İLK TİBBİ YARDIM

Xüsusi

İlk tibbi yardımHər hansı bir qəzada və ya həyatı, təhlükə altında qoyan digər təcili vəziyyətlərdə, tibb işçilərinin köməyi gələnə kimi həyatın xilas edilməsi və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədiylə dərmansız olaraq görülən tədbirlərə ilk tibbi yardım deyilir. İLK TİBBİ YARDIM TƏDBİRLƏRİNDƏ QƏTİYYƏN DƏRMANDAN İSTİFADƏ ETMƏK OLMAZ.

İlk tibbi yardım 3 əsas məqsəd daşıyır:

1. İnsan həyatının qoruması və davam etməsinin təmin edilməsi
2. Vəziyyətin pisləşməsinin qarşısının alınması
3. Yaxşılaşmanın asanlaşdırılması

Qəza və digər təcili vəziyyətlərdə etməli olduqlarımızı önəmlilik sırası ilə bu şəkildə sıralaya bilərik: İlk tibbi yardımı göstərən insan öncəliklə soyuqqanlı və təlaşsız olmalıdır. Xəstəni də sakitləşdirməli və ətrafda davam edən bir təhlükə olub-olmadığını müəyyən etməlidir. Bununla yanaşı,  öz canını da təhlükəyə atmamalıdır. Bir tərəfdən vaxt itirilmədən, xəstənin və ya qəza edənin vəziyyəti təyin edilərək ilk tibbi yardıma başlanmalı, digər tərəfdən də ətrafda olan insanların, sağlamlıq məntəqələrinə, yanğınsöndürmə və təhlükəsizlik güclərinə xəbər vermələri təşkil olunmalıdır. İlk müdaxilənin ardınca xəstə ən qısa zamanda tibb məntəqəsinə çatdırımalıdır.

İlk tibbi yardımda öncəliklə xəstənin:

Tənəffüs yolunun açılması
Tənəffüsün düzəldilməsi və
Qan dövranı fəaliyyətinin təmin edilməsi 

məqsəd edilir.

Müxtəlif qəzalarda və digər təcili vəziyyətlərdə həyata keçiriləcək ilk tibbi yardım üsulları:

  1. Yanıqlarda ilk tibbi yardım:

Birbaşa od və ya yüksək temperatur verən fiziki və ya kimyəvi təsirlərlə qarşılaşma nəticəsində yanıqlar yaranır. Bu təsirlər od, elektrik, günəş, isti su və ya yağ, kimyəvi maddələr, isti metal cisimlər və s. ola bilər. Məruz qalınan yüksək temperaturun dərəcəsi və məruz qalma müddəti yanıqların şiddətinə təsir edər. Bu səbəblə, yüksək temperatura məruz qalan insan ən qısa müddətdə temperatur qaynaİlk tibbi yardımğından uzaqlaşdırılaraq yanan hissə su ilə soyudulmalıdır. 

Yanıq, dəri.. açıq yara kimi təyin edilməlidir. Bədən bu hissədən su itirər və açıq yara kimi mikrob götürmək üçün uyğun hala gələr. Bütün bədən səthinin 20 %-dən çoxuna təsir edən yanıqlar həyati təhlükə doğurar. 

Yanıqlar, ortaya çıxan təxribata görə dərəcələrə ayrılır:

1-ci dərəcəli yanıqlar:

Ən çox, günəşdə çox qalmaq səbəbiylə ortaya çıxır.
Dərinin qızarması və şiddətli ağrı ilə müşahidə olunur.
Öz-özünə sağalıb, dəri normal halına qayıda bilər.
Paltarı yanan insan yerə uzanıb öz ətrafında fırlanmalıdır.

2-ci dərəcəli yanıqlar:

Qızarıqlığa əlavə olaraq, su ilə dolu kisəciklərin görülməsi ilə tanınar.
Ən çox, isti su səbəbiylə baş verir. Ağrılı və ciddi yanıqlardır.
Su kisələrini partlatmaq təhlükəlidir.
Düzgün qulluq edilməsə, iz qalar. Mikrob yaranmasına uyğundur.

3-cü dərəcəli yanıqlar:

Dərinin hər yeri təsirlənmiş olur. Ağrı azdır. Həyati təhlükə yaradacaq maye itkiləri və iltihablanmalar mümkündür.
Yanıqlar zamanı ilk tibbi yardım göstərənin ilk məqsədi, yanığa səbəb olan maddə və ya mənbənin uzaqlaşdırılmasıdır.İlk tibbi yardım
Alovlanmış qəza edənin qaçmasının qarşısı alınmalıdır. Üzərinə bir örtük atılaraq və ya yuvarlanaraq söndürülməlidir.
Paltarlar kəsilərək çıxarılmalıdır.

Hər cür yanıqlar zamanı görülməli olan tədbirlər:

İlk etməli olduğumuz şey, yanan hissənin ağrı keçənə qədər və ondan sonra da 10 dəqiqəyədək soyuq suya tutulmasıdır.
Yaralının üzərində üzük, qolbaq, saat kimi əşyalar varsa, çıxarılmalıdır.
Yanan hissənin üzərinə təmiz və nəm bir bez qoyulmalıdır. Belə bir vasitə yoxdursa, açıq qalmalıdır.
Şüur açıqdırsa, ağızdan sulu qidalar və su verilməlidir. Şoka qarşı uyğun pozisiyada saxlanılmalıdır.
İkinci və üçüncü dərəcəli yanıqlar varsa, həkimə aparılmalıdır.

2. Günvurma hallarında ilk tibbi yardım:

Günəşin altında çox qalmaq nəticəsində bədən istiliyinin aşırı yüksəlməsi ilə müşahidə olunan günəş vurması dediyimiz vəziyyət meydana gəlir.

Günvurmanın əlamətləri nələrdir? Günvurması yaşayan insan aşırı tərləmiş halda olur vİlk tibbi yardımə ya tərləməyə davam edir. Bədən istiliyi 40 dərəcə və ya daha çox ola bilər. Xəstənin şüuru bulanıqdır və nəbz sürətlidir. Halsızlıq, aşırı susuzluq hissi və ağrılar da müşahidə olunur.

Gün vuran insana ilk müdaxilə necə edilir?

Gün vuran insanın şüuru qapalıdırsa; 

Öncəliklə kölgəli və sərin bir yerə daşınmalıdır.
Xəstənin tənəffüs yolunun açıq olması təmin edilməlidir, nizamlı tənəffüs edib-etmədiyi və ürək döyüntüləri yoxlanmalı və xəstə sərinlədilməlidir.

Gün vuran insanın şüuru açıqdırsa;

Xəstə sərin bir yerə daşınmalı, yarı oturaq pozisiyada olmalıdır. Üstünə su səpmə, yaş dəsmal və hava axınından istifadə edilərək ( yelpik, ventilyator və s. ) sərinlədilməli, su və alkoqolsuz içkilər verilməlidir. Artıq geyimləri çıxarılmalıdır.

3. Elektrik vurması hallarında ilk tibbi yardım:

Elektrik vurması, ev və iş yerlərindəki rozetkalar və elektrikli alətlərdən qaynaqlanan elektrik sızması, enerji ötürmə kabellərinin qopması və ya dirəklərə dırmanılması, ildırım düşməsi kimi hallarda ortaya çıxa bilər.

Elektrik vurmalarına qarşı görüləcək tədbirlər nələrdir? Günümüzdə elektrikli alətlərin istifadəsinin artması ilə elektrik vurması riski ilə hər an qarşı-qarşıya qaldığımız bir gerçəkdir. Xüsusilə uşaqlar baxımından təhlükə daha böyük olamaqİlk tibbi yardımla, yetkin insanlar üçün də elektrik vurması riski vardır və hər zaman ehtiyatlı olunmalıdır. Evinizdə və ya iş yerinizdə ən sadə lampa dəyişmələrində belə sayğacı bağlamağı unutmayın. Bəzi hallarda lampanın düyməsi qapalı olsa belə, kabellərdə elektrik ola bilər. ( xəttin tərs qoşulmasından dolayı ) Rozetkalara uşaqların sivri cisimlər soxmasını əngəlləyəcəcək təhlükəsizlik aparatları taxmaq faydalıdır. Bu aparatlar olduqca ucuzudur. Elektrik sızması olan cihazları dərhal təmir etdirmək laızmdır. Elektrik xətlərinizdə torpaq xəttininin olduğundan əmin olun və tropaqlı rozetkalardan istifadə edin.

Elektrik vurmasının əlamətləri nələrdir?  Dəri üzərində yaranan yanıq, tənəffüs və qan dövranı sistemində pozğunluq, şüurun itirilməsi nəticəsində yıxılma və buna bağlı olaraq qırıqlar elektrik vurmasının ola biləcək nəticələridir. Elektrik vurmasının damarlar üzərində təsiri qalıcı, gec ortaya çıxan problemlər yarada bilər. Tellərdən asılı və ya elektrik telləri ilə təmas halında yerdə uzanarkən tapılan insanda elektrik vurması olduğu düşünülməlidir. Bəzən qəza edən şəxs özündən getmədən öncə kabeldən ayrılmağı bacarmış ola bilər. Kimisi qısa müddətli, aşağı gərginlikli  elektrik vurmalarında qəza edənin şüuru açıq olub, dəri üzərində belə heç bir  iz görülməyə bilər.

Elektrik vuran insana necə müdaxilə edilməlidir?
İlk tibbi yardım müdaxiləsi 3 hissədən ibarətdir:
1. Elektrik axını qapanmalıdır; bu edilə bilmirsə, qəza edənin, çılpaq kabel ilə təması, ötürücü olmayan bir cisim istifadə olunaraq kəsilməlidir.
2. Qəza şəraitində dərhal qəza edənin tənəffüs yolu, tənəffüs və ürək döyüntüləri səviyyəsi yoxlanmalı və lazım gələrsə təmin edilməli, şüur itirilməsi İlk tibbi yardımmüşahidə olunursa, koma pozisiyası verilməlidir.
3. Yanıq varsa, uyğun şəkildə qulluq göstərilməlidir; qəza edən fiziki və psixoloji olaraq rahatladılmalıdır və ayağa qaldırılmadan həkimə çatdırılmalıdır. Yıxılma ilə bağlı qırıq varsa, bu barədə müəyyənləşdirilmə olduqdan sonra həkimə müraciət edilməlidir.

4. Sınıq, çıxıq, burxulma hallarında ilk tibbi yardım:

Hündür bir yerdən yıxılan, üstünə bir cisim düşən, avtomobil qəzası keçirən qəza edənlərdə aınıq, çıxıq və burxulmalara tez-tez rast gəlinir. Sınıqlar, böyük sümük sınıqlarında görülə bilən daxili qanamalar xaricində, həyatı birbaşa təhlükə altına atmayan  hadisələrdir. Bununla bərabər, xətalı yanaşmalar nəticəsində boyun və ya onurağa sınığı olan qəza edən iflic qala bilər, qol və ya ayaq sümüyü sınıq olan bir insanda qol və ayaq damarları və ya sinirləri kəsilib vəziyyət ağırlaşa bilər, yerinə taxmağa cəhd edildiyi zaman, çiyin çıxığı  əməliyyatla belə düzələ bilməyəcək hala gələ bilər.

Sınıq, çıxıq, burxulma kimi sümük və oynağa bağlı olan hadisələrdə ilk tibbi yardım göstərən şəxsin əsas hədəfi problemli bədən uzantısını və ya hissəsini hərəkətsiz hala gətirərək qəza edənin vəziyyətinin pisləşməsinin qarşısını almaq, ağrısız və təhlükəsiz bir şəkildə həkimə çatdırmaqdır.

Sınıqlarda ilk tibbi yardım:

Sümük bütövlüyünün zərbə və ya yıxılma nəticəsində ortadan qalxmasına sınıq deyilir. Sınmış sümük hissələri dərini deşərək xaricə çıxıbsa, buna açıq sınıq, dəri sağlamdırsa, qapalı sınıq deyilir.

Aşağıdakı maddələrin bir neçəsinin mövcudluğu halında sınıqdan şübhələnmək lazımdır.

Yıxılma, üzərinə yıxılma, zərbə hallarıİlk tibbi yardım
Problemi hissədə hərəkətlə və ya təmasla çox şiddətlənən ağrı
Əlaqəli bədən hissəsində forma pozulması, simmetriyanın itməsi
Sınma əsnasında və ya sınmadan sonra sınıq sürtünmə səsinin eşidilmiş olması
Sınıq hissədə şiş, göyərmə
Qol və ya ayaqda qısalma
Oynaq olmayan bir yerdə oynaq varmış kimi bir hiss olması
Dəriyi parçalamış sınıq sümük ucunun xaricdən görülməsi
Hərəkət məhdudluğu və ya heç hərəkət etdirə bilməmək
Əlaqəli hissədə hissetmədə azalma, uyuşma, sızıldama
Qan dövranında ləngimə nəticəsində soyuma

Sınığı olan və ya sınıq şübhəsi olan insana ilk tibbi yardım tətbiq edərkən, aşağıdakı qaydalara əməl etmək lazımdır:

Sınıq olmadığı təyin edilməmiş bir insan qətiyyən tərpədilməməlidir. Sınıq hissənin hərəkət etdirilməsi nəticəsində sınıq hissənin kəskin kənarı ətrafındakı hanısa bir damarı və ya siniri kəsə bilər, əzəzlə toxumasını zədələyə bilər.
Qəza edəni oturmasına və ya sağa-sola hərəkət etməsinə icazə verilməməlidir, sınıq şübhəsi olan hissə hərəkətsizləşdirilmədən xəstəni daşımaq olmaz.
Qəza olan yerdə həyatı təhlükə altında qoyan zərərli bir  təsirin olmadığı hər vəziyyətdə, sınığa müdaxilə yerindəcə edilməlidir.
Sınmış bədən üzvünün biləyindən nəbzi və sınan hissədə qanamanın olub olmadığını yoxlamaq lazımdır.
Açıq sınıqlarda görünən sümük hissəsini içəri salmağa, sümük uclarını birləşdirməyə, qol və ya ayaqda pozulmuş formanı düzəlməyə çalışmaİlk tibbi yardımmalı.
Sınıqla birlikdə qanma-şok əlamətləri varsa, öncəliklə bunlaar müdaxilə edilməlidir.
Boyun sınıqlarında xətalı daşıma və gərəksiz hərəkətlər onurğa iliyinin zədələnməsi nəticəsində bütün bədəndə ifliclə nəticələnə bilər. Boynun dəstəklənməsi və hərəkətsizləşdirmə, həyati önəm daşıyır.
Başa dəyən zərbədən sonra burun və qulaqdan su gəlməsi; eynək şəklində göyərmə, özündən getmə, yuxululuq halı, nəbz və tənəffüs zəifləməsi, gözbəbəklərində böyüklük fərqi, püskürmə şəklində qusma, baş sümüklərində çökək formasında forma pozulması varsa, kəllədə sınıqla bərabər beyində də problem var deməkdir. Təcili olaraq qəza edəni həkimə çatdırmaq lazımdır.
Problemli hissənin hərəkətsizləşdirilməsi, yəni müəyyən edilməsi, ağrını azaldacaq, sınıq ucların ətraf toxumaları zədələməsini əngəlləyərək, sınıq ucların bir-birindən ayrılması və ya dəridən bayıra çıxmasına əngəl olacaq.  Beləcə, yaxşılaşma da daha asan olacaqdır.
Sabitləşdirmə prosesi, sınıq sümükləri əlaqələndirən iki oynağın, sərt uzun bir cismin köməyilə hərəkətsiz hala gətirilməsidir. Bu məqsədlə istifadə olunacaq standart vasitənin tapılmadığı yerlərdə, ilk tibbi yardımı göstərən şəxs əlverişli həllər axtarmalıdır. Hansısa bir budaq parçası, qatlanmış qəzetlər, karton qutular, əl ağacı və yİlk tibbi yardıma çətir taxtası ilə sabitləşdirmə zamanı, jaket.. pencək.. köynək və s. bu kimi əşyalar; asqı ilə sabitləşdirmə zamanı isə  kəmər, qalstuk, köynək qolu kimi əşyalar sarğı olaraq istifadə  oluna bilər. Heç bir vasitə tapılmazsa, qəza edənin sağlam ayağı, sınmış ayaq üçün sarğı taxtası rolunu oynaya bilər.

Çıxıqlarda ilk tibbi yardım:

Bir oynağı meydana gətirən sümüklərdən birinin, hansısa bir xarici təsir nəticəsində normalda olduğu yerdən ayrılmasına çıxıq deyilir. Oynaq bağlarının normalda izin verməycəyi bir hərəkətdə çətinlik çəkən sümük bağları, aralayaraq və ya yırtaraq yerindən uzaqlaşar.

Oynağın və ya bədən uzantısının görünüşündə pozulma,
Ağrı səbəbi ilə məhdudlanmış və ya tamamilə ortadan qalxmış hərəkət,
Həssaslıq və şiş görülməsi, çıxıq barəsində şübhələndirməlidir.

Çıxmış bir sümüyü, oynaq boşluğuna ancaq səlahiyyətli və təcrübəli bir insan yenidən yerləşdirə bilər. Səlahiyyətsiz insanlar tərəfindən  edilən bu cür  cəhdələr isə, damar-sinir sıxılmalarına, oynaq bağlarının düzələ bilməyəcək səviyyədə korlanmasına, tez-tez çıxığın təkrar olunmasına ( vərdiş etmiş çıxıq) səbəb ola bilər. İlk tibbi yardım göstərən insanın vəzifəsi, səlahiyyətli  və təcrübəli bir tibb işçisinə çatana kimi, çıxıq oynaq hissəsini hərəkətsiz hala gətirməkdir. Bu səbəblə asqı, taxta və sarğı tətbiqi edilə bilər.

Burxulma halında ilk tibbi yardım:

Oynaq bağlarının qopması və ya qismən zədələnməİlk tibbi yardımsinə burxulma deyilir. Ağrı, həssaslıq, şiş və göyərmə görülə bilər. Zədələnmiş oynaq, buz torbası və oxşar tətbiqlər edilməklə soyudulmalıdır. Varsa, elastiki sarğı tətbiq edilərək şişin qarşısı alınmağa çalşılmalıdır. Zədələnmiş oynaq istifadə olunmadan və hərəkət etdirilmədən, mümkünsə yuxarıda tutularaq daşınmalıdır.

Mənbə: tr.mydearbody.com
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   13  
VN:F [1.9.16_1159]
Rating: +4 (from 6 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın