İMTAHAN STRESSİ

340745Həyatda rastlaşdığımız bütün çətinliklərə imtahan deyirik. Bir ömür boyu müxtəlif imtahanlar veririk. Ən əhəmiyyətli saydığımız sinaqlarımızdan biri isə on bir illik zəhmətimizin bəhrəsi olacaq qəbul imtahanlarıdır. O imtahan ki, minlərlə abituriyentin gələcəyi üçün məsuliyyət daşıyır. Biliyiniz bu imtahandakı 125 sualla qiymətləndiriləcək və gələcəyiniz bu imtahanın nəticəsiylə dəyişəcək.
İmtahana qədərki dövrə nəzər salsaq, şagirdlərin əksəriyyəti dərslərə ciddi yanaşmır, ali məktəbə hazırlaşmaq üçün son iki ili gözləyir. Bir neçə illik dərs materiallarının qısa bir müddət ərzində mənimsənilməsi, bir neçə bölmənin dərslərinin çox az vaxt ərzində öyrənilməsi, mövzuların səthi və qısa müddətli yadda qalmasına səbəb olur. Bir az həyəcan, stres qanda adrenalin səviyyəsinin yüksəlməsinə, sinir hüceyrələrinin tormozlanmasına səbəb olur. Adrenalin səviyyəsinin yüksəlməsi zamanı insan beynindəki hazır məhsula çatmaqda çətinlik çəkir. Abituriyent niyə həyəcanlandığını ayırd etməlidir. Bacarıqsızdırmı, ətrafdakıların qınagından çəkinirmi və s. Bunlar hamısı nəticə mərkəzli qayğılardır.
Ümumiyyətlə, qayğını artıran əsas səbəblər,”vaxtım azdır”, “yoldaşlarım məndən daha bacarıqlıdır”, “qəbul olmasam valideynlərimə nə deyəcəm”, “mütləq qəbul olmalıyam”, “oxuduqlarım yadımda qalmır” düşüncələridir.
Qayğılar fiziki olaraq bəzi əlamətlərin üzə çıxmasına səbəb olur. Tez-tez nəfəs alma, tərləmə, ürək döyünmə, titrəmə, əzələ gərginliyi bu əlamətlərdəndir.
Bir faktı da nəzər almaq lazımdır ki, dərsin çoxluğu ilə əlaqədar normal qidalanmama, yuxu rejiminin pozulması da orqanizmdəki fizioloji proseslərin pozulmasına səbəb olur.
Orqanizmin 15-17 yaş arasınadakı cinsi yetişkənlik səviyyəsinin ən yüksək həddə çatması və gərginləşməsi də məhz bu vaxta təsadüf edir. Maraq dairəsi genişlənən, əyləncə həvəsində olan abituriyent bu dövrü kitab -dəftərdən asılı olaraq keçirməyə məcbur olur. İstirahətin düzgün qurulmaması psixoloji gərginliklərə səbəb olur.
imtahan stresiYaxınların, tanışların mütəmadi abituriyentlə maraqlanması, onun bilik səviyyəsini yoxlamağa çalışması, valideynlərin “oxu, oxu “sözlərini daim təkrar etməsi, onsuz da gərgin olan şagirdi daha da gərginləşdirir.
Müəllim və valideynlərin imtahanın uğursuz olacağı halda, sanki dünyanın sonunun gələcəyini israrla anlatması, imtahanı şagirdin gözündə daha da qorxulu hala gətirir.
Gərginliyi azaltmaq üçün abituriyenti çox sıxmamaq lazımdır. Hər gün eyni sözləri təkrar edərək, “Sənin yolunda nə qədər pul tökmüşəm, “Qəbul olmasan qohumlar, tanışlar yanında biabır olacağıq”, “Filankəsin uşağı bütün gün oxuyur”kimi cümlələrdənsə, ona güvəndiyinizi hiss etdirin. “Sən bacarıqlısan, bunu da bacararsan” mesajı verməklə onun əhvalına yaxşı təsir etmiş olarsınız.

Hər nə qədər boş vaxtı olmasa da, istirahətə vaxt ayırın, fərqli mövzularda söhbət edin. İmtahana bütün qohum-əqrəbanın getməsinə ehtiyac yoxdur. Çox zaman bunu xüsusi diqqət kimi qəbul etsəniz də, bu məsuliyyəti daha da artırır.

İxtisas seçimində də, öz istəyinizi deyil, şagirdin istəyini nəzərə alın. “Elə peşə seç ki, pul qazana biləsən”deyib, arzuları pula bağlamayın. Məsləhət verin, real həyatdan misallar gətirin, amma faydalı ola biləcəyi sahəni seçməkdə yardımçı olun.
Universitet tələbəsi olmaq  həyatınızı dəyişə bilər, qarşınızda gözəl imkanlar aça bilər, lakin bu hələ hər şey deyil. Xoşbəxtlik təhsildən asılı deyil.


Bütün abituriyentlərə uğurlar arzulayıram, arzularınız gerçək olsun!

Müəllif:   Psixoloq R_M

Beyenmeler
15   0  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 18 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın