İSTEHSAL ETDİKCƏ ÖZÜNƏ YADLAŞAN İNSAN.

944629_756252431066862_678582329_n

Ağılı mərkəzə alaraq din və ənənəni rədd edən modernizm(1),ağlın nüfuzunu da sorğulamağa başlayınca yerinə qoyacağı hər hansı bir qaynaq tapmadı. Bunun yerinə qismən çözümlər təqdim edən və relativizmin(2) xeyir-dua verdiyi postmodern(3) düşüncələr inkişaf etməyə başladı.Əslində bu, Qərb mədəniyyətinin insanlığa təqdim etdiyi tək istiqamətli ontolojik(4) anlayışın epistemolojiyə(5) əks olunması idi. İnsanı yalnız ağla çərçivəsinə salan və ağılla ümumbəşəril doğruların tapılacağını iddia edən bu dünyəvi ontolojik anlayış, özü ilə pozitivlik yaradan bir epistemoloji gətirdi. Lakin ağılın özünün də ictimai quruluşda formalaşdığını irəli sürən postmodern düşüncələrin meydan oxumasına lazımlı cavabları verə bilmədi. Digər tərəfdən postmodern düşüncələr də irrasyonalığın və cüzi, bir-biriylə ardıcıl olmayan həllər çıxarmanın irəlisinə gedə bilmədi. Bu gedişat təbii olaraq Qərb cəmiyyətlərini partlayış edərkən, buna bağlı olaraq dəyərlər böhranına gətirib çıxardı. Artıq yalnız ağılla ümumbəşər doğrulara çata bilməyəcəyini anlayan və beləcə ağlı mütləq nüfuz saymayan, amma eyni zamanda dinlə və ənənə ilə bağlarını kəsmiş olan Qərb cəmiyyətləri tam bir ontolojik güvənlik problemi ilə qarşı-qarşıyadır.
Makro səviyyədəki bu inkişaflar mikro səviyyədə mənlik və şəxsiyyət problemləri olaraq özünü göstərdi. İstər ultra və ya radikal müasirlik, istər postmodernizm deyək, Qərb mədəniyyətinin çatdığı ha-hazırki dönəm fərdləri bir tərəfdən öz şəxsiyyətini bir proyekt olaraq meydana gətirməyə yönəldərkən, digər tərəfdən bu layihəni formalaşdırmaq üçün lazımlı ontolojik və epistemolojik qaydalarını təqdim etmədi. Daha da pisi, insanoğlunun varlıq suallarına cavab verə biləcək və beləcə yaranmasını həm anlamlandıracaq, həm də özünə yadlaşmasına maneə törədəcək ontolojik və epistemolojik qaydalar yerinə fərdi əyləndirici, özünə daha da yadlaşmasına təşviq edici, həzzçi yanaşmaların ortaya çıxmasını təşviq etdi. Beləcə həzzçi yanaşma ruhsuz Qərb mədəniyyətində əslində insanların özünə yadlaşmasını artıran, bir növ tiryək rolunu oynadı. Walter Benjaminin deyişiylə, müasir insan Jungun “yuxular aləmi” ifadəsinin bir oyanıqlıq uyğunlaşdırmasında həyatını davam etdirməyə başladı. Şəhər və fərdi əhatə edən ictimai mühit,fərdlər üçün böyük bir yatan gövdə rolunu oynayarkən, fərdlər də həmişə birlikdə onun yatan beynini meydana gətirməyə qoyuldular. Bu vəziyyət ironiyanı da özü ilə gətirdi. Bir tərəfdən fərdi şüur artıq daha çox özünə cəmlənərkən, digər tərəfdən ictimai şüur fərdi şüuru yuxunun daha da dərinliklərinə itələməyə başladı.

Kapitalist dünya sisteminin keçirdiyi böyük dönüş bu vəziyyəti tam bir ictimai proyektə çevirdi. J. K. Galbraithin ifadə şəkliylə, kapitalist sistem kasıblığın və qeyri-kafi qaynaqların bir nəticəsi olaraq ortaya çıxan ehtiyac və istəkləri qarşılamaq üçün istehsal mərkəzli bir ictimai və siyasi formalaşma dövrünü geridə buraxaraq, istehlak mərkəzli ehtiyac və istəklərin yaradılması və idarə olunmasına əsaslanan bir ictimai təşkilata yönəldi. Belə bir ictimai formalaşma, istehsal vasitələrini əlində olan insanlığın ehtiyac və arzularının təyinatında nüfuzlarını artıraraq, yaradılmış ehtiyac və istəkləri ortaya çıxardı. Heç şübhə yox ki, istehsal mərkəzli bir formadan istehlak mərkəzli bir formaya keçid,ictimai məzmunda əhəmiyyətli təsirlərə gətirib çıxardı. 19-cu əsrdə Friedrich Nietzschenin Qərbin dəyərlər böhranına yönəltdiyi həzzçi fərdi təsiri, 20-ci əsrdə kapitalist sistemin struktur bir çevrilmə keçərməsiylə birlikdə, artıq bir ictimai layihə olaraq istehlak cəmiyyətini fəth edirdi.

