“İLK 7 SANİYƏ” QANUNU

ilk 7 saniyəİlk təəssürat ilk 7 saniyədə yaranır. Siz 7 saniyəyə hədəfinizə çata bilərsinizmi?

Araşdırmalar göstərir ki, bir adamla yeni tanış olmusunuzsa, təəssüratın 93%-i görünüş, bədən dili kimi səssiz informasiya əsasında formalaşır. İstifadə etdiyiniz sözlərin mənası, təəssüratın yalnız 7%-ni əmələ gətirir.

İlk təmas telefon vasitəsilə reallaşsa, yaranan təəssüratın 70%-ni səsinizin tonundan, 30%-i isə sözlərin mənasından asılıdır, yəni, nə söylədiyiniz deyil, necə söylədiyiniz əsas rol oynayır.
İlk 12 sözünüzü diqqətlə seçin. Sözlərin təsiri 7% olsa belə, siz işinizi etibarlı tutun. Görüşdüyünüz şəxslə tanış olduğunuz zaman istifadə etmək üçün, bir neçə təşəkkür cümləsi qurun. “Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm” kimi… Sizin ehtiram göstərdiyiniz insanlar da sizə ehtiram göstərəcəklər. Müsahibinizin adını mütləq çəkin. Unutmayın ki, dünyada insanın öz adından qulağa daha şirin gələn başqa bir səs yoxdur. İlk 7 saniyədə və ilk 12 sözünüzün içində həm müsahibinizin adından istifadə etməniz, ona dəyər verməyiniz və fokuslaşmağınız mesajını verəcəkdir. Saçınıza mütləq diqqət yetirin, çünki müsahibiniz də diqqət yetirəcəkdir. Biri ilə tanış olduğunuz vaxt, ilk mərhələdə xarici görünüşünüz, ələlxüsus da, saçınız və üzünüz diqqəti cəlb edəcəkdir.
Ayaqqabılarınızın təmiz olmasına diqqət edin, çünki, insanlar da üzünüzdən dərhal sonra ayaqlarınıza baxarlar. Ayaqqabılarınız təmiz deyilsə, müsahibiniz detallara əhəmiyyət vermədiyinizi düşünəcək. Ayaqqabılar silinib-təmizlənmiş, iş mühitinə uyğun olmalıdır. Ayaqqabı evdən çıxarkən geyindiyiniz ən son şey ola bilər, amma insanların ilk diqqət yetirdikləri şeylərdən biridir.

Yerişinizi sürətləndirin! Araşdırmalar göstərir ki, digərlərindən 10-20% daha yeyin gedən insanlar, başqaları tərəfindən işgüzar və enerjili insan kimi qəbul olunurlar. Təsir gücünüzü artırmaq istəyirsinizsə, tempinizi artırın və sanki, harasa tələsirmişsiniz kimi sürətli gedin.

ilk 7 saniyəYaxşı əl sıxmağı öyrənin! Tanış olduğunuz zaman, birinci fiziki əməyiniz, əlinizi uzatmaqdır. Hər bir iş adamı bilir ki, gözəl salamlaşma özündən əmin olmağın əlamətidir. Ancaq təəssüf ki, insanlar görüşən zaman zəif salamlaşırlar. Əgər uğurlu bir başlanğıca  nail olmaq istəyirsinizsə, qarşınızdakının əlini tam olaraq ovuclamalı və özündən əmin bir şəkildə, amma yüngülcə sıxmalısınız. Beləcə, yaxşı bir iş əlaqəsinin bünövrəsini qoymuş olarsınız.

Bədən dilinizlə şifahi nitqinizi uyğunlaşdırın! Təbəssüm və ya məmnun bir ifadə  müsahibinizə orda olmaqdan məmnun olduğunuz mesajını verəcəkdir. Göz təması qurmaqla siz, deyilənlərə diqqət yetirdiyinizi və maraqlandığınızı bildirəcəksiniz.

Müsahibinizə doğru əyilməniz, söhbətə daxil olduğunuzu göstərəcəkdir. Mövzuya maraq nümayiş etdirdiyinizi bildirmək üçün mümkün qədər çox işarə verməyiniz məsləhətdir.

Görüş üçün hər bir hərəkətinizi planlaşdıra bilərsiniz. Görüş təyin edər, hazırlanar, təqdimatınızı edərsiniz. Ancaq potensial və ikiayaqlı pul kisələri hər an, hər yerdə qarşınıza çıxa bilərlər. Buna
görə də, hər an mükəmməl bir təəssürat yaratmaq üçün hazır olun!

Mənbə: “Cazibə Qüvvəsi” jurnalı (Berna Çetin)
Hazırladı: Psixoloq R_M

 

Beyenmeler
13   1  
VN:F [1.9.16_1159]
Rating: +23 (from 23 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın