ELMLƏ DOLU DÜNYADA ELMSİZ OLMAQ

insanın inşaasıİnsanın ən böyük problemi elmlə əhatələnmiş dünyada elmsiz, informasiyasız qalması, habelə, bunun fərqində belə olmamağıdır. Çünki informasiyanın onun özündə irəliləmə yaratmadığını, hissi ehtiyaclarını qarşılamadığını hiss edən hər şüurlu varlıq bunu dəyişdirmək üçün həsrətlə və səylə, pərdələnmiş gerçək bilginin axtarışına başlayacaqdır. Başlamırsa, demək halından məmnundur, durumunu kafi görməkdədir, bildiklərinin kənarında sonsuz biliklər olduğunu düşünə bilməyəcək qədər  qavrayış sahəsi dardır.

İnsanlıq minlərlə ildir uyudulmaqdadır. Bəzən görə biləcəkləri həqiqətlər açıqlıqla ifadə edilərkən onlar özlərini  bütün bunlardan məhrum buraxmaq inadındadırlar və beləcə həyatlarına davam edərlər. İnsanın ilk yaradılışındakı böyüklüyünü yenidən əldə etməkdə bilgisiz, istəksiz və çətinliklər içində olması, hətta elə şərtləndirilmiş həyata, bir sıra güclərə  aludə olması, Tanrısal məlumatın insanlıq üçün bu günə qədər bildirilmiş informasiyalarla hər şeyin çözüldüyünü, bütün sualların cavab tapdığını, yaşam tərzlərinin qaydasında getdiyini düşünür və buna inanır.

İnsan təmtəraqlı rəhbərlik mərkəzlərində insanlar, bəzəkli geyimlər içindəki nüfuzlar  tərəfindən yönəldilmiş, hər zaman  nəzarət altında tutulmuşdur. Bəzilərinin böyük maraqları üçün, bu dünyanın hər yerində həmin marağa xidmət edən hər təlimdə belədir. İdarə olunan insan, ona təqdim olunanla kifayətlənər, axtarmaq, daha çoxunu istəmək ehtiyacı hiss etməz. Bu da yaradılışın möhtəşəmliyini, ağlasığmaz böyüklüyünü və onu Yaradanın böyüklüyünü görməməzlikdən gəlmək, hətta dolayı yolla şüursuzca inkar etmək deməkdir.

insanlar uyudulmaqdadırAmma, həyat insanın insan modeli olaraq yaradılmadığını, dəyər və funksiya baxımından çox fərqli və böyük olduğunu göstərir. Çağ bunu reallaşdıracaq çağdır, zaman bu zamandır.

İnsanın bu gün iki  DNT  zəncirinə sahib olduğu məlumdur. Elm tərəfindən bu zəncirdəki şifrələr həll edilməyə çalışılır. Elm, əslində  insanın iki yox,  on iki DNT zəncirinə sahib olduğunu deyir.  Başlanğıcı belə möhtəşəm olan insan deyilən varlıq, davam edən zaman içində özünün DNT- nin dağılmasına səbəb olmuş və varlığını iki  DNT-nin şifrələriylə davam etdirməyə məcbur buraxmışdır, buraxılmışdır. Bu əməliyyat əsnasında xüsusi DNT-nin qəlibi insan hüceyrələrində qalmış amma funksiyasını itirmiş və məlumatdan uzaqlaşdırılmışdır. Kainatda var olan hər varlıq bizim kimi maddi qidalarla bəslənməz. Əslində insan da şüur enerjisiylə bəslənməkdədir, amma bədəni onu saf halıyla işləyəcək quruluşda olmadığı üçün maddi bir vasitə istifadə etmək məcburiyyətindədir. Hər canlı özünə görə şüurludur. Halbuki bəzi aktivlərin buna ehtiyacı yoxdur. Saf şüur enerjisi onların qidasıdır. Bu varlıqlar həm işığın həm də qaranlığın varlıqları ola bilər və onlar da təkamül etmək ehtiyacı hiss edirlər.

İnsan irqi, bu dəyişmənin sonunda yalnız həyatda qalacaq və üst məlumatlardan uzaq yaşayacaq dar bir həyatı davam etdirməyə başlamış, bu qıtlıqda özünə verilən məlumatlar nisbətində bir inkişaf içində yaşamağa məcbur buraxılmış yerdə kölələşdirilmişdir. Bu, həmin əməliyyatları edənlər üçün əhəmiyyətli idi, çünki özləriylə eyni məlumatlara sahib olub idarə edildiyini, kölələşdirildiyini fərq edən lakin şüur açıqlığına hələ çatmamış insan ancaq əslindən uzaqlaşdırılaraq nəzarət edilə bilərdi, bu üsul dünyada hələ də etibarlıdır.

1382121632_65Çoxallahlılıq dövrləri insanı kölələşdirərək təbiətdən qoparma, əslində aid olduğu bütünlükdən uzaqlaşdırma və bir fərqli dəyərə tapınmasına yol açma dövrüdür. Göydən gələn tanrılar, işıq toplarıyla, yüksək titrəşmələriylə və möcüzələri ilə insanları təsirləndirdilər. Kimisi insanlığın xeyirinə çalışarkən əksəriyyəti davaçı, qısqanc, mərhəmətsiz, insan qızları ilə əlaqəyə girib gen dəyişmələrinə səbəb olan, duyğudan xəbərsiz, bir-birləriylə belə dolana bilməyən və o günə qədər çox daha yüksək duyğu ilə yaşayan insana, fərdi sahib olma ehtirası səbəbindən onun istəklərini necə əldə edilə biləcəyini aşılayan, ona qazanmaq üçün müharibə etməyi öyrədən, bir-birləriylə də mənfəətləri üçün muharibə etməkdən çəkinməyən insan beyninin yaratdığı qəribə tanrılar.

İlk tanrıların bu gün dünya üzərində təsvirlənmiş heç bir görünüşləri yoxdur. Onlar ilk mədəniyyətləri qurmuş amma o böyük mədəniyyətlər keçmişin ani qaranlıqlarında itmişdir. Misal, Atlantidadakı Mu və Lemurya. Əvvəlki böyük mədəniyyətin bu gün cənub buzlaqları altında olduğunu izah edir. Bəlkə də qütb dəyişməsində buzlaqlar əriyib bəzi qalıqlar aşkara çıxdığında, insanlıq keçmişinin daha köhnə dövrlərinin yaxın şahidi olacaqdı. Bilinən tariximizdəki tanrılar əvvəl yaradılışı zənginləşdirmək, sonra da onun möhtəşəmliyini öz xidmətlərində istifadə üçün gəlmişlər. Əslində, bu gün onların  çoxu heç də tapınılacaq olmayan varlıqlardır. “Amma, insandan çox daha güclü və fərqli xüsusiyyətləri var, elə isə onlar tanrıdırlar!” Bu anlayışı ustaca insanların zehninə işlədilər və manipulyasiyaya başladılar. Halbuki insanı sevgisiylə ən mükəmməl şəkildə yaradan İlk Yaradıcı Tanrı bu gün də  bilinməyən Tanrıdır. Mifologiya, iz buraxmaq istəyən çox tanrılı dövrün insanlığa özünü unutdurmamaq üçün hədiyyəsidir.

Adəm və Həvva“Adəm və Həvva” hekayəsindəki “insanlığın böyük enişi” bəhsilə DNT-nin dağıdılmasına səbəb olan dövrün – insanların bütün yüksək xüsusiyyətlərini itirdiyi zamanın başlanğıcı, cənnətdən qovulmaq simvolu ilə – insanın yüksək tezliklərdə, gərçək məlumatlardan məhrum buraxılması və yenidən ilk yaradılışındakı mükəmməlliyə çata bilməsi üçün maddi dünyada təcrübələrə girişməsini izah edər. Biz Adəm və Həvva simvolunun məhsullarıyıq. Məlumatlar, on üçüncü Adəm və Həvva nəsli olduğumuzu söyləyir. Adəm və Həvva Yaradılış planının dünya üzərindəki qadın və kişi enerji təcrübə fiqurlarının əsl olan yaradıcı, enerjinin iki qütbünün bütünləşdiyində meydana gələcək üçüncü bir yüksək nöqtənin əldə edilməsi üçün ahəng və tarazlıq içindəki aktdır.

Bu zamanda insanlıq bədənsəl və ruhi sistemsəl yardımlarla reallaşacaq on iki zəncirli xüsusi DNT- sinə qovuşmaq üçün hazırlanmadadır,  Zehni, bədənsəl və duyğu ölçüsündə reallaşan bu hazırlıq, enerjiyə qarşı olan zehinlərdə böyük təxribat edərkən onu qarşılamaq və bəzəmək üçün lazım olan addımları atan varlıqlara yalnız sevinc və sevinc gətirəcək. Bunun üçün – insanın qaranlıqdan və sərhədlənmiş həyatdan xilas olması üçün insanlığa çox şey öyrədilməkdədir. Gələcək olan işıqdır, çünki işıq məlumatdır, qaranlıq məlumat yoxluğudur.

Dəyişməlidir insan! – ilk yaradılışındakı özə qovuşmaq üçün!  O bilinməyən Tək Tanrı bunu murad etmişdir və buna görə də insanın yaradıcı (inşaedici ) tanrılara insanın orjinala  dönməsini təmin edilməsi üçün insanların onlara inanmasına icazə vermişdir.

Kiçik hərflə yazılan tanrı, O bilinməyən Tək Tanrı deyil. Ondan işıqlanan yaradıcı varlıqlardır, eynilə insana da başda verilmiş olan işıq kimi…

Mənbə: http://www.dostsite.org
Hazırladı:  Fidan Eyvazzadə

Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

One comment

Bir cavab yazın