KASIBLIQ HAQQINDA

Kasıblıq haqqında bir şey demək üçün ona yanaşmamızı aydın etməliyik ilk öncə.

Kasıblıq maddidirmi, mənəvidirmi?
Kasıblıq taledirmi, sosial statusdurmu, iqtisadı formadırmı?

Mövzu çox dərin, fəlsəfi yönlərə sahibdir. İlk öncə qısa olaraq deyə bilərəm ki, kasıblıq ilk öncə zehniyyətlərdə, şüurda formalaşan bir şeydir. Kasıblıq həm maddı, həm mənəvi olur. Amma ən böyük fəsadları mənəvi kasıblıq törədir. Maddı kasıblığı ortaya çıxaran səbəbləri (süni ehtiyaclanma, lüsumsuz müqayisə və sosial status ehtirası) yaradan məhz mənəvi kasıblıqdır.
Mən bir sosial status olaraq yaxınlaşmaq istərdim məsələyə, qısa şəkildə. İlk öncə bu sualdan yola çıxaram:

– Kasıblıq fərdi, yoxsa ictimai təzahürdür?

Kasıblıq, müqayisədən doğan sosial statusdur.
Kasıblıq, müqayisədən doğan sosial statusdur.

Məncə məsələ burdadır. Çünki bu yöndən baxanda ehtiyacları ələ almış olacağıq. Axı kasıblıq ehtiyaclılıq üzərindıən formalaşan sosial statusdur.

Kimdir ehtiyaclı?
Ehtiyaclarımız nədir, necədir?
Təbii ehtiyaclarmı, süni ehtiyaclarmı?

Bax bu suallar məsələni izah etməmdə zehnimə yardımçı ola biləcək, mətn üçün süjet təşkil edəcək xüsuslardır. Fərd olaraq ehtiyaclarımıza baxsaq, maraqlı durum ortaya çıxır. Çünki insanın ehtiyacları çox minimumdur. Somalidə ac bir uşağa ağ vərəq verib ehtiyaclarını yaz desək, vərəqdə bir tikə çörək, su, cüzi geyim və uzaq başı bir neçə oyuncaq ola bilər. Amma bir zənginin övladı üçün bu sualın cavabı bir vərəqin iki üzünü dolduracaq qədərdir məncə, hələ orda nələrin yazıla biləcəyini demirəm. Demək ki, zəngin bildiyimizin daha çox ehtiyacları var. Xüsusi ehtiyaclar, süni ölçü dəyərləri var gündəmdə. Ümumi ehtiyaclarda isə insana cüzi şeylər də kifayət edər. Bu baxımdan insan zəngindir. Amma süni ehtiyaclar (toplumsal) ortaya çıxdıqca müqayisə formalaşır və kasıblıq kriteriyaları formalaşır. Kasıblıq sosial təzahür olaraq müqayisə fonunda qabaran bir anlayışdır məncə. Demək ki, ehtiyacları fərdin üzərindən götürərək incələsək, kasıblıq deyə bir statusun sosiallaşma fonunda ortaya çıxdığını görə bilərik. Əslində Kommunizm kimi sistemlərdə məhz müqayisəni aradan qaldırmaqla kasıblıq anlayışını yox etmək istəyirlər. Yəni ölkədə hamı eyni durumda olandan sonra kimin kasıb vəya varlı olması bəlli olarmı? Ya hər kəs kasıbdır, ya da hər kəs varlıdır. Hətta bunlar belə xarici göstəricilərlə müsqayisə olunduqda ortaya çıxan məsələdir.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın