KƏLƏKBAZ

kələkbazKələkbaz Dostoyevski, pulgir Balzak, kölə Çexov və ya dolanmaq üçün yazmağa başlayan ədəbi nəhənglər… Pul əl çirkidir. Zaman-zaman bu deyimin öz qüvvəsini itirdiyini görürük. «İnsan həyatında pul mühüm rol oynayır» deyənlər də az deyil. Biz bəzən növbəti addımımızı da pula və ya pulsuzluğa əsasən təyin edirik. Pulun gətirdiyi xoşbəxtlik və ya pulla gələn bədbəxtlik. Bütün bunlar maddiyyatın ön planda olduğunun göstəricisidir. Amma yaradıcı insanların pula münasibəti həmişə birmənalı olmayıb. Bu tipli insanların maddiyyatla əlaqəsi olmayan mənəvi dünyaları olur. Bizim dahi dediyimiz, əsərləri milyonlarla ölçülən insanların yaşadıqları dövrdə yoxsulluqdan əziyyət çəkdiklərini görürük. Ədəbiyyatsevərlər də həmişə öz yazıçısını, şairini kasıb və pulsuzluqdan əziyyət çəkən görmək istəyiblər. Amma onlar da hər nə qədər pulu sevməsələr də, nə qədər əhəmiyyət verməsələr də, vaxtaşırı maddiyyatla hesablaşmalı olurlar.

Bəs, dünya ədəbiyyatının klassiklərinin pula münasibətləri necə idi, maddiyyat onların yaradıcılığına necə təsir göstərirdi?
Bu suala cavab tapmağa çalışaq. Gənc xəsis, yoxsa qoca əliaçıq? Lev Tolstoyun gəncliyində xəsis olduğu deyilir. Belə ki, yaxın dostu ona pulqabı, gümüş qantarğı, yüz rubl dəyərində bir qılınc verir və beş rubl qumar borcunu ödəyir. Əvəzində isə yazıçı ona bir tapança, 6 güllə və bir qramafon verir. Ancaq illər Tolstoydan bir çox şey kimi, xəsisliyini də aparır. öz xidməti üçünQocalığında onun xüsusi olaraq dilənçilər üçün saxladığı pul kisəsi var idi. Belə ki, evinin qarşısında toplaşan dilənçilərdən keçib gedə bilmək üçün həmin kisədən pulları havaya atardı. Amma onun bu xeyirxahlığı gəncliyində qazandığı xəsis adını unutdurmamışdı. Ananı, atanı doyuzdurmaq lazımdır… Soykök etibarilə təhkimli kəndli olan Çexov həyatını kasıb biri olaraq keçirib. Onun ulu babası ailəsini təhkimçilikdən çıxarmaq üçün yeddi yüz rubl vermiş, pulu çatmadığına görə qızını bəyə hədiyyə etmişdir. Anton Pavloviç Çexov isə gecə-gündüz işləyərək ailəsinə baxırdı. Buna görə də o, tez-tez satıla biləcək əsərlər yazırdı. Müflisləşmiş tüccar olan atası həmişə deyərdi: “Ananı, atanı yedizdirmək lazımdır”». İllər sonra Çexova həddən artıq əsər yazmısan deyə təndiq edənlərə onun cavabı belə olurdu: «Axı atanı, ananı doyuzdurmaq lazımdır». «Yemək küçəsi» İngiltərədə eynən Çexovun taleyini yaşayan bir qrup yazıçı vardı. Onlar «Yemək küçəsi» adlanan yerdə yığışar və acından ölməmək üçün hər şey yazardılar. Qəzetə məqalə, şikayət ərizələri, izahatlar və s. Bu küçənin ən görkəmli nümayəndəsi olan Samuel Conson həmişə deyərdi: «Axmaqlardan başqa hamı pul üçün yazır». «Mənə varlı bir dul tap» Yoxsulluqdan bezmiş Onore de Balzak bacısına yazdığı məktublarda belə deyirdi: «Mənə varlı dul qadın tapın. Mən daha pul üçün yox, zövq üçün yazmaq istəyirəm». Bu fikir yazıçının beyninə o qədər batmışdı ki, hətta sonralar ona qadın heyranları tərəfindən gələn məktublara baxarkən, birinci zərfi bahalı olanları oxuyarmış. Və bunun sayəsində ömrünün son illərində xanım Hanskla evlənir. Madam Hanksla evlənib onun öz xidməti üçünsərvətinə sahib ola bilmək üçün onlar illərlə xəstə olan Müsyo Hanksın ölməyini gözləyirlər. Amma Müsyo Hanksın ölməyi xeyli gecikir, üstəlik o öldükdən bir neçə ay sonra pulun səltənətini yaşamamış Balzak ölür. Bundan başqa, Balzak dərzisinə olan borclarını ödəyə bilmədiyi üçün əsərlərində onu tərifləyirmiş. Məşhurlaşmamışdan qabaq isə başqa-başqa ləqəblərlə çoxlu sayda ədəbi dəyəri olmayan romanlar yazmışdır. Balzak o qədər yoxsulluq içində yaşamışdı ki, hətta Ukraynada nişanlısı ilə meşədə gəzərkən romantik xəyallar yerinə ticarət planları qururdu: “Fransada dəmir yolu çəkilişi üçün tonlarla ağaca ehtiyac var. Amma orada bu qədər ağac tapılmaz. Bu meşədə isə yetərincə vardır». Oskar Vayld varlı qadınla evlənmək istəyi Balzak kimi Oskar Vayld da varlı qadınla evlənmək istəyirdi. Kasıbçılığının pik nöqtəsində varlı qızı olan Şarlottaya evlənmək təklif edir. Rədd cavabı aldıqdan sonra isə təəssüflə qeyd edir: «Şarlotta, qərarına təəsüf edirəm, sənin pulun və mənim ideyalarımla çox yol qət edə bilərdik». Kələkbaz, yoxsa xeyirxah Dostoyevski? Balzakdan fərqli olaraq, Dostoyevski bu tip düşüncələrdən uzaq idi. Belə ki, onun ikinci evliliyi kasıb bir qadınla olmuşdu. Yoxsulluq içində böyümüş Anna Dostoyevskaya pullarını qənaətlə xərcləyirdi. Dostoyevski isə bədxərc idi. O, qumar oynayır, bütün kasıb qohumlarını himayə edir və dilənçilərə bacardığı qədər pul verirdi. Ürəyinin yumşaqlığındanmı, yoxsa pula marağı olmamağındanmı, onu tez-tez aldadırdılar. Bütün bunlara baxmayaraq, yazıçı tarixə kələkbaz kimi düşmüşdü. Bələ ki, borclarını ödəmək üçün Turgenev və Gertsendən borc istəyən zaman Gertsen ona pul verməkdən boyun qaçırır. İllər sonra bunu xatırlayan Dostoyevski «Gertsen nə qədər sosialistdir, bir o qədər də pul hərisidir» deyirdi. Gertsendən fərqli olaraq, Turgenev o vaxtın pulu ilə 50 taler göndərir. Dostoyevski sonralar borcunu ödəsə də, Turgenev iddia edir ki, 50 deyil, 100 taler vermişdir. Buna görə də köhnə məktublar tapılıb məsələyə aydınlıq gətirilənə qədər Dostoyevski hamı tərəfindən kələkbaz kimi tanınmışdır. Varlı Aqata Kristi ər hesabına yaşamaq istəyir… «Qadını əri saxlamalıdır». Bu fikirlər Aqata Kristiyə aiddir. Hətta kitabından gələn gəlirlər həyat yoldaşının gəlirinin iki- üç qatı olanda belə bu fikrindən dönməmişdir. O, həmişə əmək kitabçasına adının qarşısında evdar qadın yazdırırdı. pul və yazarYazıçı xanım kitablarından çoxlu pul qazandığını vergilər müfəttişliyindən gələn çeki görəndə başa düşmüşdü. Daha sonralar o, yazacağı kitabları vergiləri düşünərək yazırdı. Belə ki, il ərzində iki kitab yazacağı tədqirdə daha çox pul ödəməli olduğunu bildiyi üçün bir kitab yazırdı. Axmaq Daniel Defo! Batmış gəmilərdən qızıl axtaran şirkətin hissələrini alan Daniel Defo bir müddət sonra müflisləşir. Əli hər yerdən üzülən tacir başqa çıxış yolu görmədiyindən, roman yazmağa başlayır. «Bir tacirin əyləncəli hekayəsini yaza bilərdim. Oradakı axmaq da elə özüm olardım”» deyə Defo bildirirmiş. Görəsən, müflisləşməsəydi, Daniel Defo kimi istedadı dünya tanıyardımı? İstiqrazlı yazıçılar Frans Kafka kimya fabrikinin sahibi idi. Daha sonralar o, 15 il qarantiya və 5,5 dəfə gəlirli hərbi istiqrazlar alır. Pulunu qızıl mədəninə xərcləyən Mark Tven mədəndən qızıl çıxmadığı üçün müflisləşir və bundan sonra həyatını təmin etmək üçün ədəbiyyatla məşğul olmağa başlayır. Ancaq Emili və Anna Bronte istiqrazlardan çoxlu gəlir əldə edə bilmişdilər.

“Xural” qezeti, oktyabr
Hazırladı : Asifə Əfəndi

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

Bir cavab yazın