi çıxarları və maddi etibarının arxasınca qaçır. Təkraralanan həyatına ilişib qaldığına görə qısır dövrəsi bu anlamda da eynidir. Kürəsinə qapatır özünü və xaricinə çıxmaq üçün qışqırıb durur. Səssizcə qışqırmaqdır bu. Özünü Həqiqətən, nə istəyirik?yorarasan amma nəticədə heç kim səni eşitməz. Elə isə, niyə dəyişdirməzsən davranışını və tərzini? İnsanı dəyişdirmək çətindir deyərlər. Alışqanlıqları dəyişdirmək hər şeydən çətindir. Lakin həyatda qala bilmək təbii bir seleksiyanın nəticəsidir. Bir dəyişimə ayaq uydurmaq gərəklidir.

Elə isə yazının əvvəlinə qayıdın. Təkrarlanan həyatlarınıza dəyişiklikləri gətirin. Məmnun olmadığınız həyatınızı təkrarlamayın. Nə üçün yaşadığınız həqiqətən önəmlidir. Bəlkə, səhərlər dəniz kənarında edilən xoş bir piyada gəzinti, idman salonlarına üzv olmaqdan daha yaxşı təsir edər. Aidiyyat duyğunuzu qidalandırmaq üçün üzv olduğunuz bir çox sosial fəaliyyətin süniliyi, təbii bir zamanda tanış olduğunuz dostun yerini tutmaya bilər. Köhnə maşınlara qarşı maraqlı olmaq, yenini satın almaq üçün duyulan düşkünlüyü bir xobbiyə çevirə bilər. Geyimlərinizi özünüz də tikə bilərsiniz.

Bütün bu saydıqlarım detallarda yatan xoşbəxtliklərdən başqa bir şey deyil. Həyatın anlamını çata bilmədiklərimizə yüklədiyimiz zaman duyduğumuz ümidsizliyi, eyni anlamı detallarda yaşatdığımız zaman nə əldə etdiyimizi görməmək çox çətindir.

Hər gün  kürəyə qapatılmış və qəlib istəklərin xaricinə çıxmayan, bir-birinin eynisi olan insanlar görmək üzücüdür. Çıxış yolunu itirib, labirantı evi bilmiş bütün bu insanlar üçün bir güzgü tutmağı diləyərdim. Hər gün duyulan iş qayğısı, həyat yoldaşı qayğısı və məsuliyyəti, böyük bir istəklə üzərinə alına bilməmiş uşaqların gələcəyi arasında nə istədiyini heç bir zaman anlaya bilməmiş bir çox insan xoşbəxt və ya bədbəxt olduğuna qərar vermədən yaşayır. Gerçəklər önəmlidir və alışqanlıqlar asanlıqla tərk edilə bilməz, amma bir gün olsun, “Mən nə istəyirəm?” və “Həqiqətən də istədiklHəqiqətən, nə istəyirik?ərim, sahib olduqlarımdırmı?” suallarını özlərindən soruşduqları zaman, xoşbəxt insan üzlərini addım atdığınız hər yerdə görmək çox da çətin olmayacaq. Yepyeni bir ili salamlayarkən, sualları bir problem olaraq yox, çıxış yolu olaraq görməliyik. Çünki həyat bir imtahan olsa belə, doğru cavabları tapmaq sadəcə özümüzü anlamaqdan keçər.

 

Mənbə: indigodergisi.com
Müəllif: Ezgi Ergin
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın