İNTİHAR – ALBER KAMYU

FƏLSƏFİ İNTİHAR

İntihar (İng. philosophical suicide). Fransız filosof Alber Kamyu tərəfindən məşhurlaşan dünyanı rədd etmə və fəlsəfə əzmindən imtina etmə üslubudur. Kamyu, həyatı “absurd” bir fəaliyyət olaraq görür. İnsanın çox arzusu varkən, dünya insanın arzu və ideallarına səssiz qalır. İnsan da xəyali sükutuna uğrayaraq absurda yuvarlanır. Absurdluğa qarşı bir müdafiə mexanizması deyə biləcəyimiz fəlsəfi intihara yönəlir. Bu, Tertullian, Paskal, Kyerkeqor kimi fideistlərlə də xatırlanan bir fəaliyyətdir. Fideizm, sorğulamağı və şübhəçiliyi buraxaraq, qurtuluşu dogmalarda axtaran anlayışdır. Fideist şəxs fəlsəfəsində mənfəət tapa bilməyib, din kimi şeylərə yönəlir. Diqqətini belə sahələrə yönləndirərək fəlsəfi intiharını həyata keçirir.

Kamyu, absurd həyatın fərqinə varan insanın axtarış içində olduğunu deyir. Ümidini qoruyaraq axtarışını davam edən insan, bir şey tapa bilmədiyində, din kimi metafizik şeylərə yönəlir. Həyat insana vecsiz yanaşdıqca, insan da onun fövqündəki inanclara qapılır. İçində yaşadığımız dünyadan qurtulma istəyi düşüncələrin ağlın fövqündə olan aləmə məna yükləməsiylə nəticələnir. Fəlsəfi intihar absurdu sazlamaq üçün bir cəhddir. Absurd dünyanı ortadan qaldırıb, yerinə mənalısını qoymaqdır. Kamyu, fəlsəfi cəhətdən intihar etdiyini söylədiyi Kyerkeqor və Husserli günahlandırır. Kyerkeqor ağlı Tanrıya fəda edərkən, Huserl də ağlı ucaltmasına qarşı, onu ideal substansiyalara həbs etmiştir. Fərqli yönlərə sahib bu iki filosofu birləşdirən şey, ikisinin də absurddan qurtulmaq istəməsidir; halbuki Kamyuya görə, əslində olan absurdu yaşamaq və yaşatmaqdır. Absurdu nə təsdiq nə də rədd edən bu filosoflar, Kamyunun gözündə günah etmişlərdir. Çünki ona görə “ortada həyata qarşı bir günah varsa, bu bəlkə də ondan ümidi üzməkdən çox, bir başqa dünyanı ummaq və əlimizdəkinin amansız göstərişindən qaçmaqda yatır. “Yəni, bir qurtuluş varsa əgər, bu dünyada olmaq məcburiyyətindədir və qurtuluşu bu dünyanın xaricində axtarmaq, dünyadan ya da dünyanın gərçəkliyindən qaçmaq deməkdir.

sizif

FİZİKİ İNTİHAR

Kamyuya görə absurd qavrayışını yox etmək, faydasız bir məşğuliyyətlə həlli olmayan şeylərə baş qoşaraq özünü öldürməkdir. İnsan absurdu ortadan qaldırmaq yolunda, heç bir şəkildə həlli olmayan iki ayrı təşəbbüsə baş vurur: şəxs ya dünyanı ya da özünü ortadan qaldırır. Birincisinə “fəlsəfi intihar” deyən və insanın ümidlərini axirət inancına bağlaması olaraq bilinən, Kamyuya görə, absurda məhkum olmuş, pislik, bədbəxtlik və ümidsizliyə kölə olmuş insandır. İkincisi isə özünü saran qəzavü-qədərdən intiqamını almaq istəyəndir. İntiqam almaq istəməyinin səbəbi isə bu insanın kölə olmayıb azad olduğunu sübut etmək istəməsidir. Bunun yolu da, insanın qəzavü-qədərə qarşı başqaldırması ve qəzavü-qədərə təslim olmadığını göstərmək üçün özünü öldürməsidir. Kamyu, intiharın əsla bir həll yolu olmadığını müdafiə edir. İntihar absurdu yox etmək üçün müraciət edilən bir yol olsa belə onu çürütmənin yolu deyildir. İntihar, absurda başqaldırmağı və ya azadlığı göstərmir, tam əksinə absurda boyun əydiyimizi göstərir. İntihar, absurda boyun əyməkdir, absurdun təsdiqidir. İntihar şəxsin əksikliyinin, və absurdla mübarizədə məğlub olmasının tərənnümüdür.

NƏTİCƏ

İntihara çox fərqli şeylər də səbəb ola bilər. Bəzən həyatın ağır yükünü qaldıra bilməyənlər, bəzən də həyatda yetəri qədər yük tapa bilməyənlər intihar edə bilər. Ekzistensialist filosoflar intiharı insanın ən böyük problemi olaraq görmüşlər. Ancaq intihar insanlar üçün nadir hallarda bir problem olmuşdur. Xalq filosoflardan ya da filosoflar xalqdan qopmuş ola bilər. İkisi də bir-birini başa düşməmiş ola bilər. Kənardan baxan bir müşahidəçi, bu vəziyyətdə intihar edəni müşahidə etməməlidir. İntihar səbəbləri və nəticələri bizə bəzi ipucları verə bilər.

Ölüm heç bir elmə və ya metafizik görüşlərə görə son deyildir. İntihar bir ölüm hadisəsidir. Sadəcə, öldürən başqası deyil, özünü öldürməkdir əsas məsələ. İntihar edənin yeni bir başlanğıc etmək arzusunda olduğu da deyilə bilər. Dindar, materialist, aqnostik, nihilist, heç kəs intihar edəni günahlandıra bilməz. Çünki bütün baxışlara görə həyat bir şəkildə davam edəcəkdir. Ölmək özü də bir başlanğıcdan ibarətdir. Buna etiraz etmənin eqoistcə bir davranış olduğunu nəzərə çatdırmaq lazımdır. Çox etiraz edənlər isə sadəcə öz düşüncələrini təsvir etməkdədirlər. Onların arxada qaldığı bu həyat, kəskin tənqidlər almışdır. Sahib olduqları bir şeyin bəyənilməməsi… Onlar isə ya qətiyyətlə rədd olunur, ya da tənqidi qəbul edərək obyektiv bir baxış əldə edir.

Mənbə: dmy.info
Müəllif: Doğuhan Murat Yücel

Hazırladı: Hüseyn Əhədzadə

VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Bir cavab yazın