İNSANLARI OLDUĞU KİMİ QƏBUL ETMƏK

İnsanlar həyatın içərisində bəzən ətrafındakı insİnsanalrı olduğu kimi qəbul etməkanları dəyişdirməyə çalışarlar. Əslində, müəyyən bir yaşa çatmış bir insanı dəyişdirmək hər nə qədər qeyri-mümkünə yaxın olsa da,  insan yenə də bəlkə də əlində olmadan ətrafındakı insanları dəyişdirməyə və onları öz beyinlərindəki qəliblərə salmağa çalışar. Çox vaxt da bu dəyişdirmə səyi güc mübarizəsi formasına və şəxsiyyət qarşıdurmasına çevrilər. Bu qarşıdurmadan bir nəticə çıxmağı və ya uzlaşılması da adətən elə də mümkün deyildir.

İnsanları dəyişdirmə səyi bir çox sahədə ola bilər. İnsanlar birlikdə olduqları sosial mühitlərdə sevgililərinin, həyat yoldaşlarının, ata-analarının, uşaqlarının, iş yoldaşlarının, dostlarının, bacı-qardaşlarının fərqli yönlərini dəyişdirməyə çalışa bilər. Dəyişdirmə səyində dəyişdirilməyə çalışan şeylər də çox fərqli şeylər ola bilər; fiziki anlamda da ola bilər, həyat tərzi, şəxsiyyət quruluşu və ya davranış anlamında da ola bilər.

Xüsusilə evli cütlüklər və sevgililər arasındakı ən çox qarşılaşılan qarşıdurma və problemlərdə iki tərəfin bir-birini olduğu kimi qəbul etməkdən çox, qarşı tərəfi öz istədiyi yöndə dəyişdirməyə çalışmağı, hətta zaman- zaman dəyişməyə məcbur etməyi yatar. Öz istədiyi yöndə dəyişdirməyə çalışılan xüsusiyyət, əgər insanın zaman içərisində və uşaqlıqdan bəri bir davranış halına gəlmişsə; bu davranış formasını dəyişdirmək, hardasa o insanın şəxsiyyətini, həyat tərzini, həyata baxışını dəyişdirməyə bərabərdir və ümumi anlamda da heç kimin kimdənsə belə bir şey istəməyə və ya belə bir şey gözləməyə haqqı da yoxdur. Onsuz da belə bir şeyi etmək də çox çətin olmaqdan əlavə, hardasa qeyri-mümkündür.

Bir insanın həyat tərzini, vərdişlərini və sahib olduğu xarakterik xüsusiyyətləri nə həyat yoldaşı, nə sevgilisi, nə uşağı, nə də ata-anası üçün dəyişdirə bilməyi mümkün deyildir. Burada önəmli olan hər kəsin o insanı mövcud olan xüsusiyyətləri, şəxsiyyəti, davranış formaları olaraq nə qədər qəbul edib, tolerant yanaşıb yanaşa bilməməsidir. Əgər bir insanın sizin qəbul edə bilmədiyiniz, tolerant ola bilmədiyiniz xüsusiyyətləri və vərdişləri varsa, o zaman o xüsusiyyəti dəyişməkdən çox o insan ilə olan münasİnsanları olduğu kimi qəbul etməkibətinizi gözdən keçirib, o münasibəti o insanın mövcud olan xüsusiyyətləri ilə birlikdə, mövcud formada davam edib edə bilməyəcəyinizə qərar verməyiniz lazımdır. Birlikdə olduğunuz insan sizin həssas olduğunuz bəzi mövzularda daha diqqətli ola b
ilər, sayğılı davrana bilər, bunu istəyə bilərsiniz və gözləyə bilərsiniz, amma sizin üçün sizdən öncəki davranış formasından, vərdişlərindən və xarakteristik xüsusiyyətlərindən vaz keçməsini istəmək və gözləmək heç məntiqli bir yanaşma deyildir.

Bir insanla birlikdə olmağa başlayarkən əgər o insan siqaret çəkirsə, sizinlə birlikdə olmağa başladıqdan sonra siqaret çəkmək vərdişindən vazkeçməsini gözləməyə əsla haqqınız ola bilməz. Burada siqaret çəkən biri ancaq birlikdə olduğu insanın bu mövzudakı həssaslığına sayğı göstərib siqaret çəkərkən daha diqqətli davrana bilər və bəlkə zaman-zaman başqa mühitlərdə siqaret çəkərək birlikdə olduğu insanın bu anlamdakı na
rahatlığını azaltmağa çalışa bilər. Burada əgər bir insan durub, “mən siqaret mövzusunda çox həssasam və siqaret çəkən biri ilə birlikdə ola bilmərəm” -deyirsə, buna da heç kim bir şey deyə bilməz, insanların bəzi mövzularda çox ciddi həssaslıqları ola bilər. Hər kəs də bu həssaslığı sayğı ilə qarşılamalıdır. O zaman əgər bu mövzuda bir insan bu qədər həssas isə birlikdə olacağı insanı seçərkən bu mövzunu nəzərə almalıdır. Siqaret çəkdiyini bilə- bilə biri ilə birlikdə olub, hətta evlənib, sonra da ona siqaret mövzusunda basqı etməyə və davamlı olaraq bunu bir gərginlik halına gətirməyə və bu şəkildə qarşı tərəfin psixologiyasını pozmağa heç kimin heç bir şəkildə haqqı ola bilməz. Yenə eyni şəkildə birlikdə olduğunuz və ya evləndiyiniz insan əgər sizi narahat edəcək, sizin gözünüzüə batacaq dərəcədə artıq çəkilidirisə, evləndikdən sonra o insana çəki atması mövzusunda psixoloji basqı edilə bilməz. Siqaret vərdişi, yemək vərdişi kimi şeylər insanlar üçün asanlıqla dəyişdirlə bilən, vaz keçilə bilən vərdişlər deyil. Yenə eyni şəkildə alkoqol istifadə etmə vərdişi olmayan birindən alkoqol istifadə etməyini gözləmək və ya bir kişinin evləndikdən sonra birlikdə olduğu qadını öz yönündə hicab örtməyə məcbur etİnsanları olduğu kimiq əbul etməkməyə haqqı yoxdur. Hər kəs qarşısındakı insanın hər mövzudakı baxış bucağına sayğı duymalı, onu olduğu şəkildə qəbul etməlidir, onu əsla öz istədiyi və ya düşündüyü kimi düşünməyə və davranmağa məcbur etməyə haqqı yoxdur.

Lakin bu, heç bir şəkildə cütlüklər birlikdə olarkən öz xarakterləri, vərdişləri, həyat tərzləri barəsində güzəştə gedə bilməz, heç bir şəkildə dəyişə bilməz anlamına gəlmir. İnsanlar bu mözvuda da uyumlu olmalıdırlar. Lakin birlikdə olduğu insanın xoşbəxtliyi üçün əlindən gələn şeyləri edə bilməlidir. Bunu edərkən də etdiyi şey özünü əsla heç bir şəkildə bədbəxt edəcək, öz üzərində stress yaradacaq və psixologiyasını pozacaq, öz xarakteri  ilə əsla uyğun gəlməyəcək, özünü pis hissetdirən bir şey olmamalıdır. Birlikdə olduğunuz kişi saç mövzusunda həssas ola bilər və uzun saç sevə bilər, əgər bunu etmək bir qadını sıxıntıya salmayacaqsa sevdiyi, birlikdə olduğu insan üçün saçlarını uzada bilər. Bu son dərəcə xoş bir şeydir. Oxşar şeyləri bir kişi də yeri gələndə edə bilməlidir.

İnsanlar başqalarını olduğu kimi qəbullanmaqla yanaşı, özlərini də olduqları kimi qəbullanmalıdırlar.
Hər kəs öz şəxsiyyət quruluşu və həyat tərzi yönündə bəzi şeyləri edər və ya etməz. Həyatda vermiş olduğumuz qərarlar da adətən, öz şəxsiyyət quruluşumuza uyğun şəkildə verilər. Bunu göz ardı edib insanın özünə haqsızlıq etməyi də doğru deyildir. Müəyyən bir olayda əslində edilməli olan doğru şeyi bilməyinizə rəğmən öz xarakteriniz buna uyğun olmadığı üçün əks yöndə bir şeylər edə bilərsiniz. Belə durumlarda insanın özünü sərt şəkildə tənqid etməyi də doğru deyildir, çünki o insanın şəxsiyyət quruluşu o durum üçün elə davranmağı gərəkli etmişdir və ona görə də o cür davranmışdır. Bu da insanın özünü olduğu kimi qəbullanması gərəkdiyinin başqa bir ölçüsüdür və əsla göz ardı edilə bilməz.

Hər şeydən önəmlisi insanlar dinc və uyumlu bir birlikdəlik üçün əmək verməli, çalışmalıdır. Əmək vermədən və fədakarlıq etmədən insanlar xoşbəxt bir birlikdəlik yarada bilməz və davam etdirə bilməz. Dəyişməkİnsanları olduğu kimi qəbul etmək mövzusunda da hər kəs uyumlu olmalıdır və mənfi yönlərini lazım gələndə yonta bilməlidir. Müqavimət göstərərək öz bildiyini oxumaq və inadla bunu davam etdirmək də münasibətləri çürütməkdən və insanları bir-birindən uzaqlaşdırıb soyutmaqdan başqa bir işə yaramaz. İnsanların sosial münasibətlərində qarşısındakı insanların həssasiyyətlərinə və xarakterlərinə sayğı duymağı, onları qırmamağa və incitməməyə diqqət etməyi və bu mövzuda lazımi diqqəti göstərməyi gərəklidir. Bir insanı itirmək çox asandır, ən kiçik mənfi bir davranış, bir söz belə o insanın sizinlə bağlı müsbət düşüncələrini silib ata bilər. Bir insanı qazanmaq isə çox -çox çətindir. Uzun zaman, əmək və fədakarlıq istəyər. Güvən yaratmadan bir insanın sevgisini əsla qazanmaq mümkün deyildir. Hər kəs hər cür münasibətində əgər ətrafındakı insanları itirmək istəmirsə bunu bilərək məsuliyyətli bir şəkildə davranmağı bilməlidir. Bunu bilməməyin nəticələrini qəbullanmaq və bədəlini ödəmək daha çox ağır və çətindir.

Mənbə: blog.milliyet.com.tr
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

2 comments

Bir cavab yazın