İstehlak cəmiyyətində gerçək istək və ehtiyacların yerini, media vasitəsilə reklam agentliklərinin meydana gətirdiyi süni istək və ehtiyaclar aldı. İnsanoğlu susuzluğunu su ilə deyil, kolalarla aradan qaldırmağa başladı. Beləcə insanoğlu susamağı unudaraq kola həvəskarı oldu. Bu süni ehtiyac və istəkləri qarşılayan istehlak malları zamanla müəyyən bir həyat stilini, prestiji, lüksü və gücü ifadə edən müəyyən bir işarə dəyəri (brend) qazandı. Beləcə insanlar istehlak mallarını istək və ehtiyaclarını qarşılamaq üçün deyil,süni olsa belə, bu malların özlərinə təmin etdiyi işarə dəyəri üçün satın almağa başladılar. Belə bir sistemdə işarə dəyəri daha yüksək olan istehlak mallarını əldə edən fərd orda daha yüksək mövqeyi əldə edirdi. Roleks marka saatın işarə dəyərini əldə etmək üçün fərd, artıq ya istifadə dəyərindən bəlkə də yüzlərlə qat çox bir sərvəti nəzərdən çıxarır ya da Phone Booth (Telefon Kabin) filmindəki baş rol oyunçusu Collin Farrellin canlandırdığı xarakterin etdiyi kimi saxtasını satın alaraq şəxsiyyətinin bir parçası halına gətirirdi Baudrillardın deyişiylə, sözlər necə dil sistemindəki mövqeyinə görə məna qazanırsa, işarə dəyərləri də prestij və status sistemindəki mövqeyinə görə məna qazanırdı.

Varlıqlarıyla fərdlərin prestij, şəxsiyyət və duruş qazana biləcəyini ictimai bir həqiqət kimi fərdlərə sırınan istehlak mallarının bu dözülməz işarə dəyərləri, əslində şəxsiyyətini necə meydana gətirəcəyi haqqında hər hansı bir ip ucuna möhtac, ontolojik və epistemolojik bazadan məhrum olan Qərb insanına tapılmaz bir fürsət verdi. Beləcə Qərb insanı dəyərlər sisteminə söykənən bir şəxsiyyət və duruş yerinə,işarə dəyərlərinə görə satın alınan istehlak malları şəxsiyyətini və duruşunu meydana gətirməyə yönəldi. Buna bir də Campbellin ifadə etdiyi, həzzçiliyin başdan çıxardıcı illüzyialar əlavə olununca, Qərb insanı bir sonra alacağı istehlak malını mütləq xoşbəxtliyini və şəxsiyyətini əldə edəcəyini zənn etdi. Lakin hər yeni alınan istehlak malı bu xoşbəxtliyi bir sonrakına həvalə edərək insanın arxasından süründürüldüyü sonsuz bir dövrü meydana gətirdi. Bu sonsuz dövr anlıq həzzlər meydana gətirərək insan övladını əyləndirsə də, uzun vədədə insanlığın varlıq suallarına cavablar verə bilmədiyi üçün Qərb mədəniyyətinin bu anda içində olduğu dəyərlər böhranını daha da dərinləşdirir.

İşin faciəvi-komik tərəfi Qərb mədəniyyətinin bu içi boşaldılmış istehlak qəliblərini, bir üst mədəniyyətin istehlak qəlibləri iddiasıyla, dəyərlər böhranı ilə birlikdə digər mədəniyyətlərə ixrac etməsi və bu qəlibləri universallaşdırmağa çalışmasıdır. Bu səthi istehlak qəlibləri ilə insanlığın varlıq suallarına cavablar verilə bilməyəcəyi, daha da pisi,bu istehlak qəliblərinin suallara verilən cavabların önünü tıxadığı artıq gün kimi aşkardır.
İnsanoğlunun şəxsiyyətini və şəxsiyyətini meydana gətirməsinə imkan təmin edəcək, güc mexanizmlərinin çata bilmədiyi bir qaynaqdan gələn ontolojik və epistemolojik bazaların istiqamət verdiyi bir dəyərlər sisteminə hər zamankından daha çox ehtiyac duyulduğu bir dövrə şahidlik edirik.

Müəllif: Dr. İsmail DEMİREZEN

(1)Modernizm– Müasirlik.  XIX əsrin sonunda və XX əsrin başlanğıcında sənət və ədəbiyyatda realizmə zidd mürtəce cərəyan. modernizm köhnə ədəbiyyatın və incəsənətin bütünlükdə inkarından ibarətdir

(2)PostmodernizmXX əsrin ikinci yarısında fəlsəfədə,incəsənətdə və ədəbiyyatda inkarı inkar nəticəsində yaranmış cərəyan.Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii formalar yaratdığı kimi postmodernizm (almanca “moderndən sonra gələn”) də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, postmodernizm – keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir.

(3)Relativizm– Gguya bütün biliklərin nisbi olduğuna görə, varlığın obyektiv surətdə dərk oluna bilməsini inkar edən idealist fəlsəfi nəzəriyyə.

(4)OntologiyaYaxud Ontoloji prizma sosioloqun cəmiyyətə hansı prizmadan baxdığını bildirir. Varlıq haqqında, özünün xüsusi növlərindən asılı olmayan varlıq haqqında təlimdir. Obyektivism cərəyanının nümayəndələrinə əsasən insanlar və onların təşkil etdiyi cəmiyyət təbiətin qanunları tərəfindən idarə olunur, və öz hərəkətləri üzərində az dərəcədə hökmranlıqları var..

(5)Epistomologiya– fəlsəfənin məlumatın təbiəti, əhatəsi və qaynağı ilə maraqlanan bölməsidir. Məlumat fəlsəfəsi olaraq da adlandırılmaqdadır.

VN:F [1.9.16_1159]
Rating: +7 (from 17 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın