İLK QURANI KİM VƏ NİYƏ YANDIRDI?

quranı yandırdılarToplanmış ilk Quranı (müxtəlif hissələri) ölümünə qədər sandığında saxlayan və alınıb yandırılmasını önləyən xəlifə Ömərin qızı Həfzə idi. Həfzə ölüncə, Mərvan İbn Hakim onları “sandıqdan” aldırıb gətirmiş və yandırtmışdı. Mərvanın bu ilk yığmanı yandırma səbəbini özü belə açıqlayır: “Bunu etdim, çünki, onda yazılı olanlar, rəsmi müshəfə (xəlifə Osman dönəmində yığılıb rəsmən cildlənmiş Quran) yazılıb köçöçürülmüş və qorunmuşdur. Qorxdum ki, aradan uzun zaman keçdiyində şübhəçi kəslər bu (rəsmi) müshəf haqqında şübhəyə düşərlər.” (Bax. Dr. Subhi e’s-Saleh, Mebahis fi Ulumi’l-Quran, s.83. Dayandığı qaynaq: İbn Əbi Davud, Kitabul-Məsahif, s.24.)

Halbuki, əsl şübhələrə yol açan, əsas alınmış olduğu ifadə edilən ilk yığmanın yandırılması olmuşdur. Çünki, suallar çıxır:
İlk yığma ilə, sonrakı (xəlifə Osman dövründə yaradılan və imam adı verilən) müshəf arasında fərq olmasa idi, ilkini niyə yandırsınlar?
İlk variantda olmayan sonrakı əlavələr, ya da Qurandan çıxarma ehtimalları olmasaydı, nədən çəkinsinlər?

Məhəmməd Peyğəmbər  dövrünün Quranı ilə bugünkü Quran oxşar deyil.

Burada çox əhəmiyyətli bir şahidliyə müraciət edək: İbn Ömər deyir ki: “Heç biriniz, Quranın hamısını aldım (hal-hazırda əlimdə tuturam) deməsin. Bilsin ki, Quranın çoxu yox olub getmişdir. “Nə qədər ortada varsa o qədərini əlimdə tuturam” desin.” (Bax.Suyuti, əl İtkan, 2/32.)

Bu şahidlik, bu gün əlimizdəki Quranla, Məhəmməd Peyğəmbərin vəhy katiblərinə yazdırdığı bildirilən Qurannın eyni olmadığını çox açıq şəkildə izah etmirmi? Həm də, İbn Ömər bu sözü Xəlifə Osman dövründəki cildlənmədən sonra söyləmişdir. Yəni, xəlifə Osman dövründə yaradılan “Müshəf”in da orijinalı yoxdur. Bu əl yazması da dünyanın heç bir yerində yoxdur.

quran-dəyişdirilibTəməl qaynaqlarda bəhs edilən, amma bu gün ortada olmayan müxtəlif müshəflərin də üzərində dumaq lazımdır. Suyutinin əl İtkan’ında, Buxarinin əsərlərində bəzi əhəmiyyətli müshəflərdən və bu Müqəddəs kitablar içindəki surələrin siyahılarından söz edilir. Məsələn, Məhəmmədin Peyğəmbərin ən yaxınlarından biri bilinən və Quran üçün əzbərinə müraciət etdiyi dörd adamdan biri olaraq bilinən İbn Məsudun müshəfi, yenə Məhəmmədin danışılması lazım olan dörd adamdan biri olaraq söz etdiyi Übeyy İbn Ka’bın müshəfi, Abdullah İbn Abbasın müshəfi, həyat yoldaşı Aişənin müshəfi, xəlifə Əlinin müshəfi bunların başında gəlir. Ayrıca, bu gün Ələvilərin İmam Əlinin müshəfi olaraq söz etdikləri bir müqəddəs kitab və Hindistanda saxlanan ayrı bir müqəddəs kitab daha var.

Suyutinin və Buxarinin kitablarında göstərilən müshəflərdən heç günümüzə gəlib çıxanı yoxdur. Sasdəcə adlarını eşitmişik. Ayrıca, bəzi din kitablarında, bunlarda olduğu deyilən ayə və surələrdən parçalar günümüzə qədər gəlmişdir. Əldəki rəsmi nüsxədə məzmun cəhətdən fərqli olduqları bu siyahılara baxınca dərhal aydın olur. Məsələn, İbn Məsudun “müshəf”ində Fatihə surəsi kimi çox təməl bir surə yoxdur. Fələq və Nas surələri də yoxdur. Xəlifə Əliyə aid olan müshəfdəki surələrinin sıralanması bugünkü kitaba uyğun gəlmir. Suyuti öz kitabında Bəqərə surəsi ilə Əhzab surəsinin eyni uzunluqda olduğunu qeyd edir. (Bax. Suyuti, əl İtkan, 2/32.) Halbuki bu gün, əldəki rəsmi Quranda Bəqərə 286 ayə ikən, Əhzab yalnız 73 ayədir. Üçüncü xəlifə Osman dövründə bir heyət tərəfindən yenidən yığılıb yazılan Quranların neçə ədəd olduğu və bu anda harada olduqları mübahisəlidir. Kimilərinə görə dörd, kimisinə görə beş ya da yeddi ədəd yazılmışdır. Dörddür deyənlərə görə, xəlifə Osman bir nüsxəsini özünə saxlamış, digərlərini Kufəyə, Bəsrəyə və Şama göndərmişdir. Məkkəyə, Yəmənə və Bəhreynə göndərdiyindən də söz edilir.

