HOMO LUDENS – OYNAYAN İNSAN

Oynayan-insanİnsan hər vaxt maraqlı olana qaçacaq, bu heç şübhəsizdir. Məlum olur ki, “Homo sapiens”(ağıllı insan), “Homo faber” (yaradıcı insan) ifadələri tam olaraq insana tərif verə bilmədi, o daha fövqəl və mədəniyyətdən daha öncədir. Yəni mədəniyyəti yaradan, ona təkan verəndir. Necə ki, şüurüstü var, şüuraltı var. Mən deyərdim ki, mədəniyyət var, bir də pro-mədəniyyət var.
Bəs nədir insanı maraqlı olana təhrik edən? Məsələn indiki vaxtda qız-oğlan münasibətində Jijekin dediyi postromantika dövrü məsələsi onu göstərir ki, münasibət quranlar yalnız oynamaq istəyirlər, çox bağlanmamaq, maraq itəndən sonra isə bir başqa səviyyəyə keçib yaddan çıxarmaq. Və yaxud dini mətnlərə qayıtsaq, Adəmi qadağan olunmuş meyvəni dərməyə provakasiya edən nədir? Maraq… Ümumiyyətlə bu qadağalar niyə qoyulur? Oynamaq üçün. Ağac özü demişdi: mənimlə oyna!

Postmodern dövrdən sonra insan özünü tam anlamağa başladı, ən azı bu mərhələdə kim olduğunu aşkarladı. O “Homo Ludens”dir (oynayan insan). Əvvəl hər hansı nəfs və ya eqosuna qarşı mübarizə aparırdısa və əzm oyunu gedirdisə, indi oyun-Homo Ludens tam silahını yerə qoydu və özünə baxdı. Öz təbiət instinktlərinə tabe oldu. O sən demə bütün ciddiyətilə oynamaq istəyirmiş. Oyunun real həyatda mənbəyinə, yəni uşaqlığa baxsaq görərik ki, o ancaq oynamaq istəyir, vəssalam. Bu qeyri-ciddi görsənə bilər. Bəs onda futbol oynayanların, siyasətlə əlbəyaxa çıxanların, incəsənətlə rəqs edənlərin ciddiyətini görmürsüz? Hərçənd, elə uşaq da öz oyuncaqlarına yığdığı təcrübələri çox ciddiyətlə həyata keçirir. Gələcəyin həzz üzərində qurulacağını fikirləşəndə yalnız oyun kimi təsəvvür etmək olar. Tamaşaçısı “əxlaqsız” mədəni olan teatr.

Müəllif: Firudin Həsənov

VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

  1. tam mənlik bir yazı. Bu oyunçu insan anlayışını araşdırıram. Siyasətçiləri bir də kompüter oyunlarında görün. MMORPG deyilən oyunlar rəsmən bir həyat.

Bir cavab yazın