İNANMAQ VƏ ŞÜBHƏ ETMƏK.

Düşünürəm ki, inanmaq bilgi işi deyil, amma inam bilmək üçün ilkin addımdır. İlkin addımla sonrakı addımların gəlməsi təcrübəni, təcrübə isə əminliyi artırır. Və ümumi prosesdə əldə olunana bilgi deyirik.
Məsələn, mən ayın sonunda məvacib alacağıma inanıram. Buna görə 30 gün sərasər işə gəlib gedir, əmək sərf edir və zaman itirirəm. Hər günün inamı məni növbətiyə, hər növbəti gün isə ayın sonuna götürür. Mən məvacibimi alır və növbəti aya inamımı bir daha təcrübə edirəm. Bu vərdişə çevrilir və artıq mən buna bilgi kimi yanaşıram.

Amma elə ola bilər ki, mən ayın sonuna yetişməyə də bilərəm.
Amma elə ola bilər ki, ayın sonunda məvacib ala bilməyərəm.

Bütün bu ehtimallar və şübhələr mənim inamımı ötmədikcə və örtmədikcə mən hərəkət edir, təcrübə qazanır və bu təcrübəni bilgiyə çevirirəm. Amma bu ehtimal və şübhələr mənim inamımı ötə və örtə də bilər. Ehtimal və şübhələrim predmetinə görə eyni olsa da obyektinə görə dəyişir və fərqli təzahür edir. İki variant düşünürəm:

1. Şübhəm, ümumən ayın sonuna çıxa bilməməyimədir, həyatadır. Bu dayanıqlı və dəyişməzdir sanki, statikdir.
2. Şübhəm, işlədiyim yerdə ayın sonuna (təhlükəli yolu, iş şəraiti və kollektivi var) çıxa bilməməyimə, məvacib ala bilməmyimədir. Bu dəyişəndir və sadəcə daha güvənli obyekt axtarmağa sövq edir.

Etdiklərmiz və nəticələri
Etdiklərmiz və nəticələri

Ehtimal və şübhələrimin obyektiv olaraq fərqli olması müvafiq olaraq fərqli sonuclar da verə bilər. Əgər bu ehtimal və şübhələr mənim inamımı statik (həyat üzərinə, dayanıqlı və dəyişməz) olaraq ötsə və örtsə, yəqin ki, işdən çıxaram, işə davam etmərəm və işsiz, dolayısı ilə təminatsız qalaram. Amma əgər ehtimal və şübhəm dinamik (bir əsasa uyğun olsa, sadəcə bir obyekt üzərinə olsa) olsa, o zaman mən sadəcə daha güvənli bir yer axtaracam. Və bunu tapacağıma da inanacam. İnanaraq axtaracam, ayın sonuna yetişə biıəcəyim və ayın sonunda məvacibimə yetişə biləcəyim bir yer tapacam. Sonra yenə orda da davam edəcəm, əsaslı və konkret ehtimal və şübhə yaranmadıqca başdakı inamım təkrarlanacaq:

“Mən ayın sonunda məvacib alacağıma inanıram. Buna görə 30 gün sərasər işə gəlib gedir, əmək sərf edir və zaman itirirəm. Hər günün inamı məni növbətiyə, hər növbəti gün isə ayın sonuna götürür. Və mən məvacibimi alır və növbəti aya inamımı bir daha təcürübə dirəm. Bu vərdişə çevrilir və artıq mən buna bilgi kimi yanaşıram.”

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın