İMMUN SİSTEMİ NƏDİR ?

Hamımız gündəlik həyatda dəfələrlə “immun sisteİmmun sistemi nədir?mi” terminini eşitmişik. İmmun sistemi əslində çox əhatəli və uğurla işləyən bir sistemdir. Ən sadə halı ilə anlatsaq, bir çox əsgəri olan böyük bir ordu kimi düşünə bilərsiniz. Bu əsgərlər bədənə yaxınlaşan bir təhlükə, yəni xəstəlik olduğunun fərqinə vardıqları zaman, müdafiəyə keçirlər. Bundan da artığı, bu əsgərlər o təhlükəni görür, yaddaşına yerləşdirir, növbəti yaxınlaşmada dərhal  tanıyaraq öncədən tədbir görürlər.

Körpə uşaq, doğumu ilə birlikdə, ana bətnindən ayrılan kimi xarici şəraitdə saysız- hesabsız mikroorqanizm və yad maddələrlə üz-üzə qalır. İmmun sistemi  doğulma ilə birlikdə qüsursuz bir şəkildə işləməyə başlayır.

Günümüzdə, immun siteminin işləmə prosesi və orqanlarının çox ətraflı bir şəkildə çözülməsi sayəsində, bir çox xəstəliyin də önünə keçilmiş və ya müalicə müddətinin qısaldılması təmin edilmişdir. İmmun elminə, “immunologiya” adı verilir. Bu termin isə, qədim Romada əsgərlikdən azad edilmiş,  yəni qorunmuş zadəganlar üçün istifadə olunan “immunitas” sözündən yaranmışdır.

İmmun sistemi bir canlıda xəstəliyə səbəb ola biləcək bütün virus, patogen və yad maddələri tanıyıb yox edən, başqa sözlə,  bədənin xəstəliklərə qarşı müqavimətli olmasını təmin edən bir sistemdir. İmmun sisteminin böyük bir işləmə mexanizmi vardır. Bu sistem, bədənə girən və ya bədənlə təmas halında olan bütün yad maddələri tanıyır, ən incə detalına qədər araşdırır və bunları, canlının sağlam toxuma hüceyrələrindən ayırd edir. İmmun sisteminin vəzifəsi ilkin olaraq bu yad maddələrin bədənə daxil olmalarını əngəlləməkdir, əgər hər hansı bir şəkildə daxil olublarsa, daxil olduqları yerdə saxlamaq və yayılmalarına icazə verməməkdir. İmmun sistemi o qədər həssas bir işləməyə malikdir ki, protein və amin turşusu kimi quruluş olaraq bir-birinə çox bənzəyən maddələri belə ayıra bilir.

İmmun sistemi doğumla birlikdə aktiv hala gəlir və canlının ölümünə qədər işləməyə davam edir. Yəni təbiətdəki hər bir canlı özlərində olmayan yad toxuma, molekul və hüceyrələrə qarşı bir müdafiə mexanizminə sahibdir. Əgər immun sistemi hər hanİmmun sistemi nədir?sı bir səbəbdən dolayı zəifləyərsə, bədənin qoruma qabiliyyəti də zəifləyər. Bu zəifliyi fürsət bilən viruslar, dərhal bədənə girməyə başlayar və qrip kimi ən sadə xəstəliklərə qarşı belə müqavimət göstərilə bilməz.

Canlının quruluşunda, davamlı olaraq işləyən bir çox orqan və toxuma sistemi var. Lakin bunlardan bəziləri özünə heyran qoyacaq dərəcədə qarışıqdır. Bu sistemlərdən biri də, mövzumuz olan immun sistemidir. Bu sistemin ən önəmli xüsusiyyətlərindən biri, xatırlama qabiliyyətinin olmağıdır. Sistemin əsgərləri, yəni vəzifəli olan bütün hüceyrələr qarşılaşdığı yad bir maddəni yaddaşına köçürür və daha sonra gördüyü zaman, dərhal tanıyaraq öncədən tədbirini görür. Bu tanıma prosesi sayəsində, öncəki qarşılaşma ilə müqayisədə, daha tez bir reaksiya verir.

İmmun sisteminin orqanları hansılardır?
İmmun sisteminin insan bədənindəki vəzifəsinin gerçəkləşməsi, bəzi orqan və toxumaların işbirliyi sayəsində olur. Bu orqanlar, ümumi olaraq  lenfoid toxumalı orqanlardır. İmmun sisteminin əsas elementləri, ağ qan hüceyrələri, sümük iliyi, linfa sistemi, hormonlar və bəzi proteinlərdir.

Badamcıqlar: Badamcıqlar, boğazda linfasitlərin toplandığı kiçik formlardır. Xaricə açılan bir açıqlıq olan ağızdan gələ biləcək yad maddələrə qarşı ilk maneə vəzifəsini yerinə yetirirlər. Badamcıqların içində yerləşən linfa damarlarından boyun və çənə altı düyünlərinə doğru linfa mayesi axır. Bu axma prosesi ərzində linfa damarlarının divarından linfasit istehsal olunur. Bu linfasitlər isə, bədənə girən patogen və mikroorqanizmləri təmizləmək prosesini yerinə yetirir.
Linfa: İmmun sistemində yerləşən hüceyrə və proteinləri, bədənin bir yerindən başqa bir yerinə daşıyan bir dövran sistemidir.
Linfa düyünləri: Qoltuq altı, çənə altı, disrək, boyun və döşlərdə olan bu formalar T və B hüceyrələrinin olduğu mərkəzlərdir.
Linfa vəzləri: Udlağın üst tərəfində, burun boşluğunun arxa tərəfində olan, linfoid toxumalı hissələrdir. Xəstəliyə səbəb olan infeksiya təsirlərini və onların istehsal etdiyi antikorları yandırırlar.
Timus: Timus, döş boşluğu içində yerləşən, iki hissədən ibarət olan bir orqandır. Yetkinləşməmiş lenfosidlər, sümük iliyindən çıxıb timusa gəlir, burada böyüyür, yetkinləşir və immun sistemindəki vəzifələrini yerinə yetirmək üçün qana qarışır.
Qaraciyər: Qaraciyər, immunoloji təsirli hüceyrələri ehtiva edir. T – hüceyrələri ilk olaraq,  qaraciyər tərəfindən istehsal olunur.
Dalaq: Qarın boşluğunun sol üst tərəfində  olan bu orqanın ən önəmli vəzifəsi, funksiya xaricində qalmış qanı süzməkdir.
Peyer valları: İncə bağırsağın ileum hissəsində yerləşən peyer valları, bağırsaq kanalındakı  patogenlərin nəzarətdə saxlanmasını təmin edir.
Sümük iliyi: İmmun sistemində vəzifəli olan bütün hüceyrələrin, kök hüceyrələrinin olduğu mərkəz sümük iliyidir.

Anadangəlmə ( təbii )  immun sistemi:

Təbii immunitet, canlının doğulduğundan etibarən başlayıb, ölümünə qədər işləməyə davam edən bir müdafiə mexanizmidir. Genetik xüsusiyyətlərə bağlıdır və nəsildən nəsilə keçə bilər. Təbii immunitetdə insan bədəni hər hansı bir antikor yaratmadan mikroblara qarşı qorunmaqdadır. Bir neçə misal göstərməli olsaq, mədənin istehsal etdiyi turşu bir çox yad mikroorqanizmin burda canlı qalmağını əngəlləyir, göz yaşı gözdə olan mikrobları öldürür, burunun içərisində olan tüklər nəfəsalma zamanı yad hissəcikləri tutaraq içəriyə girməyini əngəlləyir. Örnəklərini çoxalda biləcəyimiz təbii immunitet, ümumi olaraq irsi, anatomik, toxuma, hormon və ifrazatlardakı özəl qoruyucu maddələrlə təmin edilən immunitet növüdür.

Sonradan qazanılmış immun sistemi:

Bədənin, mikroorqanizmlərə qarşı antikor istehsal edərək qazandığı immunitetdir. Başqa sözlə desək, müxtəlif yollarla sonradan qazanılmış immun sitemidir. Qazanılmış immunitet, öz içərisində aktiv və passiv immunitet olmaqla iki yerə ayrılır.

Aktiv immunitet: Antigenlərə məruz qaldıqdan sonra yaranan immunitetdir. Üç formada meydana çıxa bilər.
Peyvəndlə: içərisində mikrobların zəiflədilmiş halı və ya bunların toksinləri olan, laboratoriya şəraitində hazırlanmış maddəyə peyvənd deyilir. Peyvənd, immunitet qazanmağın süni formasıdır. Peyvəndin içərisindəki mikrioorqanizm laboratoriya şəraitində əməliyyatlardan keçirildiyi üçün xəstəlik yaratmaq kimi bir təhlükəsi yoxdur. Peyvənd ilə qazandırılmış immunitetdə təməl mexnizm budur: peyvənd sayəsində xəstəlik yaradıcı mikroorqanizm daha öncədən bədənə tanıdılır, bunu tanıyan immunitet sitemi dərhal onu yaddaşına atır. Daha sonra yenidən qarşılaşma vəziyyətində isə xəstəlik yaratmasına fürsət vermədən, antikor istehsal edərək onu yox edir.
Xəstəliyi keçirməklə: bu şəkildə qazanılmış immunitetə, peyvənd üsulunun təbii halı deyə bilərik. Sistem hər ikisində eynidir. İmmun sitemi öncədən keçirilmiş xəstəlik sayəsində o mikrobu tanıyır və növbəti dəfə üçün xəstəlik yaratmağına imkan vermir.
Sağlam olarkən bədənin antikor istehsal etməsi ilə: bədənə girən mikrobların sayı o qədər də çox deyilsə, ağ qan hüceyrələri bu mikrobları xəstəlik yartamasına fürsət qalmadan antikor yaranır və eyni mikrob ikinci dəfə bədənə girmək istədiyi zaman antikior əngəli ilə qarşılaşır.
Passiv immunitet: Bədənə xaricdən antikor verilməsi ilə təmin edilən immunitetdir. Bunun üçün serumdan istifadə edilir. Serumlar hazır antikorlardır, bəzi hallarda bədənin istehsal edtiyi antikor kifayət etmir və xaricdən dəstəkləyici serum verilir. Serumla yanaşı, dərmanla da edilə bilən passiv immunitetin qoruyucu olmadığını, sadəcə müalicə edici bir üsul olduğunu söyləmək də fayda var.

Mənbə: bilgihanem.com
Hazırladı: Fidan Aslanova Red

VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın