HAVADA YENİ İL QOXUSU VAR… :)

2016-cı ilin 31 dekabrna az qalıb. Qarşıdan, qeyd edəcəyimiz bir bayram günü və daxil olacağımız yeni bir il gəlir. İçində olduğumuz il, yaxşısı.. pisi ilə tarix olmaq üzrədir. Yaxşı bəs biz, ildə bir dəfə qapımızı döyən bu fürsətləri necə dəyərləndirməkdəyik? Bu bayram ərəfəsində, köhnə ili yola salıb təzə ili qarşılamaq ərəfəsində necə yaşayırıq? Bayram gününü və il dəyişməsini yaxşı mənada bəhanə edib, hansHavada yeni il qoxusu var...ı addımları atırıq? Önəmsəyirikmi…?

Önəmsəmək çox gözəl bir şeydir. Həyatımıza parıltı qatan bir şey. Bu baxımdan, yeni ilin gəlişini önəmsəmək, bu aralar edə biləcəyimiz ən gözəl şeylərdən biridir və yeni ili önəmsəmək adına edə biləcəyimiz bir çox şey var. Bayram əhval-ruhiyyəsi yaratmaq, yeni il abı-havasına bürünmək də çətin deyil.

Belə ki,

Yeni il mahnılarından ibarət bir playlist hazırlaya bilər və yeni il ərəfəsində..bayram günü  bu mahnıları dinləyə və hətta alət çalırsınızsa, ifa da edə bilərsiniz. Musiqinin gücü, müzakirəolunmazdır. : )
Onsuz da, bu mahnıları başqa vaxtı dinləməyin, ifa etməyin dadı yoxdur, yeri gəlmişkən haqqını verin. : )

Geyimlərinizdə, yeni ilin rəmzi olan ağ, qırmızı, yaşıl rənglərdən istifadə edə bilərsiniz.

Evinizi, iş otağınızı bəzəyə bilərsiniz. Satın alaraq və ya özünüz hazırlayaraq zövqlü dekorasiya fikirləri ortaya qoya bilərsiniz. Yaradıcılığınızı işə salın.

Sizin üçün çox gözəl bir xobbi var! Yeni ilə aid min bir əl işi hazırlaya bilərsiniz.

“Gəncliyin sirri nədir?” sualına, “bir əl işi ilə məşğul olmaq” cavabı verilə bilər. Çünki əl-göz koordinasiyasını təmin edən və nizamlı edilən yaradıcı bir fəaliyyət, qavrayışın azalmasını yavaşladaraq beynin gənc qalmasına köməkçi olur.

Şəhərdə yeni il gəzintisinə çıxa bilərsiniz. Tək və ya sevdiyiniz insanlarla birlikdə.

Bayram günü ilə bağlı foto və videolar çəkib, nə vaxtsa baxıb xatırlayacağınız xoş  xatirələr toplaya bilərsiniz.

Yeni il partiləri təşkil edə bilərsiniz.
Dostlar, bir aHavada yeni il qoxusu var...raya gəlmək, rəqs etmək, oyun oynamaq, hədiyyələşmək, təşkilatçılıq.. insana çox yaxşı təsir edən şeylərdən biri.

Gözəl bir bayram süfrəsi hazırlaya bilərsiniz.
Yaradıcılığınızı ortaya qoymaq üçün bundan gözəl incəsənət nümunəsi? : )

Evinizə qonaq dəvət edə və ya siz kiminsə evinə qonaq gedə bilərsiniz.

Sevdiyiniz insanlara yeni il hədiyyələri ala bilərsiniz və ya bu hədiyyələri özünüz hazırlaya bilərsiniz. Xüsusilə də uşaqlara. Üstəlik, bunun üçün çox pul xərcləməyə ehtiyac yoxdur. Önəmli olan, hədiyyənin, kreativ yanaşmağınızı.. içdən və səmimi diqqət göstərdiyinizi əks etdirməsidir.

İş yoldaşlarınızı bir qutu bayram şokoladlarına qonaq edə bilərsiniz.

Təbrik üçün mesaj yazmağa yox, zəng edib danışmağa üstünlük verin. Mesaj yazmaq istəsəniz belə, şablon mesajlardan əl çəkin! Həqiqətən sevdiyiniz insanlara səmimi bayram mesajları göndərə bilərsiniz.

