İSRAF VƏ EHTİYAC

Kısır-İsraf-Döngüsüİsraf-ehtiyacın ödənilə biləcək qədərindən artığını yaratmaq və onun üçün xərcləməkdir. Bəli, ehtiyac və ondan artığı yaradıla da bilir. Ehtiyac və onun sərhəddi nədir bəs? Ehtiyacın sərhəddindən də daha önəmli isə onun növüdür:

Təbii və ya fitri ehtiyaclar
Süni və ya seçilmiş ehtiyaclar.

Bu ayırmanı etməkdə məqsədim ehtiyaca xüsusi elmi şərh vermək deyil, sadəcə bu gün gözlərimiz önündə özümüzün də yaşadığımız iqtisadi-sosial durumdur. Əgər sərhəddən danışacağıqsa, onun konkret biçimini vermək adil olmaz, çünki o dinamikdir – dəyişir. Həyatımızda da bunu görürük. Hətta dəyişməsində, dolayısı ilə artmasında bir xeyir də var, fərdi və sosial xeyir. Onda sərhəd nə olmalıdır? Məncə ehtiyacın formalaşmasında izlənəcək bir süjet olmalıdır-Ədalət! Bax bu fonda-yəni ədalət fonunda ehtiyacın növü-yəni onun süni olub-olmaması daha aydın görünə bilər. Burada etalon kimi həm fərdin vicdanı, həm də sosial durum rol oynayır. Hər iki ünsür məsələyə adil yanaşmanın təməl prinsipləridir məncə.
Düşünürəm ki, israfın yaranmasında ən böyük səbəb, süni ehtiyaclara meyl etməmizdir. Ətrafa baxsaq, kapitalist bir dünya düzənində süni ehtiyacın təbii ehtuyacdan qat-qat çox və cəlbedici duruma gəldiyini görərik. Hətta özümüz belə bu durumun izləyici və daşıyıcılarıyıq.

İstehlak cəmiyyətində gerçək istək və ehtiyacların yerini, media vasitəsilə reklam agentliklərinin meydana gətirdiyi süni istək və ehtiyaclar aldı. İnsanoğlu susuzluğunu su ilə deyil, kolalarla aradan qaldırmağa başladı. Beləcə, insanoğlu susamağı unudaraq kola həvəskarı oldu. Bu süni ehtiyac və istəkləri qarşılayan istehlak malları zamanla müəyyən bir həyat stilini, prestiji, lüksü və gücü ifadə edən müəyyən bir işarə dəyəri (brend) qazandı. (c)

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +20 (from 20 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın