İMAM KİMDİR?

1393719_10202396592017379_1350934822_nRəbbi İbrahimi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. “Mən səni insanlara imam edəcəyəm!”-dedi. “Nəslimdən də!”-dedi. “Zalımlar Mənim əhdimə nail olmazlar!”-dedi. 2/124

Mən məsələyə daha da dərindən, təməl qavramı ilə baxmaq istərdim. Gəlin birlikdə baxaq və suallarımıza cavab axtaraq.

İmamlıq isimdirmi, rütbədi mi, yoxsa sifət və ya məsuliyyətdirmi?
Qeyd edim ki, öndər, forvard, rəhbər kimi tərcümə olunan bu kəlimə “ümm” (ana) kəliməsi ilə eyni köklüdür. İndi gəlin ananın baxaq cəmiyyət qarşısındakı mövqeyinə nəzər yetirək.
Ana şəvqət, qayğı, toparlama və saflıq tərənnüm edir cəmiyyətdə. BU hər zaman və hər məkanda belə olub, belədir və düşünürəm ki, belə də olacaq. O ideologiya və vəzifə, hakimiyyət uğruna deyil, analıq hissi, şəvqət və qayğı uğruna övladına qol açır. Bu timsalda imamlıq da ümmətə qol açmaq, onlara siaysı rəhbər deyil, dəyərlər adına öndər olmaqdır. Düşünürəm ki, bu sifət Adəmdən bəri adam olma projesində irəli çıxmış və bundan sonra çıxacaq hər kəsə aid ola bilər. Necə deyərlər, kim irəli çıxıb bunları özündə təcəssüm etdirərsə, cəmiyyət də onu özünə öndər, imamam, “ana” olaraq qəbul edər və ətrafında toplaşar. Bar arılarının ana arı ətrafında toplaşdığı kimi.

“Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam et!-deyərlər.” 25/74

“Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik.” 21/73

Quran İMAMLIĞIN sifətlərini, necəliyini və ona nə cür layiq olmanı açıqlayır. Konkret adlar çəkmir. Allah qatında İMAMALIQ deyə seçilmiş bir məsuliyyətli məqam (xüsusi şəxslər yox) var, kim həyat içi buna can atıb layiq olarsa, Allah da onu seçər. İmamlıq əvvəlcədən seçilmişlik deyil. Allah qatında statik olaraq belə bir sifət, nemət var. Kim səy göstərər, bunu qazanar və yaşayarsa,o da imam olub  imamlıq edər. Bunu tarıx bizə həmişə göstərmişdir.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +16 (from 20 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın