HZ. İSA ZÜHUR EDƏCƏKMİ?

isa-kimdir?Quranda, Nisa surəsi 157-158-ci ayələrdə Hz. İsanın insanlar tərəfindən öldürülmədiyi və Allahın Hz. İsanı öz qatına qaldırdığı söylənilir. Burada keçən “ruh” kəliməsini Quranda qalan bütün ruhlar üçün də işlədir və əslində, Allah bütün ruhları öz qatına qaldırır, sadəcə peyğəmbərləri deyil. Məsələ burasındadır ki, heç bir Quran ayəsində “Hz. İsa ölmədi, sağdır” və ya “Hz. İsa ölmədi və yenidən gələcək” anlayışı yoxdur.
Ayrıca, Ənbiya surəsi 34-35-ci ayələrdə də Məhəmməd peyğəmbərə qədər də, sonra da kimsənin ölümsüz olmadığı vurğulanır. Buradan yola çıxaraq Maidə surəsi 117-ci ayədə Hz.İsanın yalnız öz yaşadığı dövrdə şahidlik etdiyi və Allahın onun canını aldıqdan sonra Özü insanlara şahidlik edəcəyini də Hz. İsanın öz dilindən bəyan edir:

“Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən.”

Bununla bitmir. Saf surəsi 6-cı ayədə Hz. İsanın vəzifəsi haqqında məlumat verilir və tamamlandığı da açıqdır. Nədir bu vəzifə? Budur: Təsdiq və müjdə. Hz. İsa özünə qədərki peyğəmbər və kitabları təsdiqləyərək insanları dəvət etdi və Hz. Muhammədin gələcəyini müjdə verdi. Özünün yenidən Məsih kimi gələcəyi müjdəsi isə heç bir ayədə göstərilməyib.

Bir zaman Məryəm oğlu İsa demiş­­di: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və mən­­dən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.

Hz. İsanın yenidən gəlişi haqda hədislərdə isə onun Ağ minarə adlı yerə zühur edəcəyi, Rəsulallahın şəriəti ilə hökm edəcəyi və donuzları öldürərək xaçları qıracağı bildirilir. Gəlin diqqət edək, Məhəmməd peyğəmbərin zamanında məscidlərdə minarələr olmayıb. Rəsulallahın dövründə minarə anlayışı yox idisə, Rəsulallah bu kəlməni necə işlətdi? Rəsulallahın sünnətində donuz öldürmək harda görülüb? Və ya, xaç qırmaq sünnətdirsə, nədən Rəsulallah müsəlmanları Həbəşistan hökmdarı xristian Nəcaşinin yanına yolladı?

Qiyamət əlaməti olaraq göstərilən Hz.İsanın zühuru anlayışı verilən Zuhruf surəsi 61-ci ayədə isə əlamət isə elə Quran özüdür. Naziya surəsi 42-44-cü ayələrdə Son saatın Rəsulallah tərəfindən belə bilinməməsi qətidir və Allah onun vaxtını gizli saxlayır. Araf surəsi 187-188-ci ayələrlə Qiyamətin qəflətən gələcəyini deyir. Qəflətən gələn şeyin konkret nə əlaməti ola bilər axı? Bu, necə hadisə və zamana bağlana bilər? Zuhruf surəsi 61-ci ayədə keçən əlamətə gəldikdə isə, burda konkret hal və hadisə, zaman və yer yox, bilgi mənbəyi göstərilir. O mənbə ki, enəndən bəri Son saatın mövcudluğu, şiddəti və muttəqi qurtuluşun müjdəsini verir. Ayrıca, ayənin sonunda gələn “hidayət rəhbəri odur” (yəni Quran) cümləsinə qarşılıq Bəqərə surəsinin 2-ci ayəsi gəlir. Hz.İsanın zühuru isə buna qarşılıq heç bir ayədə hidayət rəhbəri olaraq verilmir.

özünü dəyiş1Mehdinin zühuru anlayışı isə ümumiyyətlə, Quranda yoxdur. Və ümumiyyətlə, Quran bizə qurtarıcı anlayışını yalnız Quran olaraq verir və bu qiyamətə qədər belə davam edəcək. Bəs Quran bizdən nəyi istəyir sualına cavabı Mövdudi çox açıq və gözəl şəkildəverir: “Quran bizdən mehdiyi-muntazir (gözlənən yol göstəricisi) gözləməyimizi deyil, mehdiyi munzir (yaşayan yol göstəricisi) olmağımızı istəyir…” Hərəmiz öz üzərimizə düşəni edib camaatla birgə cəhd etsək, Quranın rəhbərliyi ilə müttəqilərin aqibətinə nail olarıq. Necə ki, Allah Rəd surəsi 11-ci ayədə buyurur:

Hər hansı bir toplumun fərdi öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da o toplumun tövrünü dəyişməz. (Rəd 13/11).

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
15   0  
VN:F [1.9.16_1159]
Rating: +30 (from 42 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

14 comments

  1. Eger her kes quranin tercumesiyle quran izah eda bilirse yeqinki qiyametden sonraki dovrde yasayiriq , alimler tefsirler yazirlar bu tefsirlerin hamisini toplasan damlanin okena nisbetine benzeyer , eger o mentiqnen baxsan Hz Əlinin və diger mesumlarin da adi Quranda yoxdu hec namaz ruketlerinin sayida yoxdu ve bir cox sey ixlasa catmadiqda cox seyler onun ucun quranda yoxdu. Bir sey haqda o adamlar qeti rey yazirlar ki divardan oterefi giore bilmirler ela hey divarin materialindan behs edirler. İxlas iman Alimi ALLAhin elminin sonsuzlugunu derk etdiyi ucun bir ayenin tefsrini qura bilmir meqaleni yazan bratsa netice cixarib el-ele verak dunyani duzelde bilerik duzelt brat duzelt milyon illerdir oeller duzeldir. Eslinde ALLAHa tevekkul et Ehli beyte guven hidayet ol Aganin zuhurun yeni ALLAHin bu mekan ucun qerar verdiyi hucceti gozle ve ona qeder calis onda elin el olar bu yazisa mende varam xulyasidi

  2. 1.Evvala sene deyim ki,hedis delil deyil beyem????? “Quranin hewr suresi 7 aye”” Peygenber size ne verirse onu goturun neyi qadagan edirse ondan el cekin””” deyilir..Tebi ki peygenber quranda hec ne demir ,Quran Allahin sozudur,,Peygenberin sozu ise hedisdir,,,ve Allah tala hedise itaet etmeyi defelerle emr edib…bawqa bir quran ayesi “””o gun zalim olan insan pewmanciliqdan iki elini agzina salib bele deyecekdir :kaw ki,peygenberin yolunu tutub gedeydim,vay halima””(Furqan suresi 27-29))
    quranda peygenber yolu gosterilmeyib ,peygenber yolu hedislerde gosterilib,,,,
    2….Maide suresi 44 aye “”” kim allahin hokmu ile hokm etmese elbette kafirdir…………………..””” indi sence bu nedi bes??? bu da aciq aydin ayedida,,,Allahin hokmu ile hokm etmeyenler hamisi kafirdi sence???? hedis oxumasan ne bileceksen bu ne demekdir????

  3. Məzhəb səfsətələri ilə aldadan din “alim”ləri hər zaman Allahın kitabını kifayət edici görməmək üçün namazı necə qılacaqsan, zəkatı necə verəcəksən sualları ilə Allahın sözünü bəndə sözünə möhtac bilib şirk edirlər, bizim kor koranə təqibçi müsəlmanlarımızda təəssübkeşliyi yerə qoymadan bu “alim”lərin zombisinə çevrilmişlər.

    Aşağıdakı Quran ayələrinə diqqət edin zəhmət olmasa:

    Zumər 39: Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.

    Bəqərə 26: Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz.

    Ənam 19: De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”

    Ənam 50: De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”

    Nəhl 89: Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini) göndərəcəyik (tutacağıq). (Ya Rəsulum!) Səni də bunlara (öz ümmətinə) şahid gətirəcəyik. Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!

    Hud 123: Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!

    Ənam 38: Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).

  4. Mehdiyyyət məsələsi, gizlənməsi, örtbas edilməsi deyil, müjdələnməsi gərəkən bir mövzudur.
    Peyğəmbərimiz (sav) bir hədisində, “HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O, Qureyşdən və Əhl-i Beyt’imdən bir kişidir.” (Kitab-ul Burhan Fi Əlamət-il Axir zaman, s.13) sözləriylə, bu mövzunun Müsəlmanlar üçün bir müjdə olduğunu bildirmişdir. Dolayısıyla Müsəlmanların bu mövzudan danışmaqdan çəkinmələri deyil, əksinə bu xəbəri bir-birlərinə müjdələmələri gərəkir.

  5. Xristianların dərdi məlum. Müsəlmanların dərdi nə ? İsa gəlməklə əlinizə nə gələcək ? Daha imanlımı olacaqsız ? Əgər dərdiniz imanlı olmaqsa Məhəmmədin gəlişi və Quran məncə yetərlidir.

    1. Melumdur deyirsen? Duz deyirsen melumdur. Isa Mesihe iman eden her kesin ebedi heyati var. Cunki o Allahin dergahindadi. Ve Allahin yaninda muveqqeti hec kimse yoxdu. Muveqqeti yer uzudu. Isa Mesih deyir: Yol Heqiqet ve Heyat menem. Hec fikirlewmisiz ki? Niye mehs Isa Mesih Allahin dergahina qalxdi? Niye mehs Isa Mesih yer uzune gelecek. Dogrusunu deyirem size inadcilliq etmeyin. Cunki: SEMA ALTINDA ONUN ADINNAN BAWQA HEC BIR KESDE XILAS YOXDU. Xilas yolu ancaq Isa Mesihdi!

  6. Kıyametin ansızın tepelerine inmesinden başka neyi bekliyorlar? Onun belirtileri zaten gelmiştir. O onlara gelip çatınca, ibret almaları neye yarar?! (Muhammed 18)

      1. Eger sen Isa Mesihin geliwine inanmirsansa, onda senin Allaha inanmaqinda sual altindadi. Biz insaniq her bir insanin fikri var. Ve senin fikrive hormetle yanawiram. Ama bunu bilki -eger xilas olmaq isdiyirsense. Sen Isa Mesihe iman etmelisen. Cunki Isa Mesih deyir: MENIM VASITECILIYIM OLMASA, ALLAHI HEC KIMSE GORE BILMEZ:

  7. ALE QURANDA HICAB VAR, GEDMUSHDUN TEMAYA MUNTEZIR OLMAGA, HEEE?
    SENIN BUTUN EZIYYETVU PUCH EDECEYEM BIR AYE ILE NISA SURESI 59…
    BU AYEDE PEYGEMBERLE EYNI IDARECILIK RUTBESINDE EYNI HUQUQDA OLAN KES KIMDI?

  8. QURAN DEYIR ISA GELECEK
    [6:21, 10.03.2018] Nicat Babayev: ALI IMRAN SURESI-54

    Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)
    [7:02, 10.03.2018] Nicat Babayev: ALI IMRAN SURESI 55

    O vaxt Allah buyurdu: ‘Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!
    [7:03, 10.03.2018] Nicat Babayev: ZUXRUF 61
    [7:03, 10.03.2018] Nicat Babayev: Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!
    [7:14, 10.03.2018] Nicat Babayev: NISA SURESI 157 158 159

    (Onların lənətə düçar olmalarının bir səbəbi də: ) ‘Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük’, – demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.

    Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

    Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.
    [7:14, 10.03.2018] Nicat Babayev: “Şübhəsiz, Allah Qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir…” (Al-İmran Surəsi, 59) ayəsi də Hz. İsanın dönüşünə işarə edir ola bilər. Təfsir alimləri ümumiyyətlə bu ayənin hər iki peyğəmbərin də atasız olma xüsusiyyətinə, Hz. Adəmin Allahın “Ol” əmriylə torpaqdan yaradılması ilə Hz. İsanın yenə “Ol” əmriylə atasız doğulmasına işarə etdiyinə diqqət çəkmişlər. Ancaq ayənin ikinci bir işarəsi daha ola bilər. Hz. Adəm cənnətdən necə dünyaya endirildisə, Hz. İsa da axır zamanda Allahın Qatından dünyaya endiriləcək ola bilər. (Ən doğrusunu Allah bilər.)
    [7:38, 10.03.2018] Nicat Babayev: MAIDE 116 117
    (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: ‘Ya Məryəm oğlu İsa! Sənmi insanlara: ‘Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!’ – demişdin? ‘(İsa cavabında) deyəcək:’ Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!
    117 Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: ‘Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!’ Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!

Bir cavab yazın