Məlumatlara görə, Quranın nüsxələrdə kopyalanıb çoxaldılmasına icazə veriləndə bəzi insanlar özləri üçün “müshəflər” meydana gətirmişlər. Ancaq, o zaman bu müshəflərdə olduğu deyilən və nümunələr köçürülən bəzi parçaların rəsmi Quranda olmamasına səbəb nədir? Bəzi İslam qaynaqlarında, xəlifə Osman dövründə qəbul olunmuş əsərlərin bir qisminin bu gün əldə olduğu iddia edilir. Məsələn, bir nüsxənin Daşkənddə olduğundan söz edən çox sayda kitab vardır. Yenə bəzi İslami Türk mənbələrində Topqapı Muzeyindəki Quranın da xəlifə Osman zamanından qaldığı deyilir.

Tədqiqatçı Prof. Dr. Suphi e’s-Saleh kitabında, “Yaxşı, Osman dövründə hazırlanmış rəsmi nüsxə indi haradadır?” sualını ortaya atır və dolğun cavab tapa bilmədiyini izah edir. Qahirə Kitabxanasında olduğu deyilən nüsxənin, Osman dövründən qalmış ola bilməyəcəyini bildirir. Çünki bu kitabda bir sıra işarə və nöqtələr vardır, belə işarə və nöqtələrin İslamiyyətin ilk illərində olmadığı məlumdur. Ayrıca, Quranın oxunuşundaki fərqlər da, tək bir Quran olmadığının göstəricisidir. İsmail Cerrahoğlunun da kitabında yer verdiyi bir hadisə bu mövzuda çox maraqlıdır:

qədim quranRəvayətə görə, bir gün Hakim Oğlu Hişam, Furqan surəsini oxuyurmuş. Xəlifə Ömər dinləyər, baxar ki, Hişam bu surəni Peyğəmbərin ona öyrədib oxutdurduğundan fərqli oxuyur. Ömər hirslənir:
-Bu Surəni sənə belə kim öyrədib oxutdu?
– Peyğəmbər!
-Yalan deyirsən. Çünki, Peyğəmbər bu surəni mənə sənin oxuduğundan başqa cür oxutdu.

Ömər bu müzakirəni edərkən, Hişamın yaxasından yapışır və adamı alıb Peyğəmbərə götürür.
-Bu adam, sənin mənə öyrətdiyindən fərqli oxuyur Furqan surəsini.
-Yaxasını burax, adamın oxuduqlarını mən də dinləyim.

Ömər yaxasını buraxınca, Məhəmməd adama dönər:
-Hişam, Haydi oxu, bir də mən dinləyim, Furqan surəsini necə oxuyursan?

Hişam, Furqan surəsini, özünə öyrədildiyi kimi oxuyur. Sonra, Məhəmməd, “-Bu surə mənə belə endi.” deyər. Məhəmməd, eyni surəni bir də Ömərə oxutdurur. Ömərin oxuduğu üçün də eyni şeyi söyləyər. Yəni, ikisininkini də doğru görür. Sonra da belə deyər:

-Quran yeddi hərf (yeddi cür) endirildi. Bunlardan hansı sizə müyəssər gəlirsə, Quranı ona görə oxuyun. (Bax. Buxari, e’s-Səhih, Kitabu’l-Husûmât 4; Təcridi, hədis no: 1766; Müslim, e’s-Səhih, Kitabu Salâti’l-Müsafirin / 270, hədis no: 818)

Bütün bunlar qarşısında, yenə “Quran, Peyğəmbərdən bu yana olduğu kimi və bir hərfi belə dəyişmədən gəlmişdir” deyilə bilərmi? Quranın birinci orijinalı da, ikinci orijinalı da müsəlmanların əli ilə yandırılmışdır. Osman dövründə yaradılıb çoxaltdıqdan sonra müəyyən mərkəzlərə göndərilən əsərlərin orijinallarına da dünyanın heç bir yerində rast gəlinmir.

Mənbə: tanrivarmi.blogspot.com
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +19 (from 31 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

3 comments

Coşqun üçün bir cavab yazın Cavabı ləğv et