Yola saldığınız ilin son saatlarında səmimi bir yeni il duası edə bilərsiniz. Pulsuzdur və əks təsiri yoxdur. : ) Əksinə, faydaları var. ( link: http://fitret.az/dua-etm%C9%99yin-faydalari/ )
Təəssüf ki, çoxumuz dua etməyi, xüsusilə də səmimi bir dua etməyi unutmuş vəziyyətdəyik. Yaradıcı ilə qırılmış əlaqələrimizi bərpa etmək üçün yaxşı füsrətdir. : )

Dünyaca məşhur Dr. Alexis Carrel demişdi :“Dua, insanın yarada biləcəyi ən güclü enerjidir”.

Yeni ildə həyata keçirmək, etmək istədiklərHavada yeni il qoxusu var..inizi yazdığınız bir siyahı hazırlaya bilərsiniz. İllik plan hazırlamağın əsl vaxtıdır.

Bayram gününə önəm verin. Bütün günü evdə keçirəsi olsanız belə, baxımlı olun.. bayram üçün xüsusi geyinib hazırlaşın. Həmin gün səhər tezdən oyanın və bayrama özəl bir gün keçirin.

Yeni ilə aid gözəl filmlərindən ibarət bir siyahı hazırlayıb, filmlərə baxa bilərsiniz. Bu filmlərdən ancaq bu vaxtı zövq almaq olar. : )

Tanımadığımız insanlarla sevgi paylaşımı etmək üçün də yaxşı fürsətdir. Bunun da min bir yolu var. Ən sadəsi… “Frenk İ. Flatçer, Oppenger Kollin and Kompani şirkətinin sifarişiylə hazırladığı öz reklam şedevrlərindən birində, bizə  Çin fəlsəfəsinin aşağıdakı möhtəşəm nümunəsini təqdim etmişdir:

Yeni ildə təbəssümün qiyməti.

Onun qiyməti heç nədir, ancaq çox şey yaradır.
O, onu alanları zəngin edir, onu verənləri yoxsul eləmir.
O, bircə an davam edir, onun haqqında xatirə isə bəzən həmişəlik qalır.
Onsuz yaşaya biləcək dövlətli çox deyil və elə yoxsul da çox deyil ki, onun mərhəmətiylə varlanmamış olsun. O, evdə bəxtəvərlik, işlərdə xoş niyyətlilik abı-havası yaradır və dostlar üçün parol kimi xidmət göstərir.
O, yorğun adam üçün ilham, naümid olan üçün ümid nuru, başını itirmiş adam üçün günəş parıltısı və dərdə qarşı ən yaxşı təbii vasitədir.
Bunula belə, onu nə pulla, nə xahiş minnətlə, nə borca almaq, nə də oğurlamaq mümkündür. Çünki o özündə elə bir dəyər təcəssüm etdirir ki, saf ürəklə verilməsə, heç kəsə azacıq da olsa, fayda gətirməycək.
Əgər ötüb keçməkdə olan ilin son dəqiqələrində , iş elə gətirsə ki, satıcılarımızdan nəsə alarkən onların yorğun olduqlarını, sizə təbəssüm bəxş etməyə belə heyləri olmadığını görsəniz, öz təbəssümlərinizdən birini onlar üçün qoyub getməyinizi xahiş etmək olarmı?” ( Deyl Karnegi )

Havada yeni il qoxusu var
Bunu unutmayın. Siz, enerji yaradıb ötürə bilən möhtəşəm varlıqlarsınız. Bayram ərəfəsində, sizi gözləyən yeni bir il yaxınlaşarkən, bu gücünüzdən istifadə edin. İl başının önəmi, səhər vaxtının önəmi kimidir. Səhər vaxtını necə dəyərləndirməyimiz günümüzün gedişatına necə təsir edib onu müəyyənləşdirirsə, təzə il gələrkən içində olduğumuz ruh halı da bütün ilimizə bu tip bir effektlə yansıyır. Yeni bir ilin həyatınıza gəlişini önəmsəmək işində hər kəsə uğurlar! : )

Hazırladı: Fidan Aslanova Red

VN:F [1.9.16_1159]
Rating: 0 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

Bir cavab yazın