İNTERNET LAYİHƏLƏRDƏN GƏLİR ƏLDƏ ETMƏK

parakazandiran_site-870x400İnternetdən gəlir əldə etmənin bir çox üsulu var, ən çox bilinən 3 üsul isə aşağıda yazılanlardır:

1. Ssenari və ya sayt sifarişi qəbul edərək

2. “Hostinq” sataraq gəlir əldə etmək

4. “Google Adsense” ilə gəlir əldə etmək

Ssenari və ya sayt sifarişi qəbul edərək:

Əgər, proqramlaşdırma dillərini yetərli səviyyədə bilirsinizsə, müxtəlif ssenarilər yazıb və ya saytlar hazırlayıb satışa çıxararaq gəlir əldə edə bilərsiniz. Yetərli səviyyədə proqramlaşdırma üzrə biliyiniz yoxdursa, ya da özünüzə tam güvəniniz yoxdursa, bu işə heç qarışmamağınız məsləhətdir.

“Hostinq” sataraq gəlir əldə etmək:

“Hostinq” sataraq gəlir əldə etmək, daha çox bilinən üsuldur. Olduqca, məsuliyyətli bir işdir. İstifadəçilərin rahatlığı üçün son dərəcə məsuliyyətli olmaq lazımdır.  Sizin qurduğunuz serverlər istifadəçilər üçün yetərli olmaya bilər, onun üçün də, ehtiyac olduqca serverlərin sayını artırmaq lazımdır. Sonradan bu layihənizi böyüdəcəksinizsə, “data mərkəz” qurmaq sizin üçün vacib olacaq. Əgər, bütün bunları edə biləcəksinizsə, bu işə başlaya bilərsiniz.

“Google Adsense” ilə gəlir əldə etmək:

Sizin reytinqli bir saytınız varsa, və bu saytdan gəlir əldə etmək fikriniz varsa, “google adsense” ilə bunu reallaşdıra bilərsiniz. Dünyada və eləcə də Azərbaycanda, bu kimi layihələr çoxdur, amma daha güvənli və klik başına ən çox gəlir təklif edən isə, “google adsense”-dir. Sayt sahiblərinin böyük qisminin tanıdığı “google adsense”, bir çox insanın gəlir mənbəyidir. Saytınızın xüsusiyyətlərinə görə “adsense”-dən qazanacağınız məbləğ dəyişməkdədir. “Adsense”-dən qazanacağınız məbləğ  100$-a çatdıqda, bank hesabınıza qazancınızı köçürə bilərsiniz.

Müəllif: Abdunnur Rüstəmov

Beyenmeler
0   10  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Bir cavab yazın