KİTAB, MİZAN VƏ DƏMİR

Bu üç sözü Qurandakı üç simvol olaraq düşünürəm:

Kitab-mədəniyyətin, intellektuallığın və təhsilin;
Mizan-bərabərliyin, doğruluğun və ədalətin;
Dəmir-maddi gücün (mədəniyyət, sənaye və hərbi qüvvə, fərdi və ictimai güc kimi) simvoludur.

Bu üç sözün yerinə eyni zamanda bu üç sözü də istifadə edə bilərsiniz: Mədəniyyət, Ədalət və Güc. Xüsusilə bu üç söz, Quran sətirlərində arxa arxaya göründüyündə, məqsəd yalnız bir fərdə deyil, bununla tək bu üç şeyə ehtiyac duymaqda olan bir cəmiyyətə bütün olaraq bir məna qazandırmaqdadır. Harada bu üçündən biri zəif olursa, o cəmiyyətdəki insanlar əskik və çətinlikdə olacaqlar. Tarix açıq-aşkar göstərir ki, insanın mədəniyyəti və cəmiyyətlər, insan cəmiyyətinin mükəmməlliyi və yetişməsi üçün lazımlı olan bu üç ana yoldan birinin yoxluğu səbəbiylə əzilib çökmüşlərdir. Hind dəmirə sahib deyildi, Roma tarazlığa, bəzən də nə kitaba nə tarazlığa, nə də dəmirə sahib ola bilmişdir.

islamtarihi2pp3 “İdeal Quruluş”-un bu üç təməl üzərinə möhkəmcə qurulmuş bir cəmiyyət olduğunu söyləyə bilərik. Görülməkdədir ki, günümüz dünyasındakı ziyalılarının araşdırmaları; üç sütunlu və kitabın, tarazlığın, dəmirin (mədəniyyət, ədalət, güc) divarları ilə qurulacaq gələcəyin insan quruluşu üçündür. İnsanoğlunun ən böyük əməli, Cənnət, sonsuza qədər bu üç divar arasında görünür və bütün pisliklərdən qorunmuş olacaq. Bu sözlərin görüldüyü nizamın Quranda, gözəl bir məntiqi olduğu qədər qüsursuz olması da bir həqiqətdir.

“And olsun ki, biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Və onlarla birlikdə kitab və insanlar aralarında ədaləti icra etsinlər deyə mizanı endirdik. Və özündə, şiddətli sərtlik və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik. Çünki Allah (bununla) özünə və peyğəmbərlərinə qiyabən kimlərin kömək edəcəyini müəyyən edəcək. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!. “(57/25)

Əvvəl hər şeyə qarşı prioriteti olan kitabdır; sonra mizan və nəticədə də dəmir gəlməkdədir. Kitab bəşəriyyətin təməli və cəmiyyəti çevrələyib tutan başlıca şərtdir. Lakin dəmir kitabdan dərhal sonra gəlməməlidir. Kitab və dəmirin yerləri bir-birinə bitişik olmamalıdır; kitab dəmirin yanında olunca təxrib edilməkdə, dəmir kitabı cırıb dağlayır; bu səbəblə bu ikisi birlikdə ola bilməzlər. Əgər belə bir şeyə qərar verilsə kitab gedərək dəmirin uşağı vəziyyətinə gələr. Belə bir halda hansı cinayət bundan daha pis ola bilər? Son iki dünya müharibəsi bu ikisinin – kitab və dəmirin – birlikdə olmaqlarıyla doğurduğu bir nəticədir. Kitabın və dəmirin bir-biriylə razılaşması və işlərindən ötəri, bu gün belə insanlığın ətrafı fəlakətlər və ağrılar tərəfindən əhatə edilmişdir. Bu uğursuz birliyin qanunsuz uşağı deyildimi Faşizm? Kitabın və dəmirin əməkdaşlıqla İslam və Zərdüştlük pozulmadı mı? Günümüzün sivilizasiyası bu uğursuzluq tərəfindən ələ keçirilmişdir və biz bu mövzuda nəyin edilməsi lazım olduğundan xəbərdar bir şüur içindəyik. Bizim, hər zaman aralarına tarazlığı qoyaraq kitabı və dəmiri qorumamız lazımdır. Mizan, dəmirin hücumuna qarşı kitabı qoruyar; dəmirin insan və kitab üstündə hakimiyyət qurmasını maneələr; onu, ətrafını çevrələyərək bir adacıq halına salar, əhliləşdirər və söz anlar bir hala gətirər.

foundations-history-of-scienceAmma Kitab və Mizan, Dəmir olmadan nə edə bilərlər? Heç bir şey! Yalnız çevrilən səhifələr arasında “ölü sözləri”-nə bürünəcəklər. Kitab və tarazlıq yerlərini bir-birlərinin yanında aldıqları zaman, dəmirin kitaba xidmət üçün hazırlanması və tarazlığa qulaq verməsi lazım olan əldə olunmuş olunur.

Dəmir inadçı və qürurludur, gedərək mizanın eşiyində əhliləşər və alçaq könüllü olar, hörmət içində baş əyər və tarazlığın sarayında itaətlə onun qapısını qoruyar. Bunlar Quran sətirlərində təqdim edilmiş olan sözlərin çəkdiyi yoldan öyrəniləcək nöqtələrdir. Nəticədə Quran; anlama, təhsil, ədalət, bərabərlik və güc ilə təchiz; eyni zamanda kitabın, mizan və dəmirin praktik həyata keçirilməsi nəticəsində, həyatın və cəmiyyətin məqsədi olan, güclü və irəli mədəniyyətin ruhunu və son hədəfini göstərir.

Müəllif: Əli Şəriəti
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +17 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın