İNSAN OLMAQ MƏSULİYYƏTİMİZ

İnsan olaraq doğulmağı seçmədiyimiz doğrudur. Ya da ən azından belə bir seçimi xatırlamırıq. Ancaq buradayıq, nəfəs alırıq və bu yazını oxuyuruq. Milyardlarla canlı arasında özünü hər gün inkişaf etdirə biləcək bir potensial ilə doğulan yeganə canlılarıq. Digər bütün canlılar üçün həyat, standart keçirilən bir həyat formasıdır, sadəcə.

Bir qərənfilin, “keçən yay qırmızı rəngdə açmışdım, bu yay da ağ rəngdə açım” dediyini heç eşitməmişik. Ya da bir leyləkdən, “Afrika çox uzaqdır, bu qış evə qaz çəkdirəcəm, heç bir yerə tərpənməyəcəm” sözlərini eşitməmişik heç. Bir ağacın bəyənmədiyi yerini dəyişdirməyinə, bir timsahın, çox gözəldir, deyib bir ceyranı yemədiyinə, ayın, “Hər gecə hər gecə..bezdim, bu gün qoyacam başımı, yastığa, çıxmayacam” deyə ah çəkdiyinə heç şahid olmadıq. Olmayacağıq da. Amma insanlar aləmində bunları milyonlarla örnəklərlə çoxalda bilərik. İnsan olmağın özəlliyinə varmağın ilk şərti buradan keçməli olsa gərək.

Sonrasında isə,

Bir şüurluluğun
Bir fərqindəliyin
Bir kəşfetmənin
Bir yenilənmənin
Bir heyrət etmənin örtüsünə bürünməlidir, insan.

Yaşadığı hər günün, özünə, özünü daha yaxşı bir hala gətirmək fürsəti təqdim etdiyini bilərək yaşamalıdır. Çox inandığım bir söz var: “Daha yaxşı, yaxşının düşmənidir!” Halbuki, bu söz, təkcə insanın özünü yeniləməsinin , kəşfetməsinin, çoxaltmağının qarşısında keçərsizdir. İnsan hər gün yenilənə bilər, çoxala bilər və kəşf edə bilər.

İnsan olmağın məsuliyyəti
İnsan olmağın məsuliyyətini daşımaqdan qorxmayaq.

YÜKDƏ XƏFİF, DƏYƏRDƏ QİYMƏTLİ BİR ZƏNGİNLİK

Ağıl sahibi olmaq ağılı istifadə etməyi,
Ürək sahibi olmaq ürəyi istifadə etməyi,
İnsan olmaq insanlığı ucaltmağı gərəkli edir.

Dayanmadan özünü bir addım önə çıxaran ağıla “dayan” deməyək. Onu izləməklə biz heç nəyi itirmərik.

Ağlın sorğulayan, maraqlanan qapılarını axıra qədər  açaq.
Atalarımızdan eşitdiklərimizlə kifayətlənməyək.
Həyatımızı bizə ötürülən məlumatlarla formalaşdırmayaq.
Coşğun bir çayın əvvəl-axır çatacağı yer, dənizdir. Ağılın dənizi ürəkdir.

Dünyanın ətrafında döndüyü yaxşılıq, şəfqət, mərhəmət, ədalət duyğularını içimizdə hər an çoxaltsaq, bərabərində fərdi inkişafın da günbəgün artdığına şahid olacağıq. İnkişaf etmək, yaşamaq yanacağı ilə işləyir. Hər təbəssüm, hər gözəllik, hər səy, hər oxuma, hər düşünmə, hər yenilənmə inkişaf etmənin yanacaq təchizatıdır.

Sonsuz kainatın, sonsuz sevginin, sonsuz yaxşılığın və sonsuz var olmağın böyüklüyü ilə dayanmadan özünü inkişaf etdirməyə çalışan insan hər zaman, hər formada, hər kainatda  qazanan insandır.

İnsan olmaq, məsul olmaqdır.

İnkişaf etməyə, daha çox düşünməyə, daha çox sorğulamağa, daha çox yenilənməyə qarşı məsuliyyət daşıyaraq böyüyər insan. Ağılın arxasınca gedərək haradan gəldiyimiz, nə üçün yaşadığımız, hara getdiyimiz suallarına verməyə çalışacağımız hər cavab, bizi daha çox “insan”laşdıracaqdır. İnsan olmağın məsuliyyətini daşımaqdan qorxmayaq. Çünki yükdə xəfif, dəyərdə nadir qiymətdə olan  bir zənginlikdir bu.

Neçə neçə gözəl inkişaflara, dostlar.

Müəllif: Adem Özbay
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

Bir cavab yazın