İMMANUEL KANT SÖZLƏRİ

 

İmmanuel Kant, idrakı ilə təcrübəsini birləşdirərək nəhəng bir şəxsiyyət portreti cızmışdır. O portretdən bəzi cizgiləri sizə təqdim edirik:

* Başqalarını şəxsi məqsədlərini gerçəkləşdirmək üçün vasitə olaraq görmə.

* Ağlımda maraq,şübhə və hörmət oyandıran iki şey var: Üzərimdə ulduz kimi parıldayan cənnət və içimdəki əxlaq qanunu.

* Bizlər sirlərlə dolu bir kainatda bir yuxunun yuxusunu görməkdəyik. Gerçəkdə bildiyimiz heç bir şey yoxdur. Bildiyimizi sandığımız şey yalnız hadisələrdir. O hadisələr ki, bilmədiyimiz bir varlıqla əsla bilməyəcəyimiz bir varlığın bir-birlərinə olan əlaqəsindən doğulmuşdur.

* Böcək olmağı qəbul edənlər, ayaqlar altında qalıb əzilməkdən şikayətlənməməlidir.

* İnanca yer vermək üçün məlumatı bir kənara qoydum.

* Elə davran ki, davranışların prinsip halına gəlsin.

* Məcburi yalana güzəşt getmək olar, amma ona haqq qazandırmaq olmaz.

* Təsəvvür böyük rəssamdır, daha artıq, sehrkardır.

* Аğıl ən çox qaranlıqda yaxşı işləyir.

* Əgər kimsə bütləşdirilirsə və göylərə qaldırılırsa, onda digər adamlar arasında fərq itir, çünki yeganə meyar həmin bütə pərəstiş dərəcəsi olur.

* Biz ancaq öz elədiklərimizi anlayıb başqalarına anlada bilərik.

* Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir.

* İztirab fəaliyyətə çağırışdır. Yalnız iztirablar vaxtı biz həyatımızı hiss edirik.

* Bir balaca fikirləşsək, o saat özümüzdə hər hansı günah tapmış olaraq.

* Döyüş xalqların heyvanca var olma vəziyyətidir; barış isə insanca var oluş vəziyyətidir.

* Başqalarının etdiyi səhvlərdən ötrü hirslənsəniz, onları deyil özünüzü cəzalandırmış olarsınız.

* Bütün sahib olduğumuz məlumatın təcrübə ilə başladığına şübhə yoxdur.

* Əxlaq insanın xarakterində olmalıdır.

* Zaman, səssiz bir mişardır.

* Əgər insan Allahın iradəsinə tabedirsə, onda o, təbiətlə həmahəngdir.

* Fərd ölməyə məhkumdur, bəşər övladı – olümsüzdür.

* İnsan öz yaxın ətrafından, digər insanlardan hətta zəhləsi də getsə, onlarsız yaşaya bilməz.

* Dahilik elə işlər görməkdir ki, onları başqalarından öyrənmək və başqalarına öyrətmək mümkün deyil.

* Hər nə qədər inanmasam da Tanrının varlığını qəbul etmək lazımdır.

* Aydınlanma adamın öz ağlını istifadə etməyə cürət etməsidir.

* Gözəllik əxlaqi xeyirin rəmzidir.

* Əgər insan Allahın iradəsinə tabedirsə, onda o, təbiətlə həmahəngdir.

* İnsanlar işığı görməz, işıqla görər.

* İki cür könül xoşbəxtliyi var: I. Ruhi sakitlik vә ya taledәn razılıq (qәmli vicdan). II. Hәmişә şәn ürәk. Birincisi insanın özündə heç bir günah hiss etməməsi nəticəsində, dünyəvi firavanlığın heçliyini aydın dərk etməklə yaranır, ikincisi isə təbiətin bəxşişidir.

* Bütün canlıların qulaq asdığı ilahiyyat səsidir. Heyvanlar dünyaya gәlәn kimi öz qüvvәlәrindәn düzgün istifadә etmәyi bacarırlar, yәni özlәrinә ziyan vurmurlar. Мәsәlәn, qaranquş yumurtadan çıхan kimi, hәlә gözlәri açılmamış elә elәyir ki, nəcisləri yuvaya düşmәsin. Buna görə heyvanların qulluğa (yemək, istilik və müdafiə tələbatından başqa) qətiyyən ehtiyacı yoxdur.

* Həyatın müxtəlif çətinliklərinə qarşı üç şey hədiyyə edilmişdir; Ümid, Yuxu və Gülmək

Hazırladı: Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +11 (from 13 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın