KANT VƏ TANRI TƏSƏVVÜRÜ

fəlsəfə-din-kant-məhəmməd“İnsanlar işığı görmürlər, işıqla görürülər.” İmmanuel Kant

Əslində, fəlsəfə adlı bir okeanın incilərinə diqqətlə baxdıqda yaradan təsəvvürü çox daha şəffaflaşır. Nə peyğəmbərlərə filosof, nə də filosoflara peyğəmbər deyəcəm. Çünki bu qavramların hamısı blokadaya alınıb, xüsusiləşib və kateqoriyalaşıb. Mənə önəmli olan bu müdriklik aləmlərindən götürə biləcəyim paydır. Kantın yuxarıda yazdığım o gözəl sözünə yenə də ondan maraqlı bir sitat gətirəcəm:

“Gerçəklər (numenlər) bilinməz, görünənlər (fenomenlər) isə qanunlarla idarə olunur və bilinə bilər.” İmmanuel Kant

Bu iki fikirlə mən öz Tanrı təsəvvürümü belə təsvir edə bilərəm. Quran özü də Allahın nurunu taxçadakı qəndilə bənzədir. Hətta Musanın Onu görmək istəməsi, Onu görə bilməməsi, amma Onun nurundan dağın parçalanmasını görməsi, bu baxışın başqa bir dini metoforasıdır. Buradan yola çıxaraq din təsəvvürünü də bir neçə cümlə ilə xülasə ifadə etmək istərdim. Yenə Kant deyir:

“Davamlılıq, lazımlılıq, bilgi kimi anlayışlar bizə birləşmiş bir dünya bilgisini verir. Əxlaqi hərəkətlər “vəzifə duyğusu ” ilə formalaşır.” İmmanuel Kant

İnsanlar işığı görmürlər, işıqla görürülər.
İnsanlar işığı görmürlər, işıqla görürülər.

Davamlılıq– “İşlərin ən gözəli, davamlı olanıdır.” Məhəmməd peyğəmbər.
Lazımlılıq– Lazımlılıq dünya tarazlığı olaraq Quran süjetinin vacib ünsürüdür.
Əxlaq – Din, özlüyündə əxalqi normativlərin xatırlanması və  aşılanması sistemidir.
Bilgi– “Elm Çində də olsa arxasınca gedin.” Məhəmməd peyğəmbər.
Vəzifə duyğusu- Bu hissənin üzərində bir az xüsusi dayanardım. Vəzifə duyğusu- məsuliyyət fərqindəliyidir, məncə. İnsan özündən və ətrafdan, ətrafla ünsiyyətindən məsuldur və bəlli- lazımi bir vəzifəsi formalaşır, bununla. O üzdən bu vəzifə sistematik deyil, duyğu ilə birgə verilib Kant tərəfindən. Quran süjetində bu anlayışı TƏQVA ilə eyniləşdirə bilərəm, mahiyyət etibarı ilə. Əxlaqı cəmiyyət halına, ictimai şüura çevirən dindir. Din isə təqva ilə ayaqda durmaqdadır. İndi baxaq Kant bunu necə ifadə edir:

“Əxlaqi hərəkətlər “vəzifə duyğusu ” (təqva) ilə formalaşır.”

O zaman din təsəvvürünün ana sütünu olan təqva anlayışı ilə Kantın ifadəsini daha dolğun və praktik anlamaq mümükünləşir, mənimçün. Bir sözlə, yan-yana düzə biləcəyim Kantın bu 3 baxışı ilə indiyədək qavradığım Tanrı və Din təsəvvürümü təsnifləşdirməyə çalışacam:

Tanrı təsəvvürüm:
“İnsanlar işığı görmürlər, işıqla görürülər”. “Gerçəklər (numenlər) bilinməz, görünənlər (fenomenlər) isə qanunlarla idarə olunur və bilinə bilər.”

Din təsəvvürüm:
“Davamlılıq, lazımlılıq, bilgi kimi anlayışlar bizə birləşmiş bir dünya bilgisini verir.” “Əxlaqi hərəkətlər “vəzifə duyğusu ” ilə formalaşır.”

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +19 (from 23 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın