Geridə qoyduğumuz son illərdə həyatımıza, bir şeyləri qaçırmaq qorxusu olaraq girən fomo anlayışı, yerini, bir şeyləri qaçırmaq həzzi mənasında olan jomoya verir.
We are social və Hootsuite iş birliyi ilə 238 ölkədən toplanan məlumatlarla hazırlanan “Digital in 2017 Global Overview” hesabatına əsasən, dünya əhalisinin yarısından çoxu ən az bir ədəd ağıllı telefon istifadə edir. Təxminən 7,5 milyardlıq dünya əhalisinin yarısından çoxu isə internet istifadəçisidir və bu rəqəm keçən ilə nisbətən artım göstərərək 3, 8 milyarda yaxınlaşır. Sosial media istifadəsi rəqəmləri isə dünyada 2,8 milyard səviyyəsindədir.
Gündəlik həyatımızın vazkeçilməz bir hissəsi halına gələn rəqəmsal əlaqələrin həyatımızda özünə necə yer etdiyini ortaya qoyan hesabatın nəticələri əslində təəccüblü deyil. İnternet və sosial media həyatlarımızın ortasında yerini çoxdan aldı. Rəqəmsallaşma ilə birlikdə hər an hər şeydən xəbərdar ola bilir, hətta istəməsək də məruz qala bilirik. Reklamlar, mail-lər, bildirişlər, izlədiyimiz sosial media kanalları və internet fenomenləri… Bizə davamlı olaraq harda, nə zaman, nə etməli olduğumuzu söyləyən xüsusiyyətdədirlər.
Əgər siz də bu bildirişləri almadığınız zaman və ya izləməni buraxdığınız zaman bir şeyləri qaçırdığını düşünlərdənsinizsə, rahat ola bilərsiniz, çünki artıq jomo trendi var. Arxanıza söykənin, dərin bir nəfəs alın və jomo üsulu ilə bir şeyləri qaçırmaqdan zövq alın.
JOMO – JOY OF MISSING OUT
Jomo -ya başlanğıc üçün bir neçə tövsiyyə:
1. Həyatda hər şeyə çata bilmək mümkün deyil, öncəliklə bu fikirlə barışın və rahatlayın.
2. Özünüzə icazə verin. Əgər davamlı olaraq əlində telefonla gəzən birisinizsə, əvvəl çətinlik çəkə bilərsiniz. Kiçik vərdişlərlə işə başlayın. Məsələn, piyada templi gəzintiyə gedərkən telefonunuzu özünüzlə götürməmək və ya interneti bağlamaq gözəl bir başlanğıc ola bilər.
3. Telefonlarınızda olan lazımsız application-ları silin və bildirişləri qapalı hala gətirin. Xəbərdarlıq xüsusiyyətində gələn bildirişlər zehninizi yorur, hətta stresə girməyinizə yol açmış ola bilər.
4. Davamlı olaraq online olduğunuz zaman əsl qaçırdığınız öz zamanınız ola bilərmi deyə təkrar düşünün. Yaşadığınız anlara fokuslanın və dadını çıxarın.
5. İntrenetdə xərclədiyiniz vaxtın yerini, sizə daha yaxşı təsir edən, ruhunuzu qidalandıran məşğuliyyətlərlə dəyişdirin. Meditasiya ilə məşğul olmaq, kitab oxumaq və ya sevdiyiniz biri ilə görüşmək seçimlər arasında ola bilər.
Mənbə: www.uplifers.com
Hazırladı: Fidan Aslanova