İRQÇİLİK

Şübhəsiz ki, insanlıq tarixinə ən çox təsir göstərən elm adamlarından biri də Çarlz Darvindir. Nəzəriyyəsini ortaya atdığı ilk gündən bu yana fikirləri müxtəlif istiqamətlərdə tətbiq olunmağa başlandı. Bundan həm müxtəlif elmi proqramlarda, həm də müxtəlif sosial-iqtisadi cərəyanlarda istifadə olundu. XX əsr dünya tarixində önəmli rol oynamış Faşizm, eləcə də Kommunizm onun canlıların təkamülü ilə bağlı fikirlərindən açıq-aşkar təsirlənmişdi. Bu təsiri məşhur psixoanalist Ziqmund Freyd belə açıqlayırdı:
– Tarix boyu insanlıq elmdən gələn zərbələrlə iki dəfə özünə qarşı olan böyük məhəbbətin sarsılmasının acısını çəkmişdir. Birincisi, Yer kürəsinin Kainatın mərkəzində olmadığını, sonsuz böyük sistemin içində kiçik bir nöqtə olduğunu anladıqda, ikincisi isə, bioloji araşdırmalar xüsusi yaradılmışlıq fikrini onun əlindən alıb, soy-kökünü heyvanlar aləminə aparıb çıxardığı zaman baş vermişdi.

Darvinin Təkamül təliminə görə güclülər deyil, ətraf mühitə daha çox uyğunlaşa bilənlər həyatda qalır. İstənilən canlı ətraf mühiti özünün daha yaxşı yaşaya biləcəyi hala salmağa çalışır. İnsan isə bu xüsusiyyətinin daha güclü inkişaf etməsinə görə digər bütün canlılardan fərqlənir. Sırf bu xüsusiyyətinə görə insan sivilizasiyası təbiətin ona verə biləcəyindən daha çoxunu əldə etməyi bacarır. Təbiətin ona qədər mövcud olan qanunlarını dəyişir. Yaşamaq uğrunda mübarizəni fərqli səviyyələrə daşıyır. Mübarizə öz şəklini dəyişir. Qida sənayesinin, səhiyyənin güclü inkişafı təkcə uyğunlaşa bilənlərin deyil, eyni zamanda uyğunlaşa bilməyənlərin də həyatda qalmasına yardım edir. İstər irqçilik, istərsə də sosial darvinizm yanlış düşüncə tərzidir və bunların yaranmasında Darvinin heç bir rolu olmamışdır.

irqçilik

İrqçilik bütünlüklə elmə zidd nəzəriyyə olub, bir irqin digərindən üstünlüyünü göstərir. İrqçilər irqləri ayrı-ayrı növ hesab edərək, onların müxtəlif mənşəli olmasını göstərirlər. Onlara görə avropoid irqi- kromanyonlardan, neqroid- pitekantroplardan, monqoloid isə sinantroplardan başlanğıc götürmüşdür. Lakin bütün irqlərdən olan insanlarda kəllənin, beynin, əllərin, pəncənin eyni quruluşda olması, oxşar qan qrupları, sərbəst çarpazlaşaraq döllü nəsil vermələri onların bir növə- Homo sapiens növünə mənsub olduqlarını göstərir.

İrqçiliyi sosial darvinizm kimi digər bir nəzəriyyə də təbliğ edir. Sosial darvinistlərə görə insan cəmiyyətində də yaşamaq uğrunda mübarizə və təbii seçmənin qanunları təsir göstərir və bioloji cəhətdən daha qiymətli, daha fərasətli insanlar seçilirlər. Nəticədə cəmiyyətdə sosial bərabərsizlik və cəmiyyətin təbəqələşməsi yaranır. Bu təbii seçmənin təsirinə məruz qalmış insanların bioloji cəhətdən bərabərsizliyinin nəticəsidir.

Hazırladı: Murad Xəlilli

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 14 votes)

Murad Xəlilli

Fitret.az yazarı. Həkim.

 
Facebook

Bir cavab yazın