İNGİLİS DİLİNDƏ SÖZ ÖYRƏNMƏK İSTƏYƏNLƏRƏ TÖVSİYYƏLƏR

Əvvəlcə qeyd etmək istəyirəm ki, minimum səviyyəİngilis dilində söz öyrənmək istəyənlərə tövsiyyələrdə də olsa, ingilis dilindən anlayışımız  olduğunu ( yəni hərflər, səslər və s. bu kimi ən sadə dil biliklərinə malik olduğumuzu) nəzərə alaraq bu tövsiyyələri paylaşıram.

Xarici dil öyrənmək deyəndə, ağıla gələn ilk şey, həmin dildə sözlərdir , təbii ki. Buna görə də işə, söz öyrənməklə başlamaq lazımdır. Hər bir dildə saysız-hesabsız söz var. Bu sözlərin hamısını öyrənməyimizə ehtiyac yoxdur. Ehtiyac olacaq olsa belə, hamsısını birdən öyrənməyimizə ehtiyac yoxdur. Bunu sonralar pillə-pillə edəcəyik. Əvvəlcə ən çox işlənən sözləri öyrənmək lazımdır. Bunun üçün də təbii ki, bizə lüğət lazımdır. Bu kimi lüğətləri, internetdən əldə edib kompüterimizdə də istifadə edə bilərik, kitab formasında satın alıb istifadə edə də bilərik. Bildiyimiz kimi, qeyd etdiyim lüğətlər, azərbaycan dilindən ingilis dilinə və ingilis dilindən azərbaycan dilinə tərcümə formasında olur. Bizə hər ikisi lazım olacaq. Amma ilk öncə azərbaycan dilindən ingilis dilinə olan lüğət lazım olacaq. ( Nəyə görə hər iki lüğət ? Əvvəlcə öz dilimizdə olan sözlərin ingiliscə tərcüməsini öyrənəcəyik. Təbii ki, azərbaycan dilindən ingilis dilinə olan lüğətdən çıxardığımız sözləri, təkrar olaraq ingilis dilindən azərbaycan dilinə olan lüğətdən çıxarmayacağıq. Yəni, məsələn, “alma-apple” deyə bir çıxarış etmişiksə, digər lüğətdən, “apple-alma” deyə bir çıxarış etməyəcəyik. Amma igilis dilində elə sözlər ola bilir ki, həmin sözlərin azərbaycan dilində birbaşa qarşılığı olmaya bilir və ya həmin sözün dilimizdə qarşılığı, azərbaycan dilindən ingilis dilinə olan lüğətdə olmaya bilir, və ya siz ilk lüğətdə o sözün üstündən  keçmiş ola bilərsiniz  və s. bu kimi.. ,  amma bu sözlər ingiliscə danışıqda önəmli bir sözlər ola bilir.  ) Bu lüğətdən sözlər çıxarmalı olacağıq. Sadə, gündəlik həyatda ən çox işlənən sözləri. Yəqin ki, hər kəs bunu özü təxmin edə bilər. Yəni hansı sözləri çıxarmalı olduğumuzu. Yenə də bir neçə misal verim. Tutalım ki, lüğətdə “Z” hərfi ilə başlayan söz ardıcıllığı bu şəkildədir: Zürafə, zümzümə, zümrüd, zülm, zülal,zühur, zurna, zövqlü, zorakılıq, zoopark. Burdan çıxarcağımız sözlər, “zürafə, zurna, zövqlü və zoopark” sözləri olacaq. Yəni söz öyrənməkdə ik addım olaraq bizə, işlənməsinə görə birinci dərəcəli sözləri seçmək lazım olacaq. Söz çıxarmaq işini müxtəlif cür edə bilərik. Belə ki, adi karandaşdan.. qələmdən, sevdiyimiz rəngli : ) qələmdən istifadə edərək həmin sözləri dövrəyə ala və ya altndan xətt çəkə bilərik. Və ya yenə də  sevdiyimiz rəngli : ) markerdən istifadə edərək,  yenə də sözləri dövrəyə ala, altından xətt çəkə və ya sözləri rəngləyə bilərik.  ( Markerin rənginin açıq olmasına diqqət edək ki, rənglədiyimiz zaman sözlər gözəgörünməz olmasın. : ) Markerlə sözləri rəngləməyimiz arzuolunandır, çünki bu bizə daha əyləncəli, oxunaqlı  gələcək. : )   ) Kitabdan bu şəkildə çıxardığımız sözlər elə kitabda da qala bilər, və ya onları başqa bir yerə köçürə də bilərik. Köçürməyimiz arzuolunandır.  Çünki ola bilsin ki, kitabı hər yerə daşıya bilmirik, kitabdakı işarələmədiyiniz sözlər fikrimizi yayındırır və s . bu kimi səbəblər ola bilər. Sözləri başqa yerə köçürməyin faydası ondadır ki, bu zaman biz, “bu sözləri həm də yazmış oluruq, yazmağın da öyrənməkdə rolu var; özümüz üçün sadə.. əİngilis dilində söz öyrənmək istəyənlərə tövsiyyələrn çox işlənən sözlərdən ibarət yeni bir lüğət tərtib etmiş  oluruq; orda bizə lazım olandan başqa sözlər yoxdur deyə, daha rahat oluruq, fikrimiz yayınmır; hər yerə daşıya bilirik.” Bunun üçün xüsusi bir dəftər ala bilərik , sözləri A4 vərəqlərində toplaya bilərik, kiçik bloknotlardan istifadə edə bilərik. ( Aldığımız dəftər.. bloknot və s. bizim  üçün sevimli bir əşya olsa yaxşı olar. : ) Ola bilsin, rəngi xoşumuza gəlsin.. ola bilsin, üstündəki şəkil.. vərəqləri.. dizaynı filan.. hər  hansı bir şey.. bunun da öyrənmədə özünəməxsus bir əhəmiyyəti var. : )  ) Mən daha çox kiçik bir bloknotu tövsiyyə edərdim. Çünki, böyük dəftərlərdə, A4 vərəqlərində gördüyümüz sözlər toplusu gözümüzü qorxuda bilər ki, nə qədər söz var.. hamısını öyrənmək lazımdır.. çoxdur.. həvəs yoxdur və s.. Və bu vazkeçməyimizə, sözləri diqqətli oxumamağımıza səbəb ola bilər. Kiçik bloknotla göz aldatması edə bilərik. : ) Bir səhfəsinə minimum 1, maksimum təxminən 3-4 söz yaza biləcəyik. Öyrənərkən səhfələri çevirdikcə, sözlər sürpriz kimi tək-tək.. az-az qarşımıza çıxacaq. : ) Və bu da bizi yormayacaq, bezdirməyəcək, gözümüzə çox görsənməyəcək, sözləri kəşf etmək üçün motivasiya yaradacaq. Üstəlik bloknotumuzu hər yerə daşıya bilərik. Bəli, həqiqətən də bloknotla öyrənmək daha sadə, rahat, maraqlıdır. Qeyd edim ki, lüğətimiz kitab formatında deyilsə, yəni internetdən əldə edib kompüterimizdə istifadə ediriksə, təbii ki, o halda mütləq sözləri harasa köçürmək, yəni yeni bir lüğət tərtib etmək məcburiyyətindəyik. Sözlərin tələffüzünü köçürməyin. Sadəcə tələffüzü sizə çətin gələn.. yadınızda qalmayın.. qeyri-adi olanları  köçürün. Sözləri köçürdük. Bəs əsas məsələ? İndi bu sözləri necə əzbərləyək? Sözləri, onları təkrar-təkrar yüksək səslə tələffüz etməklə, o sözlə bağlı xəyalımızda müxtəlif bənzətmələr etməklə yadaşımıza yazmağa çalışa bilərik. Amma bu, bəzən sıxıcı, yorucu, çətin gələ bilər. Daha sadə və asan bir variant var. Bir sözün yaddaşımıza yazılması üçün qulağımızın həmin sözü kifayət qədər eşitməsi, gözümüzün həmin sözü kifayət qədər görməsi, dilimizin həmin sözü kifayət qədər tələffüz etməsi lazımdır. Ən əsas da, QULAĞIMIZIN HƏMİN SÖZÜ KİFAYƏT QƏDƏR EŞİTMƏSİ. Məktəbə getməyən bir uşaq, dil açanda danışmağa çalışarkən istifadə etdiyi sözləri hardasa görüb oxumayıb, tələffüz edib yadında saxlamağa çalışmayıb. Sadəcə olaraq ətrafındakı insanlardan avtomatik olaraq eşidib və yaddaşına yazılıb. Elə təsəvvür edin ki, sözlər qulağımızın içinə girib ordan beynimizə gedir. ; ) Ona görə də çalşın qulağınıza bol-bol söz salın ki, o da beyinə ötürsün. ; ) Bir sözlə, sözləri öyrənərkən onları yadda saxlamağa çalışmayın. Sadəcə olaraq, əlinizə fürsət  düşdükcə və ya xarici dildə söz öyrənmək üçün ayırdığınız vaxtda bu sözləri şeir kimi yüksək səslə ard-arda oxuyun. Amma tələsmədən, aramla, aydın bir şəkildə oxuyun. Yadda saxlamağa çalışmayın, sadəcə üzündən oxuyun. Əmin olun. Bir müddət sonra bu sözlərin hamısını əzbər biləcəksiniz! : ) Özü də elə biləcəksiniz ki, heç istəsəniz də yadınızdan çıxmayacaq. : )) Sözləri qeyd etdiyim şəkildə üzündən oxuduqca az bir müddət sonra ətrafınızdakı insanlardan xahiş edin, bu sözləri sizdən soruşsunlar. Görəcəksiniz ki, məsələn, sizdən “Alma” sözünü soruşanda, ağzınızdan avtomatik “apple” çıxacaq. Fikirləşmədən.  Çünki lüğətinizdə “alma-apple” deyə bir şeyi gözünüz o qədər görüb, diliniz o qədər tələffüz edib, qulağınız o qədər eşidib ki. Bəli, məsələ tam olaraq budur! Təbriklər! : )

Sözləri köçürərkən, aydın bir şəkildə köçürməyə çalışın ki, sonra xəttinizi oxuya biləsiniz və sözləri düzgün öyrənmiş olasınız. Bu üsulu,  birdən-birə yazdığınız bütün sözlərə tətbiq etməyin. Tutalım ki, tərtib etdiyiniz lüğət 10 səhifə alınıb. Bir müddət, sadəcə 2-3 səhfədəki sözləri oxuyun. Onlar yaddaşınıza yazıldıqca səhifə sayını artırın. Sözləri oxumağa başlamaq üçün lüğətinizin tərtib olub bitməsini gözləməyin. Tərtib etdikcə oxuyun. Bir yandan lüğətiniz üçün sözlər çıxarmağa davam edərkən, bir yandan da sözləri yaddaşınıza yazılması üçün oxumağa davam edin.

İngilis dilində söz öyrənməyin başqa mərhələləri də var. Bu bəhs etdiklərim ilk mərhələdir. İlk mərhələdə hər kəsə uğurlar. : )


Müəllif: Fidan Aslanova 

Beyenmeler
0   13  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 15 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın